Əziz Əzizov (icra başçısı) Haqqinda Melumat - Vikipedia

Əziz Əzizov (icra başçısı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əziz Əzizov (icra başçısı)

Əziz Əzizov (tam adı: Əziz İmran oğlu Əzizov; 9 dekabr 1963, Soltanlı, Cəbrayıl rayonu) — Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı.

Əziz Əzizov
bayraq
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
12 noyabr 2019-cu ildən
Əvvəlkiİlqar Abbasov
bayraq
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
2 fevral 2018 – 12 noyabr 2019
Əvvəlkiİbrahim Mehdiyev
SonrakıElşad Həsənov
bayraq
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı
8 avqust 2006 – 2 fevral 2018
ƏvvəlkiTaleh Qaraşov
SonrakıNamiq Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi 9 dekabr 1963(1963-12-09) (60 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı

Həyatı redaktə

Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir.

1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.

1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur

2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Mükafatları redaktə

İstinadlar redaktə

  1. NModern. "Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib". surakhani-ih.gov.az (az.). İstifadə tarixi: 2024-04-02.
  2. NModern. "Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib". surakhani-ih.gov.az (az.). İstifadə tarixi: 2024-04-02.

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024