Antonio Labriola Haqqinda Melumat - Vikipedia

Antonio Labriola Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Antonio Labriola (2. 7. 1843, Kassino-2. 2. 1904, Roma)—ilk italiyan marksisti, filosof, publisist, sosialist hərəkatı xadimi. 1874 ildən Roma universitetinin professoru idi. 90-cı illərin əvvəlində burjua demokratizmi və Hegel idealizmi ilə əlaqəni kəsərək marksizm mövqeyinə keçmişdi. 1890-cı ildən F. Engelslə yazışırdı. İtaliya Sosialist Partiyasının yaradılmasına (1892) kömək göstərmiş, lakin onun fəaliyyətində iştirak etməmişdir. Labriolanın əsərlərində tarixi inkişafın həlledici amili, siniflər və sinfi mübarizə, xalq kütlələrinin və şəxsiyyətini tarixdə rolu, dövlət, inqilab və s. problemlər tədqiq olunmuşdur. Antonio ictimai inkişafın əsl hərəkətverici qüvvələrini açıb göstərməyə tarixi materialistcəsinə anlayışın başlıca vəzifəsi sayırdı. Sosialist hərəkatı ilə marksizm nəzəriyyəsinin əlaqəsinin zəruriliyi fikrini inkişaf etdirmişdir. "Kommunist Partiyasının Manifestini" ictimai elmdə çevriliş kimi qiymətləndirmişdir. Labriolanın proletariat diktaturası haqqında təlimi, proletar partiyasının fəhlə sinfi və onun müttəfiqləri ilə qarşılıqlı əlaqəsinin əhəmiyyətini, milli məsələni düzgün başa düşməmişdi. Labriolanın ideya irsi İtaliyada marksist fikrin sonrakı inkişafına böyük təsir göstərmişdir.[1]

Antonio Labriola
it. Antonio Labriola
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kassino
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Roma
Dəfn yeri
  • Roma protestant qəbiristanlığı[d]
Vətəndaşlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar redaktə

  1. Azərbaycan Sovet Ensiklopediyası. VI. Bakı. 1982. səh. 140.

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024