Valeri Boqdanov Haqqinda Melumat - Vikipedia

Valeri Boqdanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Valeri Boqdanov (tam adı: Valeri Zakiroviç Boqdanov; 24 mart 1958, Kirovabad, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Valeri Boqdanov
Valeri Zakiroviç Boqdanov
Doğum tarixi 24 mart 1958(1958-03-24)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20) (31 yaşında)
Vəfat yeri
Dəfn yeri Gəncə şəhər qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Zakir
Anası Valentina
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Milis leytenantı

Həyatı redaktə

1958-ci il martın 24-də Gəncə şəhərində anadan olmuşdur.[2]Gəncədə 18 saylı tam orta məktəbi bitirmiş, daha sonra isə Rostov Dəmiryol İnstitutunu bitirmişdir.[3] İnstitutu bitirdikdən sonra, bir müddət Gəncədə dəmiryolu sahəsində çalışmış, daha sonra Milli Təhlükəsizlik orqanlarında işə düzəlmişdir. Milis leytenantı idi.

Ailəli olmuş, qızı Valeriya atasının ölümündən sonra, 1990-cı ilin mart ayında anadan olmuşdur.[4]

Qanlı Yanvar faciəsi redaktə

Yanvarın 19-da səhər tezdən işə çağırılmışdır. Yanvarın 20-də səhər saat 5.30-da evə gələrək həyat yoldaşına bir azdan evə qayıdacağını, indi isə tapşırıq dalınca getdiklərini demişdir. Səhər saat 7:15 dəqiqədə kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov olan maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır. Oqtay bir qolunu itirmiş, Valeri isə xəstəxanaya çatdırılmasına və üzərində əməliyyat aparılmasına baxmayaraq, sinəsindən aldığı güllə yaralarından 4 saatdan sonra xəstəxanada vəfat etmişdir.

Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir.

Ünvan redaktə

Bakı, B. Dadaşov küçəsi, ev 26, mənzil 5.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  3. "20 Yanvar şəhidi Valeri Boqdanov". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-20.
  4. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.

Xarici keçidlər redaktə


Saytda 228 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024