Ordubad Haqqinda Melumat - Vikipedia

Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ordubad

Naxçıvan Muxtar Respublikasında şəhər
Disambig.svg Bu məqalə Ordubad şəhəri haqqındadır. Ordubad rayonu üçün Ordubad rayonu səhifəsinə baxın.

Ordubad — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi.

Ordubad
Montage of Ordubad 2019.jpg
38°54′17″ şm. e. 46°01′23″ ş. u.
Ölkə
Region Ordubad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 856 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 10.372 nəf. (2008)
Rəsmi dili azərbaycanca
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 0136
Poçt indeksi AZ6900
Ordubad xəritədə
Ordubad
Ordubad
Ordubad xəritədə
Ordubad
Ordubad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

EtimologiyasıRedaktə

Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur.

Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir.Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır.

Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir.

Qədim türk dillərində Ordubad oykonimi "iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür. Keçmişdə şəhərin adı Orduvar şəklində də qeydə alınmışdır.[1]

Mahmud Kaşğarlı (XI əs)) "ordu" sözünün "xaqanın yaşadığı yer, mərkəz" mənasında izah etmişdir. Coğrafi adın tərkibindəki "ordu" sözünün "qoşun" mənası XIV əsrdən sonra yaranmışdır.[2]

Tədqiqatçı Ə.Fərəzli Ordubad toponiminin izahını verərkən Ordubadın Atropat adını bu günədək özündə qoruyub saxlayan yer adlarından biri olduğunu qeyd etmişdir. O, toponimdə ordu ucalığından yox, "od ucalığından" söhbət getdiyini bildirmişdir. Odbad-Otbad-Atbad-Ortbad-Ord(u)bat-Otrbad-Atrbad-Atropat kimi tarixi inkişaf yolu keçmiş və günümüzdə "Ordubad" şəklində sabitləşmişdir. Filologiya elmləri doktoru, professor Y.Axundlu isə Ə.Fərəzlinin izahı ilə razılaşmayaraq, bunun əksi istiqamətdə inkişaf yolu keçdiyini qeyd etmişdir.Yəni Atrobat-Atrobad-Ortbad… nəhayət Ordubad.

Eramızdan əvvəl IV yüzillikdə yaranmış Atropatena dövləti daxilində, dövlətin banisi olan Atropatın adının verildiyi ərazinin olması ehtimalı bu izahın mümkünlüyünü göstərir.

Əliqulu Fərəcov şəhərə həsr etdiyi tarixi-iqtisadi oçerkdə sözün mənşəyi ilə bağlı yazır ki, hərfi tərcümədə "ordu dayanacağı" və ya "düşərgə yeri" mənasını verməsinə baxmayaraq, yaşlı əhali sözün "Ordbehişt" adının təhrif olunmuş forması olduğunu təsdiq edir.

CoğrafiyasıRedaktə

Ordubad rayonu Arazın sol sahilində,Zəngəzur silsiləsinin ətəyindədir.[3] Relyefi əsasən dağlıq,az bir hissəsi dağətəyi ,5–6 faizi isə aran ərazisindən ibarətdir.Ordubad, əvvəllər Fars ərazisində, indi isə Azərbaycan Respublikasında, şərqi Zaqafqaziyanın Araxes (Aras) çayının orta axarının şimal sahilində yerləşən bir şəhərdir[4]. Təbrizdən təxminən 94 km şimal-qərbdədir və 948 m yüksəklikdədir. Ordubad şəhəri şimaldan Aşağı Əndəmic kəndi ilə, şərqdən Kotam kəndi ilə, cənubdan Araz çayı ilə, qərbdən isə Dəstə kəndi ilə həmsərhəddir.

