Amerika Dövlətləri Təşkilatı Haqqinda Melumat - Vikipedia

Amerika Dövlətləri Təşkilatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Amerika Dövlətləri Təşkilatı

Amerika Dövlətləri Təşkilatları (ADT) (ing. Organization of American States, isp. Organización de los Estados Americanos, port. Organização dos Estados Americanos, fr. Organisation des États américains) - 30 aprel 1948-ci ildə qurulmuş, Şimali,Mərkəzi və Cənubi Amerika xalqalarını birləşdirən regional təşkilat.

Amerika Dövlətləri Təşkilatı- çoxfuksiyalı regional təşkilat
OAS
ing. Organization of American States
isp. Organización de los Estados Americanos
port. Organização dos Estados Americanos
fr. Organisation des États américains
Yaranma tarixi 30 aprel 1948
Rəsmi dili
Mərkəzi ABŞ Vaşinqton, ABŞ
Sədr Çili Xose Migel İnsulza
Üzvləri
OAS.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsis edilməsi. redaktə

1948-ci ildə Boqatoda IX Pan-Amerikan Konfransı keçirilən zaman ADT-nin nizamnaməsi imzalanmışdır. Təşkilatın nizamnaməsinə 1967-ci ildə Buenos-Ayresdə, 1985-ci ildə Kartagen de İndiasda, 1992-ci ildə Vaşinqtonda və 1993-cü ildə Manaquada tərtib edilmiş protokollar əlavə edilmişdir.

Məqsəd və vəzifələri. redaktə

Təşkilatın yaradılmasında məqsəd:

  • Qitədə sülh və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək;
  • Qarışmamaq prinsipinə əsaslanaraq demokratiyanın inkişafına çalışmaq;
  • Üzv ölkələr arasında ola biləcək münaqişələri sülh yolu ilə həll etmək;
  • Üzv ölkələrin iqtisadi,sosial və mədəni inkişafına birgə dəstək vermək;
  • Üzv dövlətlərin demokratikləşməsini ləngidən yoxsulluq və bu kimi amillərin aradan qaldırılmasına çalışmaq;
  • Demokratiya və insan hüquqlarının müdafiəsi;
  • Korrupsiya, terrorizm və narkobiznesə qarşı mübarizə.

1990-cı ildən etibarən Soyuq Müharibənin başa çatması və Latın Amerikası ölkələrinin demokratiyaya qayıtması ilə ADT özünü inkişaf etdirməyə başladı. Artıq onun prioritetlərinə:

  • Demokratiyanın gücləndirilməsi;
  • Sülh üçün səy göstərmək;
  • İnsan hüquqlarının müdafiəsi;
  • Azad ticarəti dəstəkləmək;
  • Narkotika ticarətinə qarşı mübarizə;
  • Davamlı inkişafa təşviq.

Təşkilatın strukturu redaktə

Amerika Dövlətləri Təşkilatı Baş Katiblikdən, Daimi Şuradan, Amerikan İqtisadi və Sosial Şurasından və bir sıra komitələrdən ibarətdir.

Daimi Şura mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş orqandır. 1947-ci il Rio de Janeyro müqaviləsinə əsasən Şura müvəqqəti məşvərətçi orqan kimi fəaliyyət göstərir. Ayda iki dəfə toplanır.

Amerika Dövlətləri Təşkilatının Baş Katibliyinə rəhbərliyi baş katib edir. O, 5 illik və iki dəfədən artıq olmamaq şərti ilə seçilir. Baş katibin təklifi əsasında sülhə və təhlükəsizliyə təsir barəsində məsələlər Baş Assambleyada və Daimi Şurada müzakirə edilə bilər. Daimi şuranın katibliyi baş katibin müavinidir. Baş Katiblik özü də altı katibliyə bölünür:

  • Siyasi Məsələlər üzrə Dövlət Katibliyi;
  • İnkişaf üzrə Katiblik;
  • Təhlükəsizlik üzrə Katiblik;
  • İdarəetmə və Maliyyə məsələləri üzrə Dövlət Katibliyi;
  • Hüquqi məsələlər üzrə Dövlət Katibliyi;
  • Xarici Əlaqələr üzrə Dövlət Katibliyi.

Təşkilatın ali orqanı Baş Assambleyadır. Assambleya üzv dövlətlərin nümayəndəliklərindən ibarətdir, ümumi siyasi məsələlərlə məşğul olur, orqanlar arası əlaqələri qurur, büdcəni və baş katibin reqlamentini qəbul edir. Assambleya ildə 1 dəfə toplanır. Qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunur.

Üzv Dövlətləri. redaktə

Amerika Dövlətləri Təşkilatına regionun 35 müstəqil dövləti daxildir. 1948-ci il 5 may tarixində təşkilatın əsası qoyularkən isə üzv dövlətlərin sayı 21 idi.

Xarici keçidlər. redaktə

İstinadlar. redaktə

  • Улахович В. Международные организации, 2005, стр.396

Politologiya. İzahlı lüğət. Bakı,2007. səh.10


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024