Açıq tale Haqqinda Melumat - Vikipedia

Açıq tale Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Açıq tale (ing. Manifest destiny) — XIX əsrdə ABŞ-də amerikalı köçkünlərin Şimali Amerika boyunca qərbə doğru genişlənmək niyyətində olduqlarını təmsil edən ifadə. İnancın kökü Amerikanın müstəsnaçılığına və Romantik millətçiliyə əsaslanırdı. Bu, Amerika Birləşmiş Ştatlarında Amerikan imperializminin ən erkən ifadələrindən biri idi.[2][3]

Con Qastın "American Progress" (1872) adlı əsəri yeni qərbin modernləşdirilməsinin alleqorik təsviridir. ABŞ-nin təcəssümü olan Kolumbiya Amerika köçkünləri ilə birlikdə qərbə doğru aparıcı sivilizasiya olaraq göstərilir. O, şərqdən qərbə işıq gətirir, teleqraf məftilini çəkir, əlində məktəb kitabı tutur və iqtisadi fəaliyyətin müxtəlif mərhələlərini və inkişaf edən nəqliyyat formalarını vurğulayır.[1] Solda isə yerli amerikalılar öz ata-baba yurdlarından didərgin düşürlər.

Tarixçi Vilyam Örl Viksə görə, konsepsiyanın arxasında üç əsas prinsip dayanırdı:[4]

  • ABŞ-nin unikal əxlaqi fəzilətinin fərziyyəsi;
  • Respublika hökumətinin yayılması və daha çox "amerikan həyat tərzi" ilə dünyanı xilas etmək missiyasının irəli sürülməsi;
  • Bu missiyada uğur qazanmaq üçün millətin ilahi təyin edilmiş taleyinə olan inam.

İstinadlar redaktə

  1. "John Gast, American Progress, 1872". Picturing U.S. History. City University of New York. June 15, 2014 tarixində arxivləşdirilib. Arxivləşdirilib iyun 15, 2014, at the Wayback Machine
  2. Byrnes, Mark Eaton. James K. Polk: A Biographical Companion (illustrated). ABC-CLIO. 2001. səh. 128. ISBN 978-1576070567.
  3. "America's Manifest Destiny | The American Experience in the Classroom" (ingilis). 2024-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-10.
  4. Weeks, William Earl. John Quincy Adams and American Global Empire. University Press of Kentucky. 2002. 183–184. ISBN 978-0-8131-9058-7. 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024