Azərbaycan etirazları (2020) Haqqinda Melumat - Vikipedia

Azərbaycan etirazları (2020) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qarabağ yürüşü

(Azərbaycan etirazları (2020) səhifəsindən istiqamətləndirilmişdir)

Qarabağ yürüşü[1]2020-cı ilin 12-15 iyul tarixlərində Azərbaycanda Tovuz döyüşlərinin nəticələrinə görə başlayan aksiya.

Qarabağ yürüşü
Yer Azərbaycan
Tarix 14 iyul 2020
Səbəb Tovuz döyüşləri zamanı Azərbaycan ordusunda əsgər və yüksək rütbəli zabitlərin itkisi əlaqədar etirazlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

2020-cı il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun təmas xəttində yerləşən bölmələrini artilleriya atəşinə tutması nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olur. Üstəlik düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu da şəhid olur.[2] Bunun ardından iyulun 14-ü saat 16:00 radələrində Sumqayıtda[3]Əhmədlidə[4] “Qarabağ yürüşü” başlayır, burada yüzlərlə iştirakçı “Azərbaycan!”, “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!!” və "Sumqayıt, yatma, şəhidimiz var"[5] kimi sözlər səsləndirdi. Sonra nümayişlər minlərlə iştirakçı toplayaraq Bakının digər bölgələrinə də yayıldı.[6] İştirakçılara görə, təxminən 15 min nümayişçi var idi. Qız Qalasına çatdıqdan sonra nümayişçilər Şəhidlər xiyabanına yönəldilər. Saat 23: 30-da nümayişçilər Şəhidlər Xiyabanına çatdılar.[7] Burada nümayişçilər "Ya Qarabağ ya ölüm!!"[8] və "Karantin bitsin, müharibə başlasın!".[8] Bu zamana qədər yürüş dinc xarakter daşıyır.

İlkin nümayişlərdən sonra bir qrup Milli Məclisə yürüş təşkil edir.[9] Milli Məclisin birinci mərtəbəsində toplaşan nümayişçilər bir sıra parlament əmlakına 22.150 manat dəyərində ziyan vurmuşlar.[10] Polis nümayişçiləri binanı tərk etməyə çağırır. Ardından polis nümayişçiləri parlament binasından çıxarır.[11]

Xaricdəki etirazlar redaktə

Ölkə xaricində olan bir sıra şəhərlərdə (Berlin, Kaliforniya, Paris, Moskva) etirazlar başlayıb. Londonda isə Ermənistan öz səfirliyi etiraz olunakən Azərbaycan tərəfdən insanlar ilə toqquşması ilə nəticələnib.

İstinadlar redaktə

  1. Farhadoglu, Tapdig. ""Dəhşətli repressiya illərinin təkrarlanmasına yol verməyə haqqımız yoxdur"- söz-sənət adamları müraciət edib" ["We have no right to allow the terrible years of repression to be repeated," he said]. Amerikanın Səsi (az.). Voice of America. 30 July 2020. 14 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  2. "Ermənistan silahlı qüvvələrinin xain hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub". sputnik.az (az.). 14 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2020.
  3. "Sumqayıt şəhərində "Qarabağ yürüşü" keçirilib". Aze Voice (az.). 14 July 2020. 14 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  4. "Əhmədlidə "Qarabağ yürüşü" keçirilib". Aze Voice (az.). 14 July 2020. 14 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  5. "Bakıda şəhid polkovnikin cənazəsinin qarşılanması üçün yürüş olub". Report.az (az.). 14 July 2020. 14 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  6. "Bakıda cəbhəyə dəstək yürüşü keçirilir - VİDEO". Oxu.az (az.). 14 July 2020. 14 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  7. "Nümayişçilər Qız qalasına çatıblar: "5 min adam öndə, 10 min adam arxada"". Aze Voice (az.). 14 July 2020. 14 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  8. 1 2 "Nümayişçilər Şəhidlər Xiyabanına çatıblar". Aze Voice (az.). 14 July 2020. 14 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2020.
  9. "Bakıda dünən baş verən təxribat - Parlament binasında yaşananlar - VİDEO". Baku.WS (az.). 15 July 2020. 15 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2020.
  10. "Milli Məclisin əmlakına və inventarına 22150 manat ziyan vurulub –Açıqlama". Strateq.az (az.). 15 July 2020. 15 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2020.
  11. "Azərbaycan Respublikası Milli Məclis Aparatının məlumatı". meclis.gov.az (az.). Azərbaycan Respublikasının Milli Məclisi. 15 July 2020. 15 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2020.

Xarici keçidlər redaktə


Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024