Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı Haqqinda Melumat - Vikipedia

Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı

Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı — Azərbaycanda fəaliyyət göstərmiş rəsmi dövlət qeydiyyatlı partiyaların siyahısı.

Azərbaycanda siyasi partiyaların tarixi 1900-cü illərdən başlayır. O dövrdə Rusiya İmperiyasının Dövlət Duması yaradıldı və bu dumaya seçkilər təyin olundu. Bu prosseslər siyasi partiyaların yaranmasına təkan verdi.[1]

Çar Rusiyasının süqutu və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanın ali qanunverici orqanı-Azərbaycan parlamentinin fəaliyyətə başlaması siyasi partiyaların fəaliyyətinə təkan verdi.[2][3]

Azərbaycan Kommunist Partiyasının XXX qurultayı.

1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qırmızı Ordu tərəfindən işğal edildi və bütün partiyaların fəaliyyətinə son qoyuldu. SSRİ dönəmində leqal olaraq tək fəaliyyət göstərən partiya Azərbaycan Kommunist Partiyası oldu.[4][5]

1980-ci illərin sonundan etibarən xalq Kommunist Partiyasına və ümumiliksə hökumətə qarşı etiraz aksiyalarına başladı. Aksiyalarda etiraz əlaməti olaraq vətəndaşlar Azərbaycan Kommunist Partiyasının biletlərini cırırdılar və 1991-ci ilin sentyabr ayında partiya bütün strukturlarını buraxaraq ləğv olunduğunu elan etdi.[4]

SSRİ dönəmində qeyri qanuni şəkildə fəaliyyət göstərən bir neçə siyasi partiya və ya ictimai təşkilatlar da olmuşdur. Bu təşkilatlar Rafiq Turabxanoğlu liderliyində 1960-cı illərdə yaradılan Azərbaycan Xalq Demokratik Partiyası, Azər Qasımzadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Dirçəliş Partiyası və 1990-cı idə Azərbaycan Xalq Partiyası ilə birləşməsindən yaranan Azərbaycan Xalq Dirçəliş Partiyası, Əbülfəz Elçibəy liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi, Araz Əlizadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Sosial Demokrat Partiyası, 1990-cı ildə Rauf Arifoğlu və bir qrup şəxs tərəfindən yaradılan və Müsavat Partiyasının bərpasından öncə fəaliyyət göstərən Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyası, Birlik Partiyası və Fəzail Ağamalı liderliyində 1990-cı ildə yaradılan Ana Vətən Partiyası olmuşdur.

Azərbaycan müstəqillik əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya qeydiyyata alınıb. 1993-cü ildə həmin partiyalardan ikisi məhkəmə qərarı ilə ləğv edilib.

2021-ci ildə 6 partiya hakim Yeni Azərbaycan Partiyasına qoşulduğunu bildirib və qeydiyyata alınmış partiyaların sayı 58 olub.

2023-cü ildə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 58 partiyadan 31-i ləğv barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Tarixi partiyalar redaktə

Partiyanın adı Yaranma tarixi Ləğv tarixi Ləğv səbəbi
İttifaqi-Müslimin
1905 1907 Çar hökuməti tərəfindən fəaliyyəti dayandırıldı.
Qarabağ Birlik Məclisi
1906 1908
Müdafiə Partiyası[6]
1907 1909
İctimaiyyun-Amiyyun[7]
1905 1916 Əsasında Ədalət Partiyası yaranmışdır.
Qeyrət Partiyası[8]
1905 1917 Əsasında Türk Ədəmi-Mərkəziyyət Firqəsi yaradıldı.
İttifaq Partiyası
1907 1917 Sol Xalqçı Partiyası və sağ Əkinçi Partiyası qanadlarına parçalandı.
Türk Ədəmi-Mərkəziyyət Firqəsi
1917 17 iyul 1917 Müsavat Partiyasına birləşdi.
Difai Partiyası[9]
1906 15 oktyabr 1917 Çar hökuməti tərəfindən fəaliyyəti dayandırılsa da, 1907-1917-ci illərdə gizli fəaliyyət göstərmiş, ardından Müsavat Partiyasına birləşmişdir.
Qafqaz İttihad və Tərəqqi Firqəsi[10]
1918 1918 Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən fəaliyyəti dayandırıldı.
Rusiyada Müsəlmanlıq Firqəsi[11]
1917 yanvar 1918 İttihadi-İslam Cəmiyyəti ilə birləşərək İttihad Partiyasının əsasını qoymuşdur.
Ədalət Partiyası[12]
1916 11-12 fevral 1920 Ədalət Partiyası, Əkinçi PartiyasıHümmət Partiyasının sol qanadının əsasında Azərbaycan Kommunist Partiyası yaradıldı.
Əkinçi Partiyası
1917
Hümmət[12]
1904 11-12 fevral 1920 [a]
28 aprel 1920 Aprel işğalı
Müsavat Partiyası[13]
1911 28 aprel 1920
İttihad Partiyası[11]
yanvar 1918
Xalqçı Partiyası
1919
Əhrar Partiyası[14]
1918
Azərbaycan Kommunist Partiyası[15]
11-12 fevral 1920 1991 Partiya fəaliyyətini dayandırdı.

