Əyrivəng kilsəsi Haqqinda Melumat - Vikipedia

Əyrivəng kilsəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əyrivəng kilsəsi

Əyrivəng kilsəsiGədəbəy rayonunun Əyrivəng kəndində yerləşən IX-X əsrlərə[1] aid xristian məbədi. Əyriçayın sol sahilindәki meşә örtüklü hündür tәpәnin üstündә yerlәşən məbəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli abidə kimi qeydiyyata alınmışdır.[2]

Əyrivəng kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Gədəbəy
Yerləşir Əyrivəng çayının sahili
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi IX-X əsrlər
İstinad nöm.4255
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Əyrivəng kilsəsi (Azərbaycan)
Əyrivəng kilsəsi
Kilsənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orta ölçülü əsas ibadət zalı nalvari apsidaya malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır. Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsiylə əlaqələndirilmişlər.

Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Pәncәrә yerlәri haşiyәsizdir. Karniz bir qәdәr kәnara çıxan düzbucaqlı daş cәrgәsindәn ibarәtdir.

Memarlıq xüsusiyyətləri redaktə

Məbədin vəziyyəti qəzalıdır: dam örtüyü dağılmış, divarlarının bir hissəsi isə uçmuşdur.[3] Orta ölçülü (7.50 x 3.70 metr) əsas ibadət zalı nalvari apsidaya (3.20 metr) malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır.[4] Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsiylə əlaqələndirilmişlər.[5] Məbədin yeganə giriş qapısı qərb divarında yerləşir və narteksə açılır.[4] Abidənin narteks hissəsi ehtimal ki, daha sonrakı dövrə aiddir.[4]

Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Kilsə divarları 110 sm, narteksin divarları isə 98 sm qalınlığa malikdir.[4] Qafqaz Albaniyası memarlığına məxsus digər erkən orta əsrlər abidələri kimi Əyrivəng kilsəsi də dekorativ urban elementlərindən məhrumdur.[4] Pәncәrә yerlәri haşiyәsizdir. Karniz bir qәdәr kәnara çıxan düzbucaqlı daş cәrgәsindәn ibarәtdir.[1]

İstinadlar redaktə

  1. 1 2 Əyrivəng məbədi (Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2007. 881. ISBN 978-9952-441-01-7. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2020.
  2. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  3. Мамедова, 2004. səh. 86
  4. 1 2 3 4 5 Мамедова, 2004. səh. 87
  5. Xәlilov, M.C. Albaniyanın xristian abidәlәri (IV–X әsrlәr). Bakı. 2011. (#accessdate_missing_url)

Ədəbiyyat redaktə

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Xәlilov, M.C. Albaniyanın xristian abidәlәri (IV–X әsrlәr). Bakı. 2011. (#accessdate_missing_url)

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 244 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024