Ambarsum Məlikov Haqqinda Melumat - Vikipedia

Ambarsum Məlikov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ambarsum Məlikov

Ambarsum Məlikov, Ambarsum Məlik-Şahnəzərov — XIX əsrin sonu - XX əsrin əvvəllərində BakıTiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir[1], kinorejissor Karen Şahnəzərovun atasının babasıdır.[1] II Nikolayla şəxsi dostluq münasibətlərinə malik olmuş Ambarsum, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinin qeyd edilməsi tədbirlərinin təşkilində aktiv iştirak etmişdir.[1]

Ambarsum Məlikov
Ambarsum Məlik-Şahnəzərov
Digər adı Ambarsum Məlik-Şahnəzərov
Vəfat tarixi
Vəfat yeri Paris, Fransa
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Həyat yoldaşı Mariya Moiseevna Məlikova
Uşaqları Tiqran, Georgi, Jorj, Sergey
Atası Sergey
Milliyyəti erməni
Fəaliyyəti neft və su sənayesi

Fəaliyyəti redaktə

Neft və su sənayesi redaktə

Ambarsum Məlikov Bakının neft sənayesi sahəsində fəaliyyət göstərmiş "A.S.Melikov and Co" adlı şikətin rəhbəri olmuş, şirkəti oğlu Tiqran Məlikovla birlikdə idarə etmişdir. 1908-ci ildə onun şirkəti Bakının neft şirkətlərinin reytinqində on üçüncü yeri tutmuşdur. Bakıda 170 neft şirkəti tərəfindən çıxarılmış 487 milyon pud neftn 1 faizi "A.S.Melikov and Co" şirkətinin payına düşərək 5,7 milyon puda çatırdı.[2] 1914-cü ildə "A.S.Melikov and Co" şirkəti Stepan Giorgiyeviç Lianozovun "Oil" adlı şirkətinin tərkibinə qatılmışdır.[2]

Neft sənayesində biznesindən başqa, A.S.Məlikov Zaqulba su təchizatı sisteminin də sahibi olmuşdur.[2] 1902-1903-cü illərdə Bakı Şəhər Dumasının qlasnısı olduğu zaman Şollar su kəmərinin çəkilməsinə qarşı çıxmış və su kəmərinin onun Zaqulbadakı torpaq sahəsi ərazisində yerləşən bulaqdan çəkilməsinə israr etmişdir.[2]

1905-ci il qırğınlarında iştirakı redaktə

1905-ci ildə Bakının erməni və müsəlman əhalisi arasında qarşıdurma yarandıqda o zaman Bakı qybernatoru olmuş Mixail Nakaşidze müsəlman tərəfdən Hacı Zeynalabdin Tağıyev, erməni tərəfdən isə Ambarsum Məlikovla danışqlar apararaq öz icmaları arasında kifayət qədər nüfuza malik olan bu iki şəxsi kütlənin sakitləşdirilməsinə cəlb etməyə çalışmışdır.[3] Lakin, Ambrasum Məlikov sonradan əhalinin barışdırılması işində iştirakdan imtina edərək erməni kütlənin silahlandırılmasına başlamışdır.[3]

1918-ci il qırğınlarında iştirakı redaktə

1918-ci il mart hadisələrinin başlamasından sonra Ambarsum Məlikov oğlanları Tiqran, Georgi və Jorjla birlikdə müsəlman əhalinin öldürülmsəində aktiv iştirak etmiş, daşnak döyüşçülərinin silahlandırılmasına maddi yardım etmişlər.[4][5][6] Hadisələrin birbaşa təşkilatçısı və iştirakçısı olmuş Daşnaksütun partiyasının yerli qərargahı Məlikovların Xaqani küçəsi 27 ünvanındakı evində yerləşmişdir.[2]

Bakıdakı evləri redaktə

Məlikovlar Bakıda bir neçə malikanə tipli evə, həmçinin Zaqulba ərazisində geniş torpaq sahəsi və yay evinə sahib olmuşlar.

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 МЕЛИК-ШАХНАЗАРЯН, Арсен. ""Варанда – сердце Арцаха" -". aniv.ru. 04.11.2007. 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
  2. 2,0 2,1 2,2 2,3 2,4 Леонов, Генадий. "Хагани, 23. Домовая легенда и архивы гаппод АР". proza.ru. 2013. 2017-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
  3. 3,0 3,1 Джаббаров, Фархад. "Почему Гаджи Зейналабдину Тагиеву не удалось предотвратить армяно-азербайджанскую резню 1905 года?". 1news.az. 16 Февраля, 2016. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
  4. "МАРТ 1918 Г. БАКУ. АЗЕРБАЙДЖАНСКИЕ ПОГРОМЫ В ДОКУМЕНТАХ/ГЛАВА I/ДОКУМЕНТ № 1 — 50-2". eadgene.org. İstifadə tarixi: 30 oktyabr 2017.[ölü keçid]
  5. "Мартовские события 1918 года (ч.3)". estikavkaza.ru. 2015-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2017.
  6. "ПОРТРЕТ ГЕНОЦИДА - БАКУ МАРТ 1918 Г. В ДОКУМЕНТАХ". İstifadə tarixi: 30 oktyabr 2017.[ölü keçid]

Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024