Ağanəzər İsrayılov Haqqinda Melumat - Vikipedia

Ağanəzər İsrayılov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağanəzər İsrayılov

Ağanəzər İsrayılov (tam adı: Ağanəzər Araz oğlu İsrayılov; 1 iyul 1960, Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Ağanəzər İsrayılov
Ağanəzər Araz oğlu İsrayılov
Doğum tarixi 1 iyul 1960(1960-07-01)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20) (29 yaşında)
Vəfat yeri
Dəfn yeri Şamaxı "Yeddi Günbəz" qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Araz
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Milis leytenantı

Həyatı redaktə

Ağanəzər İsrayılov 1960-cı il 1 iyul tarixində Şamaxı şəhərində anadan olmuşdur. Milis leytenantı idi.[2]

Subay idi.[3]

Qanlı Yanvar faciəsi redaktə

Qara Yanvar gecəsi üç polis əməkdaşı — kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov iş başında aldıqları tapşırıq üzrə hərəkət edirdilər. Səhər saat 7:15 dəqiqədə maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır. Valeri 4 saatdan sonra xəstəxanada vəfat etmiş, Oqtay isə bir qolunu itirmişdir.

Şamaxıda yerləşən "Yeddi Günbəz" qəbiristanlığında dəfn edilmişdir.

Ünvan redaktə

Bakı, Sumqayıt şosesi, 10. (yataqxana)

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
  3. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.

Xarici keçidlər redaktə


Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024