Adıgözəlovlar Haqqinda Melumat - Vikipedia

Adıgözəlovlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

AdıgözəlovlarAzərbaycan xalqının tanınmış soylarından biri.

Adıgözəlovlar
Titul Bəy
Əcdadı Adıgözəl bəy Təklə
Qohum soylar İmamqulubəyovlar
Mənşəyi Qarabağ, Ağcabədi
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Qaradolaq

Soyun yaranması redaktə

Bu soyun ulu babası Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət etmişdi. Xan Irana qaçandan sonra ruslara işləmişdi. Qardaşı Imamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə etmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar.

Adıgözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, rəiyyətlərə, Qaradolaq, Şahsеvən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi.

Adıgözəl bəyin Hümbətəli bəy, Atakişi bəy, Ibiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardı.

Soyun məşhur nümayəndələri redaktə

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Adıgözəlovlar: Qaradolaq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2010, № 7, səh.3–22.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024