Ordubad rayonu ərazisində olan Misdağ yatağı Vənəndçayın yuxarı hissəsində yerləşir və əsasən malaxit, xalkopirit, xalkozin, minerallarından ibarətdir. Buradakı yataqlar faizli mislə müşahidə olunur. Onların tərkibində mis 0,3–8,25%-ə qədər, bəzən isə 21,56%qədər olur. Misdağ filiz sahəsində iki mis-qızıl yatağı mövcuddur. Birincisi filiz sahəsinin mərkəzi hissəsini əhatə edir ki, Ağyurd yatağıdır. İkinci Kətəm-Kələki ərazsinin mərkəzi hissəsindən şimal-şərqdə yerləşən Şəkərdərə yatağıdır. Bu yataqlarda qızılın miqdarı 0,5q/t,gümüş isə 13,2q/t qədərdir. Qeyd edək ki, geoloji ədqiqat işləri zamanı Şəkərdərədə qədim mədən yerlərinin bərpa olunması ilə yanaşı burada əsasən iki filiz zonası qeydə alınmışdır. 1Damar tipli mis filizləri;2 Mis-pirit filizləri.

Geoloji quruluşuRedaktə

Ərazidə, əsasən, Tabaşir və Antropogen çöküntüləri yayılmışdır.[5]

Ordubad çaylarıRedaktə

Əsas çayları Gilan, Parağa, Vənənd, Ordubad, Əylis və Düylün çaylarıdır. Gilan Zəngəzur silsiləsinin 2700 m yüksəklikdəki yamaclarından formalaşır. Gilançayın 8 əsas qolu vardır. Düylün Zəngəzur silsiləsindən (2400 m) formalaşır. Vənəndçayın mənbəyi Qaplançaydan başlayıb Zəngəzur silsiləsinin 3400 m yüksəklikdəki cənub-qərb yamaclarında yerləşir. Əylisçay Vardanaxdərə və Dabaxlıdağ çaylarının qovuşmasından (3100 m) yaranır. Onun 3 qolu vardır. Ordubadçayın mənbəyi 3200 m yüksəklikdə yerləşir. Çayın 5 qolu vardır.[5]

Landşaftları və bioloji müxtəlifliyi.Redaktə

Boz, çəmən-boz, allüvial- çəmən, dağ-meşə, çimli dağ-çəmən torpaqlar yayılmışdır. Ərazinin iqlimi yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır.[5]

Bitki örtüyüRedaktə

Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr(600–1200m) səhra və yarımsəhra bitkiləri,orta dağlıq sahələr dağ-kserofit bitkilər,yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür.[3]

Ordubad ərazisində bitən nadir bitkilər aşağıdakılardır:

  • Qarabağ dağlaləsi (lat. Tulipa karabachensis) — Ordubadın dağ ətəylərində
  • Qaraquş zəngçiçəyi (lat. Campanulaceae) — Zəngçiçəklilər fəsiləsindən olan mürəkkəb rəngli dağ çiçəyidir.Orubadın çəmənliklərində yayılmışdır.
  • Güləbətin (lat. Pulsatilla) — Qaymaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ordubadın "Göygöl" ərazilərində yayılmışdır.
  • Tıs-tıs (lat. Acantholimon) — Ən çox Ordubadın uca dağlarında bitir.
  • Komarov şaqqıldağı (lat. Colutea komarovii) — Elmdə ilk dəfə rus botaniki Komarov tərəfindən öyrənilmiş kol bitkisinin boz yaşıl çiçəkləri vardır. Ordubadın dağ yamaclarında daha çox yayılmışdır.
  • Çox rəngli dağlaləsi (lat. Tulipa) — Zanbaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ləçəkləri ağ-narıncı rəngdə olub otlaqlarda yayılmışdır. Muxtar Respublikanın bütün rayonlarında dağ və təpəlik çəmənliklərində rast gəlinir.
  • Kirpiyə bənzər tıs-tıs (lat. Echinopsilon E.) — Sıx xırda çiçəklərlə əhatə olunmuş bitki, sanki kirpiyə oxşayaraq tikanlıdır. Muxtar Respublikanın əksər rayonlarında dağ yamaclarında yayılmışdır.
  • Gəvən (lat. Astragalus) — Paxlalılar fəsiləsindən olan çoxillik tikanlı bitkidir. Muxtar Respublikanın Ordubadın yüksək dağ yamaclarında (quzeylərdə) yayılmışdır.
  • Çaytikanı (lat. Hippophae) — İydə fəsiləsindən olan kol bitkisi. Çaytikanı kol bitkisinə əsasən Muxtar Respublikasının Ordubadrayonundakı çay kənarlarında rast gəlinir.
  • Boymadərən (lat. Althaea) — Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Naxçıvan MR-da bütün rayonlarında çəmən və çay sahillərində yayılmışdır.
  • Gülxətmi (lat. Althaea) — Muxtar Respublikanın bütün rayonlarında dağ-çəmən və düzənliklərdə xüsusən çay kənarı kolluqlarda yayılmışdır.
  • Kəklikotu (lat. Thymus) — Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisinin vətəni Qafqaz dağlarıdır. Naxçıvan MR-da kəklikotu bitkisi əsasən Ordubad rayonundakı "Göygöl" ətrafındakı güneylərdə ətirli növü yayılmışdır.
  • Dağnanəsi (lat. Ziziphora) — Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisidir. Azərbaycanda nanənin beş növü o cümlədən Naxçıvan MR-da rayonlarında dağ ətəyi çay sahilllərində iki növü yayılmışdır.
  • Zirinc (lat. Berberis) — Zirinckimilər fəsiləsindən olan kol bitkisi. Yer üzündə 175 növü vardır ki, Azərbaycanda 6 növündən 4-ü Naxçıvanda yayılmışdır. Naxçıvan MR-da Ordubadın dağ ətəyi kolluqlarda daha çox yayılmışdır.
  • Dovşanalması (lat. Cotoneaster) — Muxtar Respublikanın Ordubad rayonunda kolluqlarda yayılmışdır.
  • Yemişan (lat. Crataegus) — Gülçiçəklilər fəsiləsindən olan kol bitkisinin vətəni Amerikadır. Muxtar Respublikanın Ordubadın dağ ətəyi kolluqlarda yayılmışdır.
  • Dağdağan (lat. Celtis) — El arasında bəzən bu kol-ağaca "müqəddəs daş ağacı" da deyərlər. Qaraağackimilər fəsiləsindən olan bitkinin yarpaqları payızda tökülür, gövdəsinin hündürlüyü 3 metrdən artıq olur. Naxçıvan MR-da yalnız OrdubadCulfa rayonlarındakı dağ yamaclarında seyrək bitmişdir.
  • İnnab (lat. Ziziphus) — Murdarçakimilər fəsiləsindən kol-ağac bitkisidir. Ordubadda daha çox yayılmışdır.
  • Sumaq (lat. Rhus) — Hündür kol-ağac bitkisi olmaqla vətəni Kiçik Qafqaz (Ordubad) və Abşeron yarımadasındakı Qobustanda yayılmışdır. Naxçıvan MR-da Ordubad rayonu ərazilərindəki dağ ətəylərində yayılmışdır.
  • Ardıc (lat. Juniperus) — Sərvkimilər fəsiləsindən olan həmişəyaşıl ağac-koldur. Ordubadın dağ ətəylərində geniş yayılmışdır.[6]
  • Bənövşə (lat. Viola) — İkiləpəlilər sinfindən olan çoxillik ot bitkisi dağ zirvələrində rast gəlinir.
  • Baldırğan (lat. Heracleum) — Çətirçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Baldırğanın Azərbaycanda 8 növü, Naxçıvan Muxtar Respublikası|Naxçıvan MR-da isə 2 növü yayılmışdır. Ordubadın geniş yayılmışdır.
  • Qafqaz xurması (xirnik), (lat. Diospyros lotus) — Ebenakimilər – Ebena fəsiləsindən olan subtropik çoxillik bitki növü. Bitki −25 Cº şaxtaya dözdüyü ümün Naxçıvan Muxtar Respublikasının iqliminə dözümlüdür. Son illərdə Astaradan gətirilmiş tinglərlə həvəskar bağbanlar tərəfindən Ordubad meyvə bağlarında əkib-becərilir.