Ləğv edilənlər redaktə

Siyasi partiya Yaranma tarixi Qeydiyyat tarixi Ləğv tarixi Ləğv səbəbi
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
(Talış Xalq Partiyası)
1989 mart 1993 1993 Separatçılıq[16]
Bozqurd Partiyası
1992 aprel 1994 1995 Etnik ayrı-seçkiliyi təbliğ edən çıxışlar etməsi və adının qanunlara uyğun olmaması[17]
Azərbaycan İslam Partiyası
1991 20 sentyabr 1992 1995 Casusluq[17]
Azərbaycan Vahid Kommunist Partiyası
1 sentyabr 1995 SSRİ-nin bərpasını təbliğ etməsi[b]

Fəaliyyətini dayandıranlar redaktə

Partiyanın adı Yaradılma tarixi Qeydiyyat tarixi Fəaliyyətini dayandırdığı tarix
Azərbaycan Naminə Alyans Partiyası 17 noyabr 1994 22 iyun 1995 2 mart 2023[19]
Azərbaycan Təkamül Partiyası 1995 12 may 2005 9 mart 2023[20]
Birlik Partiyası 1990 18 dekabr 1992 9 mart 2023[21]
Milli Vəhdət Partiyası 2000 8 may 2002 13 mart 2023[22]
Azərbaycan Azad Respublikaçılar Partiyası 2001 8 may 2002 14 mart 2023[23]
Azərbaycan Sosial Rifah Partiyası 1994 4 avqust 1995 23 mart 2023[24]
Azərbaycan Liberal Demokrat Partiyası 30 yanvar 1999 9 iyul 1999 1 aprel 2023[25]
Azərbaycan Sosial Demokrat Partiyası 1989 1 sentyabr 1995 4 aprel 2023[26]
Azərbaycan Vahid Kommunist Partiyası 1993 19 sentyabr 1995 6 aprel 2023[27]
Müstəqil Azərbaycan Partiyası 10 fevral 1993 7 aprel 2023[28]
Azərbaycan Respublikaçılar Partiyası 1999 9 iyul 1999 8 aprel 2023[29]
Yeni Yol Partiyası 1992[c] 24 iyul 1992 12 aprel 2023[30]
Azərbaycan Milli Demokrat Partiyası 1992[d] 24 dekabr 2008 14 aprel 2023[31]
Aydınlar Partiyası dekabr 2008 19 noyabr 2009 17 aprel 2023[32][33]
Müstəqil Xalq Partiyası 7 may 2020 18 aprel 2023[34]
Vahid Azərbaycan Milli Birlik Partiyası 28 noyabr 1992 13 yanvar 1993 26 aprel 2023[35]
Azərbaycan Tərəqqi Partiyası 2 fevral 1999 12 iyul 2005 29 aprel 2023[36]
"Azərbaycan Mübarizləri" Partiyası 1998 27 may 2000 1 may 2023[37]
Azərbaycan Kommunist Partiyası [e] 1993 2 mart 1994 4 may 2023[38]
Qorqud Partiyası 1993 10 noyabr 1993 8 may 2023[39]
Milli Konqres Partiyası 1998 11 dekabr 1998 11 may 2023[40]
Azərbaycan Vətənpərvərlər Partiyası 1994 12 oktyabr 1994 12 may 2023[41]
Vətəndaş Birliyi Partiyası 1999 12 iyul 2005 22 may 2023[42]
Milli-Demokrat İdrak Partiyası 1992 11 avqust 1992 5 iyun 2023[43]
Milli Həmrəylik Partiyası 1992[f] 10 fevral 1993 9 iyun 2023[44]
Cümhuriyyət Xalq Partiyası 2010 7 may 2020 22 iyun 2023[45]
Sosial Ədalət Partiyası 1998 11 dekabr 1998 22 iyun 2023[46]
Azərbaycan Yüksəliş Partiyası[47] 16 iyul 2020 15 oktyabr 2021 23 iyun 2023[48]
Azərbaycan Liberal Partiyası 3 iyun 1995 14 avqust 1995 24 iyun 2023[49][50]
Vətəndaş və İnkişaf Partiyası 28 may 2006 10 avqust 2008 25 iyun 2023[51][52]
Azərbaycan Milli Dövlətçilik Partiyası 2 iyul 1994 12 oktyabr 1994 15 avqust 2023[53]
Azad Demokratlar Partiyası 6 iyul 2014 16 aprel 2010 Bilinmir[54]

