Afrika Millətlər Kuboku Haqqinda Melumat - Vikipedia

Afrika Millətlər Kuboku Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Afrika Millətlər Kuboku

Afrika Millətlər Kuboku — Afrikanın milli komandaları arasında keçirilən ən nüfuzlu futbol turniri

Afrika Millətlər Kuboku
African Cup of Nations
Yaradılıb
1957
Коntinent
Afrika Futbol Konfederasiyası (AFK)
Komanda tərkibi
16 (finalda), 55 (cəmi)
Cari çempion
 Kamerun (2017)
Ən çox qlib gələn komanda
 Misir (7 dəfə)
Rəsmi saytı
CAF

Yarandığı dövrdə heç kimin təsəvvürünə gəlməzdi ki, Afrika Kuboku "qara qitə"də bir nömrəli yarışa çevriləcək, milyonlarla azarkeşin diqqətini çəkəcək, futbola yenicə alışan fanatların böyük marağına səbəb olacaq. Əksinə, fikir müzakirəyə çıxarılanda, dəstəkləməyənlər kifayət qədər idi. İlk turnir start götürməzdən əvvəl yarışın qaydalarında cüzi dəyişikliklər olundu. Nə qədər qəribə olsa da, çoxmillətlik təşkil edən, amma kubokun keçirilməsinin əsas tərəfdarlarından biri sayılan CAR yarışdan kənarlaşdırılmaqla yanaşı, AFK-nın da tərkibindən çıxarıldı. Bu, xeyli mübahisələrə zəmin yaratsa da, AFK qərarını dəyişmədi. Cənubi Afrika Republikası AFK-nı tərk edəndən sonra, turnirdə 3 region — Efiopiya, MisirSudan çıxış edirdi. Siyahıdan silinmiş CAR turnirə düz 39 ildən sonra qayıtdı. Buna qədər baş tutan ilk iki turnir (1957/1959) tam qayda-qanunla keçirilməmişdi. Afrika futbolunun dünyada kifayət qədər tanınması üçün turnir iştirakçılarının sayını artırmaqdan gözəl vasitə ola bilməzdi. Bunu yaxşı anlayan AFK rəhbərliyi qısa zaman kəsiyində iştirakçıların sayını 16-ya çatdırdı. Hər halda qaçılmaz olan müəyyən problemlər qalmaqda idi — turnirin baxımlı alınması üçün lazım olan maddi vəziyyətin zəifliyi, ölkədaxili iğtişaşlar və siyasətin meydana daxil olması kimi məsələlər yarışın nüfuzuna təsirsiz ötüşməyə bilməzdi. Bu kimi əngəllərə baxmayaraq, AFK-nın təşkil etdiyi Afrika Kuboku indiyə qədər fəaliyyətini dayandırmayıb.

İlk dördlər redaktə

Ölkələrin performansı redaktə

Qaliblər 1-ci yer 2-ci yer 3-cü yer 4-cü yer Top 2 Top 3 Top 4
Misir  Misir 7 (1957, 1959, 1986, 1998, 2006, 2008, 2010) 2 (1962), (2021) 3 (1963, 1970, 1974) 3 (1976, 1980, 1984) 9 12 15
Kamerun  Kamerun 5 (1984, 1988, 2000, 2002, 2017) 2 (1986, 2008) 2 (1972, 2021) 1 (1992) 7 9 10
Qana  Qana 4 (1963, 1965, 1978, 1982) 4 (1968, 1970, 1992, 2010) 1 (2008) 3 (1996, 2012, 2013) 8 9 12
Nigeriya  Nigeriya 3 (1980, 1994, 2013) 4 (1984, 1988, 1990, 2000) 8 (1976, 1978, 1992, 2002, 2004, 2006, 2010, 2019) - 7 15 15
Konqo Demokratik Respublikası  KDR 2 (1968, 1974) - 1 (1998, 2015) 1 (1972) 2 3 4
Kot-d'İvuar  Kot-d'İvuar 1 (1992, 2015) 2 (2006, 2012) 4 (1965, 1968, 1986, 1994) 2 (1970, 2008) 3 7 9
Zambiya  Zambiya 1 (2012) 2 (1974, 1994) 3 (1982, 1990, 1996) - 3 6 6
Tunis  Tunis 1 (2004) 2 (1965, 1996) 1 (1962) 3 (1978, 2000, 2017) 3 4 7
Sudan  Sudan 1 (1970) 2 (1959, 1963) 1 (1957) - 3 4 4
Seneqal  Seneqal 1 (2021) 2 (2002), (2019) - 3 (1965,1990, 2006) 3 3 6
Əlcəzair  Əlcəzair 1 (1990) 1 (1980) 2 (1984, 1988) 2 (1982, 2010) 2 4 6
Mərakeş  Mərakeş 1 (1976) 1 (2004) 1 (1980) 2 (1986, 1988) 2 3 5
Efiopiya  Efiopiya 1 (1962) 1 (1957) 1 (1959) 2 (1963, 1968) 2 3 5
Cənubi Afrika Respublikası  CAR 1 (1996) 1 (1998) 1 (2000) - 2 3 3
Konqo Demokratik Respublikası  KDR 1 (1972) - - 1 (1974) 1 1 2
Mali  Mali - 1 (1972) 2 (2012, 2013) 3 (1994, 2002, 2004) 1 3 6
Uqanda  Uqanda - 1 (1978) - 1 (1962) 1 1 2
Burkina-Faso  Burkina-Faso - 1 (2013) 1 (2017) 1 (1998, 2021) 1 2 4
Qvineya  Qvineya - 1 (1976) - - 1 1 1
Liviya  Liviya - 1 (1982) - - 1 1 1

Qaliblər redaktə

Mənbə redaktə

Həmçinin bax redaktə


Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024