Dərman bitkiləri

Zəhərli bitkilər

Azərbaycanda (o cümlədən də Muxtar Respublikada) otlaq sahələrdə 300-dən artıq zəhərli bitki növləri yayılmışdır ki, onlardan güclü təsirli, zəhərli bitkilər aşağıdakılardır;

10) Kəpənək çiçək (lat. Aconitum) Muxtar Respublika ərazilərində zəif təsirli zəhərli bitkilər də, vardır ki, onlar öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl sarmaşıq (küc), yapışqan otu, mahmız çiçək, ayı döşəyi, süddüyən, acı biyan, süsən, lalə, üzərlik, birə otu, qaytarma, asırqal, həlməd, dəmirtikan, xaçgülü, ardıc, sarı kol, kərməşov, şümşad və.s göstərmək olar.[7]

Ordubadın faunasıRedaktə

Rayonun məməlilər faunası üçün xarakterik olan heyvanlardan qonur ayı (Ursus arctos), iran bəbiri (Panthera pardus), avrasiya vaşaqı (Lynx lynx), canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), porsuq (Meles males), daşlıq dələsi (Martes foina), bezoar keçi (Capra aegagrus), asiya muflonu (Ovis orientalis), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), ağdöş kirpi (Erinaceus concolor), hind tirəndazı (Hystrix indica), qonur palazqulaq yarasa (Plecotus auritus) və s. növləri göstərmək olar. Ərazinin ornitofaunası, əsasən, toğlugötürən (Gypaetus barbatus), bataqlıq bayquşu (Asio flammeus), xəzər uları (Tetraogallus caspius), böyük və kiçik qayalıq sittası (Sitta tephronota, S.neumayer), kəklik (Alectoris chukar), dağ kətanquşu (Acanthis flavirostris) ilə təmsil olunur. Digər siniflərə aid heyvanlardan radde gürzəsi (Montivipera raddei), təlxələrdən zeytuni təlxə (Platyceps najadum), rəngbərəng təlxə (Hemorrhois ravergieri), qurğuşunrəngli təlxə (Hemorrhois plumbers), balıqlardan qızılxallı (forel) balığı (Salmo fario), mursa (Barbus mursa) və s. vardır. Qeyd etdiyimiz nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növlərini qorumaq üçün Zəngəzur Milli Parkı ərazisində Ordubad Dövlət Yasaqlığı yaradılmışdır.[5]

Bir sıra xarici və rus alimləri Cənubi Qafqaz cücüləri öyrənilməsi ilə əlaqədar apardıqları tədqiqatlar nəticəsində toplanmış materialarda Naxcıvan Muxtar Respublikası bölgəsinə,xüsusilə Ordubad rayonnunda daha çox diqqət yetirilir.Sonralar,1911-ci ildə alman alimi Y.Miller Ordubad rayonunda xeyli kəpənək növü toplanmışdır.[8]

TarixiRedaktə

I əsrdə Ordubad şəhəri daha çox təsərrüfat və ticarət mərkəzi kimi məşhur olmuşdur. Naxçıvan və Kirandan sonra üçüncü şəhər sayılan Ordubad dövrün bir sıra mənbələrində "əyalət şəhəri" kimi xatırlanmışdır.

Şəhərin tarixini öyrənmək üçün ən erkən və ən vacib fars mənbəyi XIII əsrdə adsız bir yazar tərəfindən yazılmış "Dünya Möcüzələri" (Dünya Möcüzələri) coğrafi əsəridir. Bu əsərdə qəsr, bina növləri və şəhərdə istehsal olunan mallar haqqında məlumat verilir[9].Kiran şəhərinin inkişafı Əbu-Dulafın hakimiyyəti ilə başlayır və Monqol istilasına qədər davam edir.Xaraba-Gilan haqqında məlumat, məşhur ərəb tarixçisi İbni Əl-Nasir tərəfindən 12-ci əsrin sonu və 13-cü əsrin əvvəllərində "El-Kamil fit-Tarix" əsərində də verilmişdir. 14-cü əsr. Tarixçi Məhəmməd Hinduşah, Naxçıvanî Xaraba-Gilanın çox böyük bir yaşayış yeri olduğunu yazır. Zəkəriyya Qəzvinî, "Kiran (Xaraba-Gilan əvvəllər belə adlandırılırdı) dördüncü iqlim qurşağının şəhərlərindən biridir, sakinləri Türkdür."[10] o yazır. Fransız səyyah Gilyom Rübrük, Monqolların işğalı dövründə Naxçıvan və Giranın parçalanması haqqında "Şərq ölkələrinə səyahət" əsərində dəyərli məlumatlar verir. Qədim mənbələrdən və mövcud tarixi materiallardan Giran şəhəri, E.S 5.-13. Əsrin ən inkişaf etmiş şəhərlərindən biri olduğu anlaşılır. Monqollar XIII əsrdə bu şəhəri dağıtdıqdan sonra bu köhnə mədəniyyət mərkəzinin çöküşü başladı. Kiran şəhərinin inkişafı Əbu-Dulafın hakimiyyəti ilə başlayır və Monqol istilasına qədər davam edir. Bu dövrdə şəhər genişləndirilmiş, ictimai binalar, bəndlər (eyni zamanda müdafiə) və qalanın qərb tərəfini qoruyan dairəvi, altıbucaqlı və dördbucaqlı qüllələri olan bir müdafiə divarı tikilmkşdi.

