Azərbaycan 2009 Avroviziya Mahnı Müsabiqəsində Haqqinda Melumat - Vikipedia

Azərbaycan 2009 Avroviziya Mahnı Müsabiqəsində Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan 2009 Avroviziya Mahnı Müsabiqəsində

Azərbaycanı 2009 Avroviziya Mahnı Müsabiqəsində Aysel TeymurzadəArəş birlikdə ifa etdikləri Always (Azərbaycanca:"Həmişə") mahnısı ilə təmsil etdilər.[1]

2009 Avroviziya Mahnı Müsabiqəsi
Milli seçim
Ölkə Azərbaycan Azərbaycan
Seçim prosesi Milli final
Seçim tarixi 15 yanvar (müğənni)

5 fevral (mahnı)

Təmsilçi Aysel & Arəş
Mahnı Always
Nəticələr
YF nəticəsi 2-ci yer, 180 xal.
Final nəticəsi 3-cü yer, 207 xal.

Milli seçim redaktə

2009-cu ildə milli seçimdə Azəri Star, Yeni Ulduz və bir neçə başqa televiziya mahnı müsabiqələrinin iştirakçıları olmuş müğənnilər iştirak edirdi. İctimai Televiziya isə 2009-cu il yanvarın 15-i təmsilçini dəqiqləşdirdi. Yanvarın 15-i İctimai Televiziyanın binasnda Azərbaycanı təmsil edən Aysel Teymurzadənin mətbuata tanıtım mərasimi keçirildi, lakin sonra Arəşin müəllifi olduğu mahnı ilə təmsil olunacağımız məlum olduqdan sonra həmin mahnını Arəşlə Ayselin birgə ifa edəcəkləri dəqiqləşdi.[2][3]

Münsiflər heyətinin tərkibi redaktə

  1. İsmayıl ÖmərovİTRYŞ-nin baş direktoru (sədr)
  2. Fərhad BədəlbəyliBakı Musiqi Akademiyasının rektoru, professor
  3. İbrahim QuliyevAMDF-nun icraçı direktoru
  4. Lalə KazımovaBeynəlxalq Musiqi Şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti
  5. Murad AdıgözəlzadəMüslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, əməkdar artist
  6. Mənzər NurəliyevaMədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi
  7. Fərhad HacıyevGənclər və İdman Nazirliyinin nümayəndəsi

Çıxış redaktə

 
AyselArəş Green Roomda

Azərbaycan Böyük dördlük və ev sahibi Rusiyadan fərqli olaraq müsabiqədə II yarımfinalda iştirak etdi. Azərbaycanın II yarımfinaldakı çıxış nömrəsi 12-dir. Mayın 14-ü keçirilmiş II yarımfinalda Azərbaycan 180 xal toplayaraq 2-ci oldu. Mayın 16-da keçirilmiş müsabiqənin final mərhələsində isə Azərbaycan 11-ci nömrə altında çıxış etdi. Finalda Azərbaycan 207 xal toplayaraq 3-cü oldu.

Azərbaycana yarımfinalda verilən xallar redaktə

Azərbaycana verilən xallar (Yarımfinal)
12 xal 10 xal 8 xal 7 xal 6 xal
5 xal 4 xal 3 xal 2 xal 1 xal

Azərbaycanın yarımfinalda verdiyi xallar redaktə

Ölkə Xal
Norveç  Norveç 12
Ukrayna  Ukrayna 10
Macarıstan  Macarıstan 8
Moldova  Moldova 7
Litva  Litva 6
Albaniya  Albaniya 5
Yunanıstan  Yunanıstan 4
Estoniya  Estoniya 3
Danimarka  Danimarka 2
Polşa  Polşa 1

Azərbaycana finalda verilən xallar redaktə

Azərbaycana verilən xallar (Final)
12 xal 10 xal 8 xal 7 xal 6 xal
5 xal 4 xal 3 xal 2 xal 1 xal

Azərbaycanın finalda verdiyi xallar redaktə

Ölkə Xal
Türkiyə  Türkiyə 12
Ukrayna  Ukrayna 10
Norveç  Norveç 8
Moldova  Moldova 7
Rusiya  Rusiya 6
Xorvatiya  Xorvatiya 5
Estoniya  Estoniya 4
Rumıniya  Rumıniya 3
Bosniya və Herseqovina  Bosniya və Herseqovina 2
Litva  Litva 1

İstinadlar redaktə

  1. "Aysel "Avroviziya-2009"da Araşla duet oxuyacaq" Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine Fox.az tarixi: 2009.02.12
  2. "Azerbaijan: Aysel goes to Eurovision with song by Arash" Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine ESCtoday.com tarix:2009.02.05 (İngiliscə)
  3. "Azerbaijan to send a duet to Eurovision" Arxivləşdirilib 2012-11-27 at the Wayback Machine Eurovision.tv tarixi: 2009.02.12 (İngiliscə)

Mənbə redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024