Ağrıdağ Haqqinda Melumat - Vikipedia

Ağrıdağ Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

AğrıdağOrdubad rayonu ərazisində dağ (hünd. 1851,5 m). Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Sərkidağ qolunun suayırıcısında zirvə. Nüsnüs kəndindən 2 km şimal-qərbdədir. Şərqi Ordubad dərinlik qırılmasının nəzarət etdiyi Alt Eosen yaşlı dioritdioritli porfirit tərkibə malik eyniadlı intruziv kütlənin hüdudlarında günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının tağ hissəsində yerləşir.[1]

Ağrıdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1851,5 m
Yerləşməsi
38°58′14″ şm. e. 46°00′16″ ş. u.
Ölkə  Azərbaycan
Vilayət
Ağrıdağ xəritədə
Ağrıdağ
Ağrıdağ

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024