Ad dəyişənlər redaktə

Aşağıdakı partiyalar adlarını dəyişərək əvvəlki partiyanın fəaliyyətinə xitam vermiş, qurultay vasitəsilə yeni partiya yaradıblar.

Partiyanın əvvəlki adı Partiyanın yeni adı Ad dəyişmə tarixi
Azərbaycan Kommunist Partiyası Azərbaycan Vahid Kommunist Partiyası 1993[g]
Azərbaycan Vahid Kommunist Partiyası Azərbaycan Kommunist Partiyası 1995[g]
Bozqurd Partiyası Azərbaycan Milli Demokrat Partiyası 1999[55]
Vahid Azərbaycan Partiyası Ağ Partiyası 26 iyun 2016[56]
Demokratik Azərbaycan Dünyası Partiyası Milli Həmrəylik Partiyası 22 avqust 2020
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası Yeni Yol Partiyası[c] 2022[57]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədalət, Hüquq, Demokratiya Partiyası 16 mart 2024[58]

Birləşənlər redaktə

Fəaliyyətini dayandıran partiya Birləşdiyi partiya Birləşmə tarixi
Azərbaycan Ana Torpaq Partiyası Müsavat Partiyası 1995[59]
Doğru Yol Partiyası
Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası 1996[60]
Demokratik Azərbaycan Partiyası 1998[60]
Demokratik Yol Partiyası 2000[60]
Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyası 2021[61]
Azərbaycan Xalq Demokratik Partiyası
Azərbaycan Kəndli Partiyası
Azərbaycan Milli Hərəkat Partiyası
Azərbaycan Yurddaş Partiyası
Milli Qurtuluş Partiyası

Həmçinin bax redaktə

Qeydlər redaktə

  1. Sol Hümmət
  2. 1 ay sonra Ali Məhkəmənin qərarı ləğv edilmişdir.[18]
  3. 1 2 Rəsmi dövlət qeydiyyatı olmayan Yeni Yol Partiyası 1992-ci ildə yaradılmış dövlət qeydiyyatlı Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə 2022-ci il tarixində birləşmə qurultayı keçirərək vahid ad altında birləşdi. Lakin rəsmi sənədlərdə prosses ad dəyişmə olaraq qeydə alındı.
  4. 1992-ci ildə yaradılmış Bozqurd Partiyasının 1995-ci ildə Ali Məhkəmə tərəfindən fəaliyyətinə son qoyulmasından sonra partiyanın əsasında 1999-cu ildə ad dəyişmə ilə yaradılmışdır.
  5. Rəsmi qeydiyyatda olan 2 qanaddan biri — Hacı Hacıyevin sədrlik etdiyi qol fəaliyyətini dayandırdığını elan etdi, Rauf Qurbanovun sədrlik etdiyi qanad isə qeydiyyatın yenilənməsi üçün müraciət etmədi.
  6. 1992-ci ildə yaradılmış Demokratik Azərbaycan Dünyası Partiyası 2020-ci ildə adını Milli Həmrəylik Partiyası olaraq dəyişmişdir.
  7. 1 2 Elçibəy höküməti tərəfindən SSRİ yönlü olduğu iddiasıyla AKP-nin fəaliyyəti dayandırılmışdır. AKP yeni AVKP adıyla siyasətə qayıtmışdır. AVKP 1995-ci ildə bağlandıqdan sonra Ramiz Əhmədov AKP olaraq siyasətə dönmüş, Sayad Sayadovun partiyası isə AVKP adını almışdır.

