Adam stili Haqqinda Melumat - Vikipedia

Adam stili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Adam stili (və ya Adamesk"Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər.

Londonun Qrosvenor meydanındakı Derbi Haus üçün hazırlanmış detallar. Adam qardaşlarının dekorativ dizaynı.

Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers).

Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, ŞotlandiyaRusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu.

Təsirlənib redaktə

Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir:

  • Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri;
  • Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları;
  • Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.

Qalereya redaktə

İstinadlar redaktə

  • Eileen Harris, The Furniture of Robert Adam

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024