Azərbaycan Sovet Ensiklopediyası Haqqinda Melumat - Vikipedia

Azərbaycan Sovet Ensiklopediyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Sovet Ensiklopediyası

Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)[1]) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya.

Azərbaycan Sovet Ensiklopediyası
azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)
Kitabın üz qabığı
Kitabın üz qabığı
Janr Ensiklopediya
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan SSR
Orijinalın nəşr ili 1976–1987
Nəşriyyat Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası
Cild 10
Səhifə 6265

Tarixi redaktə

 
Azəri Sovet Ensiklopediyasının titul səhifəsi

"Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MKAzərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi.

Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.[2]

Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.[2]

Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir. "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib. 1988-ci ildən ömrünün axırına qədər, yəni 1990-cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru vəzifəsində əməkdar elm xadimi Araz Dadaşzadə olub.

"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.

Ensiklopediyanın bütün cildləri 2020-ci ildə "Elmi Spektr" açıq elmi platformasının "Habitat" layihəsi çərçivəsində elektronlaşdırılıb. Bütün cildlər optik işarə tanıma sistemindən (OCR) keçirdildiyinə görə, kitab daxilində axtarış aparmaq da mümkündür.[3][4]

Redaksiya heyəti redaktə

Rəsul Rza (1966–75), Cəmil Quliyev (1976–1987)[5]Araz Dadaşzadə (1988–1990) fərqli dövrlərdə ensiklopediyanın baş redaktoru vəzifəsini icra etmişdirlər. Rüstəm Hüseynov isə baş redaktorun müavini vəzifəsində çalışmışdır. Ensiklopediyanın baş redaksiya heyətində aşağıda adları göstərilmiş alimlər yer alırdı:

Cildlərin çap olunması xronologiyası redaktə

Adı Cild Nəşr tarixi Əlifba sırası Nəşr yeri Səhifə sayı Bax
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
1 1976 А—БАЛЗАК Bakı 648 [1]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
2 1978 БАЛЗАМ—ГАЈДАР Bakı 638 [2]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
3 1979 ГАЈЫБОВ—ЕЛДАРОВ Bakı 628 [3]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
4 1980 ЕЛДӘҜӘЗ—ИТАБИРА Bakı 616 [4]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
5 1981 ИТАЛИЈА—КУБА Bakı 624 [5]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
6 1982 КУБА—МИСИР Bakı 647 [6]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
7 1983 МИСИР—ПРАДО Bakı 623 [7]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
8 1984 ПРАДО—СПРИНТ Bakı 608 [8]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
9 1986 СПУТНИК—ФРОНТОН Bakı 623 [9]
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
10 1987 ФРОСТ—ШҮШТӘР Bakı 610 [10]
Ümumi (1–10) 1976–1987 А—ШҮШТƏР 6265

Digər sovet ensiklopediyaları redaktə

Orijinalda adı (yazılışı) Azərbaycanca adı Cildlərinin sayı Nəşr tarixi
Українська радянська енциклопедія Ukrayna Sovet Ensiklopediyası 17 1927–1934 ; 1959–1965 ; 1978–1985
Ўзбек совет энциклопедияси Özbək Sovet Ensiklopediyası 14 1971–1980
Հայկական սովետական հանրագիտարան Erməni Sovet Ensiklopediyası 13 1974–1987
Беларуская савецкая энцыклапедыя Belarus Sovet Ensiklopediyası 12 1969–1975
ქართული საბჭოთა ენციკლოპედია Gürcü Sovet Ensiklopediyası 12 1975–1987
Latvijas padomju enciklopēdija Latviya Sovet Ensiklopediyası 11 1981–1988
Азәрбајҹан Совет Енсиклопедијасы Azərbaycan Sovet Ensiklopediyası 10 1976–1987
Қазақ кеңес энциклопедиясы Qazax Sovet Ensiklopediyası 10 1972–1978
Lietuviškoji tarybinė enciklopedija Litva Sovet Ensiklopediyası 13 1976–1985
Түркмен совет энциклопедиясы Türkmən Sovet Ensiklopediyası 10 1974–1989
Енчиклопедия советикэ молдовеняскэ Moldova Sovet Ensiklopediyası 8 1970–1981
Энциклопедияи советии тоҷик Tacik Sovet Ensiklopediyası 8 1978–1988
Eesti nõukogude entsüklopeedia Eston Sovet Ensiklopediyası 8 ; 10+5 1968–1976 ; 1985–2006
Кыргыз Совет Энциклопедиясы Qırğız Sovet Ensiklopediyası 6 1976–1980
Сибирская советская энциклопедия Sibir Sovet Ensiklopediyası 4 1929–1933

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası)" Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Arxivləşdirilib 2014-09-02 at the Wayback Machine  (az.)
  2. 1 2 "Xalqın milli sərvəti". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-18.
  3. "10 cildlik Azərbaycan Sovet Ensiklopediyası (Азәрбајҹан Совет Енсиклопедијасы, ACE) dilimizdə yazılmış ən vacib istinad əsəridir". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  4. "Azərbaycan Sovet Ensiklopediyası". Şəki Ensiklopediyası. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
  5. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.

Xarici keçidlər redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024