Andrea Palladio Haqqinda Melumat - Vikipedia

Andrea Palladio Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Andrea Palladio (ən tezi 8 noyabr 1508ən geci 30 noyabr 1508[2], Padova, Venesiya Respublikası[2]təq. 19 avqust 1580[3][4], Viçensa, Venesiya Respublikası[5][2]) — italyan memarı və memarlıq nəzəriyyəçisi[6]

Andrea Palladio
it. Andrea Palladio
Şəxsi məlumatlar
Doğum adı Andrea di Pietro della Gondola
Doğum tarixi
Doğum yeri Paduya
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Viçensa
Vətəndaşlığı
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Veneto, Viçensa, Venesiya, Udine
Tələbəsi Vinçenzo Skamoççi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar[1]

Həyatı redaktə

Andrea Palladio əsasən Viçensa və Venesiyada yaşayıb yaratmışdır. Onun sənəti son intibah mədəniyyətinin zirvələrindən birini təşkil edir. Memarlıq irsi Avropa memarlığının sonrakı inkişafına təsir göstərmişdir.[6]

Palladionun memarlığa gətirdiyi yeniliklər artıq XVII–XVIII əsrlərdə Avropa klassisizminin palladioçuluq adını daşımasına səbəb oldu. Bu memar öz nəzəri ideyalarını "Memarlıq haqqında dörd kitab" (1570) adlı əsərində təzahür edir. Onun kompozisiyaları öz təbiiliyi, rahat və sakitliyi, kamilliyi, ciddi nizamlılığı, ətraf mühitlə vəhdətinə görə fərqlənirdi. Onun tikdiyi memarlıq nümunələri Viçentsa və Venesiya şəhərlərini bəzəyir.[7]

Viçentsa şəhəri Palladionun şəhəri hesab edilir. Bu şəhərdəki memarlığın ən böyük binası 1549-cu ildə tikilən Bazilikadır. 1580-ci ildə tikdirdiyi "Olimpiko" teatrı İtaliyada ən ilk monumental teatr binası hesab edilir. Memar burada Roma teatr tipindən istifadə etmiş, tamaşaçı zalına dairəvi deyil, ellips forması vermişdi. Palladionun memarlıq ideyaları sonrakı tarixi mərhələlərə, xüsusilə, İngiltərə, Fransa, Rusiya memarlıq sənətinə yüksək dərəcədə təsir göstərir.[7]

Kitabları redaktə

  • Memarlıq haqqında dörd kitab, 1570[6]

Layihələri redaktə

  • Tyene sarayı — 1550[6]
  • Kyerikati sarayı — 1550[6]
  • Valmarna sarayı — 1566[6]
  • Del Kapitanio lociyası — 1571[6]
  • Olimpiko teatrı — 1580 (tamamlama: memar V.Skamotsi)[6]
  • Rotonda villası — 1561 (tamamlama: memar V.Skamotsi)[6]
  • Barbaro-Volpi villası — 1560[6]
  • San-Corco Macore kilsəsi — 1565[6]

İstinadlar redaktə

  1. archINFORM (alm.). 1994.
  2. 1 2 3 RKDartists (nid.).
  3. http://www.treccani.it/enciclopedia/andrea-palladio_(Dizionario-Biografico)/.
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Палладио Андреа // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.439
  7. 1 2 Sədaqət Əliyeva. "Kulturologiya (mədəniyyətşünaslıq): Son İntibah". kayzen.az (az.). kayzen.az. 08 dekabr 2012, 11:11. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.

Ədəbiyyat redaktə

  • Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik (M.J.Manafova, N.T.Əfəndiyeva və S.A.Şahhüseynovanın ümumi redaktəsilə). Bakı: Sabah nəşriyyatı (2008), 2010 İSBN 5-86106-104-1

Xarici keçidlər redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024