İstinadlar redaktə

  1. Hüseynov, M. C. Партия "Мусават" в прошлом и настоящем (rus).
  2. Paşayev, Ataxan. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) (az.). Bakı: Parlament (stenoqrafik hesabatlar). 1998.
  3. Paşayev, Ataxan. "Açılmamış səhifələrin izi ilə". Xalq Cəbhəsi (az.). Bakı. 1 may 2013. səh. 14.
  4. 1 2 Azərbaycan Kommunist Partiyasının tarixi (az.). 1958.
  5. Azərbaycan tarixi (az.). III. 1973.
  6. Seyidzadə D. B., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 2004; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B.. 1999; Вагирова И.С., Политические партии и организации Азербаиджана в начале XX века ,Б., 1997; Ахмедов А., Азербаиджанские тюркивреволюций1905года,Б.,2002.
  7. Aslani S.ġ., Ġran "Ġctimaiyyun-amiyyun" (Mücahid) Partiyasına aid yeni sənədlər, ADU-nun Elmi əsərləri (tarix və fəlsəfə elmləri seriyası), 1973,
  8. Seyid za d ə D., Azərbaycan XX əsrin əvvəllərində: müstəqillyə aparan yollar, B., 1998; Багирова И.С., Политические партии и организации Азербаиджана в начале XX века, Б., 1997; Ахмедов А., Азербаиджанские тюрки в революции 1905 г., Б., 2001.
  9. ;Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
  10. Paşayev A., Haqqverilməz, alınar,"'Respublika" qəzeti,1990,22dekabr.
  11. 1 2 Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Mustafayev Q., XX əsrin əvvəllərində Azərbaycanda Ġslam ideologiyası və onun tənqidi, B., 1973; Göyüşov A., Azərbaycanda Ġttihadçılıq, B., 1997; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu — XX yüzilliyin əvvəlləri), B., 1999; Агамлиева Н., Худиев Р., Азербаиджанская Республика. Страницы политической истории. 1918–1920, Б., 1994.
  12. 1 2 : Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998; Əfəndiyev S. M., Azərbaycan proletariatının inqilabi hərəkatı tarixindən, B.,1957; Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
  13. Müsavat Partiyasının Proqram və nizamnamə sənədləri, Gəncə, 1993; Azərbaycantarixi,7cilddə, c.5, B.,2001;"GəncAzər"(Ġstintaqmateriallarıüzrə), B.,1993;
  14. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
  15. Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958; Azərbaycan tarixi, 3 cilddə. c.3, B., 1973;
  16. "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I" (az.)). 17.08.1993. 2011-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  17. 1 2 "Fəaliyyətsiz partiyaların dövlət qeydiyyatı niyə ləğv edilmir?" (az.)). 04.05.2009. 2020-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  18. "Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report" (PDF). 27 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2022.
  19. "SON DƏQİQƏ! Azərbaycanın məşhur partiyası fəaliyyətini dayandırdı". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  20. "Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı: 28 il öncə yaradılmışdı - BƏYANAT". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-18.
  21. "Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən partiya fəaliyyətini dayandırdı". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  22. "Azərbaycanda bu partiya FƏALİYYƏTİNİ DAYANDIRDI". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  23. "Daha bir partiya fəaliyyətinə xitam verdi: 2002-ci ildən rəsmi qeydiyyatda idi". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  24. "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  25. "Məşhur siyasi partiya fəaliyyətini DAYANDIRDI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  26. "Ölkənin ən məşhur partiyası özünü buraxdı: Əlizadələrin qurduğu 34 illik ASDP-nin SON BƏYANATI". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  27. "Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı - Kommunistlərin SON BƏYANATI". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  28. "Nizami Süleymanovun qurduğu partiya da fəaliyyətini dayandırdı - MAP-ın SON BƏYANATI". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  29. "Daha bir partiya fəaliyyətini dayandırdı: Respublikaçıların SON BƏYANATl". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
