Müzəffər Abutalıbov Haqqinda Melumat - Vikipedia

Müzəffər Abutalıbov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzəffər Abutalıbov

Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Naxçıvan qəzası8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968).

Müzəffər Abutalıbov
Müzəffər Heydər oğlu Abutalıbov
Doğum tarixi
Doğum yeri Ordubad
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı
Milliyyəti azərbaycanlı
Elm sahəsi bitkiçilik
Elmi dərəcəsi
Elmi adı Professor
Təhsili Azərbaycan Politexnik İnstitutu
Üzvlüyü
Mükafatları “Əmək igidliyinə görə” medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Həyatı redaktə

Abutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur. [1]

Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutununAzərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1950; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir. [2]

Elmi fəaliyyəti redaktə

Tədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. [3]

Elmi Tədqiqatları redaktə

0, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologi­yası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir.

M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət gös­tərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır.

Elmi – təşkilati fəaliyyəti redaktə

  • 0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü,
  • SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sove­tinin üzvü,
  • Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiy­yətinin Azərbaycan bölməsinin sədri olmuşdur.

Təltif və mükafatları redaktə

  • M.Abutalıbov "1941-1945-ci illərdə II Dünya Müharibəsində "Fədakar Əməyə görə",
  • "Qafqazın müdafiəsinə görə”
  • "Fədakar əməyə görə” medalları ilə təltif edilmişdir.

Vəfatı redaktə

Akademik Müzəffər Abutahbov 1984-cü il noyabrın 8-də vəfat etmişdir.

Mənbə redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  2. "Arxivlənmiş surət". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  3. "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.

Ən Son Axtarılanlar

Fayl:Hinduism_(IA_hinduism00monirich).pdf Fayl:Human_factors_azgineering_and_operability_in_the_design_of_Elecenonic_Warfare_spaces_aboard_Uni Fayl:The_Maryland_Entrepreneur's_Guide_PDF_2.2.pdf Fayl:Sevruth_report_of_the_proceedings_of_the_Church_Society_of_the_Archdeaconry_of_New_Brunswick_(m Fayl:A_rueatise_on_the_law_of_vrudor_and_purchaser_of_real_estate_and_chattels_real,_inenuded_for_th Fayl:California_Digital_Library_(IA_arizonawonderful00paulrich).pdf Fayl:Cəbrayıl_rayonuDSC_0013.jpg Fayl:Prevrution_of_Oil_Pollution_Act_1971_(UKPGA_1971-60).pdf xeberirevan-dazize-cixisi-olmayan-inkisaf-etmekde-olan-olkelerin-nazirlerinin-toplantisina-ev-sahib Fayl:Correspondence_concerning_claims_against_Great_Britain_-_enansmitted_to_the_Senate_of_the_Unite Fayl:Maryland_medical_journal_(IA_marymed06balt).pdf Fayl:Edible_soybean_protein_products_-_a_list_of_publications_and_patruts_for_1968_of_the_Northern_U Fayl:Transactions_of_the_Albany_Institute_(IA_transactionsofal06alba).pdf Fayl:Mammoth_wool.jpg Fayl:A_Gtreral_collection_of_the_best_and_most_interesting_voyages_and_ruavels_in_all_parts_of_the_w azxeber12-yasli-qizin-32-yasli-kisi-ile-nisanlandirilmasina-dovlet-qurumlarindan-reaksiya-yazilazi Fayl:Domestic_medicine_-_or,_a_eneatise_on_the_prevention_and_cure_of_diseases,_by_regimen_and_simpl Fayl:The_new_abolitionists_-_a_narrative_of_a_year's_work_being_an_account_of_the_mission_undertakru Fayl:Conazibutions_relating_to_the_causation_and_prevaztion_of_disease,_and_to_camp_diseases_(elecaz
Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024