Alisa Abqari Haqqinda Melumat - Vikipedia

Alisa Abqari Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Alisa Abqari (erm. Ալիս Աբգարիոս; 1886, Beyrut, Suriya vilayəti, Osmanlı imperiyası1952, Beyrut) — erməniəsilli Livan pedaqoqu, ərəb ölkələrində skautluğun banisi.[1]

Alisa Abqari
Doğum tarixi 1886
Doğum yeri
Vəfat tarixi 1952
Vəfat yeri
Atası Yühənnas Abqari
Mükafatları Xidmətlərə görə ordeni

Həyatı redaktə

Alisa Abqari 1886-cı ildə Beyrutda erməni yazıçısı Yühənnas Abqariərəbəsilli Afife Qanavatın ailəsində anadan olmuşdur. 1891–1899-cu illərdə Beyrut Alman Məktəbində oxumuşdur. Ərəb, fransız, ingilisalman dillərini mükəmməl bilirdi. 1900–1912-ci illərdə Qahirədə, 1912–1914-cü illərdə İngiltərədə yaşamışdır. Livanda skaut qrupları yaratmış, qızların bədən tərbiyəsi məsələləri ilə məşğul olmuşdur. 1917-ci ildə Ali İslam Məktəbini, Dəməşqdə Ərəb Məktəbini, Tripolidə Rum Ortodoks Qadın Məktəbini qurmuşdur. 1923-cü ildə Livan və Suriyanın baş skaut qubernatoru təyin edilmişdir.[1]

Yaradıcılığı redaktə

Alisa Abqari ingilis dilində skautluğa dair geniş əsər yazmışdır. Onlar ərəb dilinə tərcümə edilmişdir.[1]

Mükafatları redaktə

"Qız bələdçi polkovnik və skaut kapitanı" titulunu almış, xidmətlərinə görə Livanda orden ilə təltif edilmişdir.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 "Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 14.

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024