Ay torpağı Haqqinda Melumat - Vikipedia

Ay torpağı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ay torpağıAyın səthində olan reqolitin incə hissəsi. Xüsusiyyətləri yerinin səthindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Ay torpağının fiziki xüsusiyyətləri, ilk növbədə, davamlı meteorik təsirlər və illər ərzində Günəş və ulduzlararası yüklü atom hissəcikləri tərəfindən bombardman edildiyi bazaltanortozit süxurların mexaniki parçalanmasının nəticəsidir. Proses, hissəciklərin zaman keçdikcə daha da incə ölçüyə endirildiyi böyük dərəcədə mexaniki aşınmanın yaratdığı bir hava şəraitindən biridir. Bu vəziyyət, molekulyar oksigenin (O2), rütubətin, atmosfer küləyinin və güclü bioloji proseslərə kömək edən bir sıra vasitələrin vasitəçiliyi ilə yerinin səthində torpaq meydana gəlməsi ilə əsaslı şəkildə ziddiyyət təşkil edir.

Bazz Oldrinin Ay torpağında ayaq izi.

Ay torpağı əsasən 1 sm və ya daha az diametrli hissəciklərdən ibarətdir.[1] Ay tozları, Ay torpağından daha incədir. Hansı ölçü fraksiyasının "toz" təşkil etdiyinə dair dəqiq məlumat yoxdur; bəzi hissəciklərin diametri 50 μm, bəziləri isə 10 μm-dən daha azdır. [mənbə göstərin]

Formalaşma prosesləri redaktə

Ətraflı bax: Selenologiya

Ay torpağının formalaşmasını təşkil edən proseslər aşağıdakı kimidir: [mənbə göstərin]

 
Apollon 17 missiyası zamanı toplanan reqolit.

Bu proseslər zaman keçdikcə Ay torpağının fiziki və optik xüsusiyyətlərini dəyişməyə davam edər və buna kosmosun aşınması deyilir.

Əlavə olaraq burada yerləşən vulkanik lavalar yuxarı doğru yüksələrkən səthə geri düşməzdən əvvəl kiçik şüşə qırıntılarına çevrilərək soyuyur. Apollon 17 tərəfindən Taurus–Littrow vadisində Shorty kraterində tapılan narıncı toz kimi və ya Apollon 15 tərəfindən Hadley–Apennine-da tapılan yaşıl şüşə kimi. [mənbə göstərin] Bunun nəticəsində bəzi yerlərdə kiçik, lakin əhəmiyyətli çöküntülər yarana bilər. Vulkanik şüşə qırıntılarının Ayın digər bölgələrindəki Qaranlıq Mantiya Yataqlarının (ing. Dark Mantle Deposits (DMD) —) mənşəyi olduğu düşünülür.[2]

Mineralogiyası və tərkibi redaktə

Ay torpağı müxtəlif növ hissəciklər də daxil olmaqla o cümlədən qaya parçaları, mono-mineral fraqmentlər, müxtəlif növ şüşələr, aqllutinat hissəciklər, vulkanik və təsir sferiklərindən ibarətdir.[3] Aqlutinatlar Ayın səthində mikrometeoritlərin təsirindən əmələ gəlir ki, bu da kiçik miqyaslı əriməyə səbəb olur və hər bir toz hissəciyinin tərkibində şüşə qabığında yerləşmiş elementar dəmirin kiçik ləkələri bitişik materialları birləşdirir.[4] Zaman keçdikcə materialın mikrometeoritlərin toqquşması nəticəsində həm şaquli, həm də üfüqi formaya düşməsinə görə onların ("bağçılıq" kimi tanınan proses) təsir prosesləri qarışdırılır. Mikrometeoritlərdən gələn materialın qatqısı nisbətən kiçikdir, belə ki hər hansı bir yerdəki Ay tozunun tərkibi çoxluqla Aydakı qayaların tərkibi ilə eyni olur.

İstinadlar redaktə

  1. Heiken; Vanniman; French. Lunar Sourcebook. Cambridge University Press. 1991. 756. ISBN 978-0-521-33444-0.
  2. "Explosive Volcanic Eruptions on the Moon". 2017-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  3. Heiken, Grant. Lunar sourcebook : a user's guide to the moon. Cambridge England New York: Cambridge University Press. 1991. ISBN 978-0-521-33444-0. OCLC 23215393.
  4. Zellner, N. E. B. "Lunar Impact Glasses: Probing the Moon's Surface and Constraining its Impact History". Journal of Geophysical Research: Planets. American Geophysical Union (AGU). 124 (11). 2019: 2686–2702. doi:10.1029/2019je006050. ISSN 2169-9097.

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024