Bu dövrdə çox varlı olan şəhər, müəyyən ölkələrlə yaxın ticarət və iqtisadi əlaqələrə sahib idi (1912-ci ildə təsadüfən tapılmış və IX–X əsrə aid 500 qızıl sikkə xəzinəsi, şəhərin nə qədər zəngin olduğunu sübut edir). Naxçıvan xanlığının, müstəqilliyini Səlcuqluların gəlişinə qədər — XI əsrin ortalarına qədər davam etdirdi.

O dövrdə oğuz tayfalarının, Kəngərli tayfasının və vaxtilə Araz vadisində məskunlaşmış Hun bolqarlarının nümayəndələri Naxçıvan ərazisində yaşayırdılar. Bu nisbi tayfaların hərbi və iqtisadi gücünə əsaslanan Səlcuqlular işğallarını yaxın ölkələrə sürətləndirdilər. Toğrul bəyin (1043–1063) dövründə Səlcuqlular Araz vadisini işğal edərək işğal etdikləri torpaqları və şəhərləri Naxçıvan əmirinin idarəsinə verdilər[11]

Naxçıvan Səlcuqlu sultanlarının dayağı idi. Səlcuqlu sultanı Alparslan dövründə Naxçıvan bir müddət onun (1064-cü ilə qədər) iqamətgahından, daha sonra Səlcuqlu valilərinin iqamətgahından biri oldu. Bu dövr Kiran Naxçıvan əmrinə bağlı idi.Atabəy Eldənizin Naxçıvanı tutmasından 1225-ci ilədək Ordubad ərazisi Atabəylər dövlətinin tərkibində olmuşdur. Kiran şəhərinin tənəzzülü və monqollar tərəfindən dağıdılmasından sonra Ordubad şəhəri sürətli inkişaf yoluna qədəm qoymuşdur. XIII əsrdən başlayaraq Ordubad şəhəri Azərbaycanın 260 tümən illik hasilatının toplandığı 21 iri şəhəri sırasına daxil olmuşdur. Ordubadın əlverişli karvan yolları üzərində, Araz çayı sahilində yerləşməsi, ərazinin 3 tərəfdən dağlarla əhatələnməsi onun inkişafını şərtləndirən əsas amillərdən olmuşdur. Ordubad ticarətlə yanaşı həmçinin Azərbaycanın əsas bağçılıq və üzümçülük bölgələrindən biri idi.

Həmdullah Qəzvininin verdiyi məlumata görə Ordubad Naxçıvan tüməninin 5 şəhərindən biri idi. Üzüm, qarğıdalıpambıq yetişdirilirdi. Suvarma sistemi Qapıcıq dağından çəkilmişdi.[12] Naxçıvan xanlığı dövründə Azadciran mahalının mərkəzi kimi fəaliyyət göstərirdi.

