Atlantika astanası Haqqinda Melumat - Vikipedia

Atlantika astanası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Atlantika astanası

Atlantika astanası,Atlantika okeanında sualtı qalxım. Qrenlandiya, İslandiya, FarerŞetland adaları arasındadır. Atlantika astanası üzərində dərinlik təqribən 600 m-dir. Atlantika astanası AtlantikaŞimal Buzlu okeanlarının su mübadiləsinə mane olur. 700–800 m dərinlikdə astananın şimal yamacında suyun temperaturu 0°C-dən aşağı, cənub yamacında 3–5°C-dir. Şimali Atlantika axınının ilıq və duzlu suları Atlantika astanasından (əsasən, Şetland adalarıİslandiya arasındakı boğazdan) keçərək Norveç dənizinə gəlir. Danimarka boğazında Şimal Buzlu okeanının soyuq və nisbətən az duzlu sularının əks axını üstündür.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 224. ISBN 978-9952-441-05-5.

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024