Analar (film, 1988) Haqqinda Melumat - Vikipedia

Analar (film, 1988) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Analar (film, 1988)

Analar tammetrajlı televiziya tamaşası rejissor Tofiq Zeynalov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Tofiq Zeynalovnda istehsal edilmişdir. Xaraktercə iki bir-birinə tamamilə zidd olan analar filmin əsas mövzusudur. Əsas rolları Ətayə Əliyeva, Kübra Əliyeva,Bəsti CəfərovaƏləkbər Hüseynov ifa edirlər.

Analar
Analar
Janr dram
Rejissor Tofiq Zeynalov
Əsərin müəllifi Əzizə Cəfərzadə
Baş rollarda Ətayə Əliyeva
Kübra Əliyeva
Bəsti Cəfərova
Ələkbər Hüseynov
Operator Tahir Atakişiyev
Rəssam Vaqif Məmmədov
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 1988
Filmin növü tammetrajlı televiziya tamaşası
Müddət 59 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1988
Rəng rəngli

Məzmun redaktə

Səmədlə (Ələkbər Hüseynov) Aynur (Bəsti Cəfərova) cütlüyü bir-birilərini sevərək evləniblər. Onların övlad payları bu xoşbəxtliyi ikiqat artırıb. Lakin günlərin bir günü Aynurla bağlı üzə çıxan bir həqiqət bu xoşbəxt ailə ocağının üzərinə su tökür. Məlum olur ki, Aynur kimsəsiz uşaqlar evindən götürülərək anası saydığı Sənəm (Ətayə Əliyeva) tərəfindən böyüdülüb. Bu xəbəri eşidən qayınanası Zərbuta (Kübra Əliyeva) bu evliliyin bitməsi üçün əlindən gələni edir. Bir tərəfdə yad uşağını öz doğma balası kimi böyüdən ana, digər tərəfdən öz doğma oğlunun ailəsini dağıdan ana. Xaraktercə iki bir-birinə tamamilə zidd olan analar filmin əsas mövzusunu təşkil edir.

Filmin üzərində işləyənlər redaktə

Əsər müəllifi: Əzizə Cəfərzadə
Rejissor: Tofiq Zeynalov
Operator: Tahir Atakişiyev
Rəssam: Vaqif Məmmədov

Rollarda redaktə

Ətayə Əliyeva — Sənəm
Kübra Əliyeva — Zərbuta
Bəsti Cəfərova — Aynur
Ələkbər Hüseynov — Səməd
Məcnun Hacıbəyov — Rəhman
Məsumə Rzayeva — Zübeydə
Samir Ələsgərov — Yunis

Mənbə redaktə

Televiziya tamaşalarının Azərbaycan teatr mədəniyyətinin təbliğində rolu...

Həmçinin bax redaktə

Azərbaycan filmlərinin siyahısı
1988-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı


Saytda 273 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024