ƏhalisiRedaktə

1829-cu ilin may ayına olan məlumata əsasən şəhərdə 635 evdə hər iki cinsdən toplam 3444 nəfər əhali yaşayırdı. 1834-cü ildə siyahıya alma zamanı Ordubad və ondan asılı 52 kənd üçün, 11.341 müsəlman və erməni əhalisinin orada yaşadığı müəyyən edilmişdir.[4][13] Şəhərdə 1 bazar, 6 böyük məscid, 6 karvansaray, Ordubad çayı üzərində tikilmiş daşdan körpü var idi.[14] Əsas məsciddə müsəlman məktəbi yerləşirdi.[13]

İl Sayı
1897 4.611 [15]
1926 3.665 [16]
İl Sayı
1939 4.312 [17]
1959 6.699 [18]
İl Sayı
1970 6.929 [19]
1979 8.145 [20]
İl Sayı
1989 9.395 [21]
2008 10.372

AbidələriRedaktə

 
Gəmiqaya

Çardağ qəbiristanlığıRedaktə

Çardağ qəbiristanlığı Ordubad şəhərindən 2 km şərqdə yerləşir. Torpaq qəbirlərdən ibarət olan qəbiristanlıq geniş bir ərazini əhatə edir. Qəbirlər qərb-şərq istiqamətindədir. Qəbirlərin üzərində düzgün olmayan düzbucaqlı formasında sinə daşları qoyulmuşdur. Bəzi qəbirlərin ətrafı kiçik həcmli daşlarla əhatələnmiş, bəzilərinin isə üzəri tamamilə kiçik həcmli daşlarla qapadılmışdır. Seyid Səbrinin yerli əhaliyə əsaslanaraq verdiyi məlumata görə bu qəbirstanlıq bir tayfaya məxsus olmuşdur. Qəbiristanlığın bir tərəfində müsəlman qəbirlərinə də rast gəlinir. Qəbir abidələrinin bəzisinin başdaşlarında ərəb əlifbası ilə kitabələr vardır. Qəbirlərin əksəriyyətinin baş daşları yonulmamış qaya parçalarındandır. Axtarışlar zamanı qəbiristanlığın ərazisindən son orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur. Çardağ qəbiristanlığı XVI–XVII əsrlərə aid edilir.

 
Buzxana abidəsi

Buzxana abidəsiRedaktə

Gnome-searchtool.svg  Əsas məqalə: Ordubad Buzxanası

Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsidir və XVIII əsrdə yenidən bərpa edilmişdir.

 
Sərşəhər məscidi
 
Sərşəhər məscidi

Xaraba-GilanRedaktə

Gnome-searchtool.svg  Əsas məqalə: Kiran

Xaraba-Gilan, Ordubaddan 17 km-də Yuxari Aza kəndinin şimal-şərqində, Düylün İkinci Gilan kəndinin cənub-qərbində, indiki Gilançayın sol sahilində yerləşir. Şəhər təpələr və dağlar üzərində yerləşir. Şəhərin xarabalıqları 100 ha‐dan artıq ərazini əhatə edir.[22][23]

KəhrizləriRedaktə

Mənbələrdə 70 kəhrizi və məscidi ilə tanınan Ordubad şəhərinin su təchizatı və kanalizasiya sistemi, analoqu olmayan şərq memarlığı üçün xarakterik mədəniyyət abidəsidir. Orta əsr şəhərlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən Ordubad şəhəri Səfəvi hökmdarlarları I şah Abbasın baş vəziri təyin edilən ordubadlı Hatəm bəyin dövründə daha da inkişaf etmiş və burada bir-birini tamamlayan nadir memarlıq abidələri yaranmışdır. Orta əsrlərdə şəhərlərin salınmasında su təchizatı ilə yanaşı şəhərin kanalizasiya sisteminə və yaşıllıqlarına da xüsusi fıkir verilirdi. Şəhər əhalisini içməli su ilə təchiz etmək və şəhərin yaşıllıqlarını suvarmaq üçün süni su mənbələrindən yəni kəhrizlərdən istifadə edirdilər. Şəhər kəhrizləri strateji cəhətdən də əlverişli nıövqe tuturdu. Düşmən mühasirəsində olan şəhər əhalisinin suya olan tələbatı da yalnız kəhrizlər vasitəsilə həll edilirdi. Ordubad şəhərinin yeganə su mənbəyini Ordubad və Gənzə çayları və onların məcrasının yeraltı axınlarından qidalanan kəhriz sistemləri təşkil edir. Əsasən Ordubad və Gənzə çaylarının yeraltı axınlardan qaynaqlanan Ordubad şəhərinin su təchizatının həllində ərazinin mühəndis-geoloji və hidrogeoloji xüsusiyyətləri kankanların min illik təcrübələrində nəzərə almmışdır. Yayda çaylar quruduqları vaxt yeganə etibarlı və təmiz su mənbəyi olan kəhrizlərdən istifadə olunur[24].