  30. "Daha bir partiya öz fəaliyyətini dayandırdı - YENİ YOLun son bəyanatı". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
  31. "İsgəndər Həmidovun qurduğu partiya özünü buraxdı - Milli Demokratların SON BƏYANATI". 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  32. "Aydınlar Partiyası fəaliyyətini dayandırdı". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  33. "Bu partiya da bağlandı: Qulamhüseyn Əlibəyli Ədliyyə Nazirliyinə müraciət etdi!". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  34. "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI - SON BƏYANAT". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.
  35. "İstiqlalçı deputat Hacıbaba Əzimov partiyasını bağladı: VAMBP-nin SON BƏYANATI". 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-28.
  36. "Azərbaycanda daha bir partiya özünü buraxdı: "Tərəqqi"nin son BƏYANATI". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  37. ""Azərbaycan Mübarizləri" Partiyasının BƏYƏNATI". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  38. "Azərbaycan Kommunist partiyası özünü buraxdı - SON BƏYANAT". 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-06.
  39. "Azərbaycanda daha bir partiya özünü buraxdı: 21 oldular - Qorqudun SON BƏYANATI". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  40. "Milli Konqres Partiyası fəaliyyətini dayandırdı - SON BƏYANAT". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  41. "Daha bir partiya özünü buraxdı: Vətənpərvərlərin son BƏYANATI". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  42. "Azərbaycanda daha bir partiya özünü buraxdı: VBP-nin son BƏYANATI". musavat.com. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  43. "Daha bir partiya fəaliyyətini dayandırdı -Milli Demokrat-İdrak Partiyasının son bəyanatı". www.musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
  44. "Azərbaycanda daha bir partiya özünü buraxdı - SON BƏYANAT". musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  45. "Cümhuriyyət Xalq Partiyası özünü buraxdı: təşkilatın son BƏYANATI". musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-22.
  46. "Sosial Ədalət Partiyası özünü buraxdı-təşkilatın son BƏYANATI". www.musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
  47. "Ölkədə yeni siyasi partiya yaradıldı" (az.)). 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.08.2020.
  48. "Azərbaycan Yüksəliş Partiyası özünü buraxdı - Təşkilatın son BƏYANATI yayıldı". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  49. "Azərbaycanda daha bir partiya özünü buraxdı: ALP-nin son BƏYANATI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  50. "Lalə Şövkətin partiyası fəaliyyətini DAYANDIRDI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  51. "Vətəndaş və İnkişaf partiyası özünü buraxdı - VİP-in son BƏYANATI". musavat.com. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-25.
  52. "Əfv edilən siyasətçi partiyasız QALDI". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-25.
  53. "Ədliyyə Nazirliyi 12 partiyanı ləğv edib - YENİLƏNİB". Apa.az (az.). 2023-11-18. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
  54. "Sülhəddin Əkbər: "5 min imza toplaya bilmədik, partiyamız tarixə qovuşur" | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
  55. "AMDP siyasi kursunu dəyişmir" (az.)). 15.12.2008. 2020-06-29 tarixində arxivləşdirilib.
  56. Azadlıq Radiosu. "Vahid Azərbaycan Partiyası qurultayda adını dəyişdi" (az.)). 27.06.2016. 2016-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  57. "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.
  58. moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  59. "Siyasi qardaşlaşma tarixi" (az.)). Modern.az. 09.12.2010. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.08.2020.
  60. 1 2 3 "ADP tarixi" (az.)). www.modern.az. 2020-06-26 tarixində arxivləşdirilib.
  61. "6 Partiya YAP-a birləşdi" (az.)). www.report.az. 2021-03-05 tarixində arxivləşdirilib.

Xarici keçidlər redaktə



Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024