Arşın mal alan (film, 1937) Haqqinda Melumat - Vikipedia

Arşın mal alan (film, 1937) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Arşın mal alan (film, 1937)

«Arşın mal alan» (ing. Arshin Mal Alan) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında Setraq Vartyanın rejissorluğu ilə 1937-ci ildə çəkilmiş ABŞ romantik müzikl filmi. Filmdə Üzeyir Hacıbəyovun adı orijinal müəllif kimi qeyd edilməmişdir.[1]

Arşın mal alan
ing. Arshin Mal Alan
Filmin rəsmi afişası.
Filmin rəsmi afişası.
Janr musiqili film
Rejissor Setraq Vartyan
Prodüser Setraq Vartyan
Ssenari müəllifi
Baş rolda
  • Setraq Vartyan
  • Lüiza Barsamyan
  • Ruben Stepanyan
  • Bart Ankin
  • Setraq Zurabyan
  • Qayuş Sinko
  • Vram Sakayan
  • Maşa Zubaryan
Bəstəkar
İstehsalçı Marana Films
İlk baxış tarixi 1937
Büdcə 157.000
Ölkə
Dil erməni dili
Rəng ağ-qara[d]
IMDb ID0129760

Süjet redaktə

Zəngin bir fars tacirinin oğlu Əsgər[a] Avropadan evinə qayıdır və evlənməyə hazırlaşır. Əsgər sevgi ilə evlənmək istəyir və öz ölkəsinin evlilik ilə bağlı adət-ənənələrinə qarşı çıxır. O, onun atasının təşkil etdiyi evliliyə qarşı çıxır. Adətə görə, gəlini oğlanın anası seçir. Əsgərin dostu Süleyman ona tövsiyə edir ki, tacir geyimi geysin və səyahətə çıxsın. Beləliklə o, bir qız ilə tanış olacaq və ona vurulacaq. Əsgərin Süleymanın tövsiyəsinə qulaq asır və axırda bir bəy qızına aşiq olur. İlkin mərhələdə qızın valideynləri oğlana qarşı çıxsalar da, cütlük sonunda evlənir.[3].[3]

Rollarda redaktə

Aktyor Rol
Setraq Vartyan Əsgər Əsgər
Lüiza Barsamyan Gülçöhrə Gülçöhrə
Ruben Stepanyan Süleyman Süleyman
Bart Ankin Asya Asya
Setraq Zurabyan Sultan bəy Sultan bəy
Qayuş Sinko Xəllam[3][b] Xəllam[3][b]
Vram Sakayan Vəli Vəli
Maşa Zubaryan Telli Telli

Qeydlər redaktə

  1. Orijinal operettada hadisələr Şuşa şəhərində cərəyan edir.[2]
  2. Operettada – Cahan xala.

İstinadlar redaktə

  1. Kazımzadə, Aydın. Arshin Mal Alan: The rich Screen Life Of Uzeyir Hajibayov's Operetta (ingilis). Visions of Azerbaijan, The European Azerbaijan Society. 2009. səh. 88–97. 9 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2019.
  2. Lüdmila Mixeyeva, Anatoli Opeloviç. В мире оперетты. Путеводитель (rus). Советский композитор, Ленинградское отделение. 1982. səh. 149.
  3. 1 2 3 Gevinson, Alan. American Film Institute catalog, AMERICAN FILM INSTITUTE CATALOG OF MOTION PICTURES PRODUCED IN THE UNITED STATES, AFI Catalog Series, The AFI Catalog of Motion Pictures Produced in the United States (ingilis). Oklend: University of California Press. 1997. səh. 54. ISBN 0520209648, 9780520209640. 2016-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.

Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024