Ordubad pirləriRedaktə

Ordubad şəhəri uzaq və yaxın şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək Yolunun üstündə yerləşən, Naxçıvan Muxtar Respublikasının tarixi-arxeloji abidələri ilə zəngin olan, UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısında olan rayonlarımızdan biridir[25]. Ordubad rayonunda hər məhəllənin özünə məxsus məscidləri varki bunlarda əsasən XVII–XIX əsrlərə aiddir. Ordubad rayonu özünə məxsus məscidlər mənəvi inanc yeri olan pirlərlə, ziyarətgahlarla zəngindir.[26]

MənbəRedaktə

  • Feyruz Bağırov "Nuh yurduna ziyarət" Naxçıvan M.Nemət "Azərbaycanda pirlər" Bakı 1992 http://anl.az/el/Kitab/2015/1992-337.pdf
  • Q.Həsənov "Naxçıvan MSSR-in tarixi-arxeloji abidələri. Naxçıvan-1998
  • 10 Hacı Fəxrəddin Səfərli. Ordubad Şəhərinin Epikrafik Abidələri . Bakı-Elm −2001


QalereyaRedaktə

Həmçinin baxRedaktə

İstinadlarRedaktə

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti
  2. Naxçıvan ensiklopediyası II cild
  3. 1 2 Naxçıvan Ensklopediyası 2cild
  4. 1 2 Encyclopædia Iranica (C. Edmund Bosworth) July 20, 2002
  5. 1 2 3 4 http://biodiversity.az/az/ekoturizm/70
  6. Səfəralı Babayev.Naxçıvan Muxtar Respublikasının coğrafiyası.Naxçıvanş1999.238s
  7. Naxçıvan florası
  8. http://www.elibrary.az/docs/azerbaijan/gl2.pdf[ölü keçid]
  9. Миклухо-Маклай Н.Д. Аджаиб ад-Дуня. Ученые записки Института востоковедения. Том 9. М., -Л., 1954.
  10. Zəxariyyə əl-Kazvini. Kitab əsər əl-Bilad. Goettingen. 1848. (ərəbcə).
  11. Sultan Məlikşah dövründə Kəfəsoğlu I. Səlcuqlu İmparatorluğu (türkcə). İstanbul. 1953.
  12. Qəzvini, Nüzhətül-qülub, səh. 89
  13. 1 2 Шопен И. И. "Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи." Санкт-Петербург, Издательство: Типография Императорской Академии Наук, 1852 г. Оглавление: Часть III, Отделение III. Народонаселение, Глава первая. Города, 3. Город Ордубад, стр. 482
  14. Шопен И. И. "Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи." Санкт-Петербург, Издательство: Типография Императорской Академии Наук, 1852 г. Оглавление: Часть III, Отделение III. Народонаселение, Глава первая. Города, 3. Город Ордубад, 482–483 стр.
  15. Rusiya imperiyası əhalisinin siyahıya alınması (1897).
  16. SSRİ əhalisinin siyahıya alınması (1926).
  17. SSRİ əhalisinin siyahıya alınması (1939).
  18. SSRİ əhalisinin siyahıya alınması (1959).
  19. SSRİ əhalisinin siyahıya alınması (1970).
  20. SSRİ əhalisinin siyahıya alınması (1979).
  21. SSRİ əhalisinin siyahıya alınması (1989).
  22. Vəli Bахşəli оğlu Bахşəliyеv. Nахçıvаnın аrхеоlоji аbidələri. – Bаkı: Еlm, 2008, 301 s.
  23. Nahçıvan tarihi: V–XV.yüzyıllar.Kürkçüoğlu Erol Güneş Vakfı Yayınları.Erzurum2007.s134
  24. Əlövsət Quliyev. Naxçıvan kəhrizləri 2008 səhifə 49–59
  25. Naxçıvan Ensiklopediyası
  26. Feyruz Bağırov "Nuh yurduna ziyarət" Naxçıvan

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

W

Saytda 152 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021