Azərbaycanda xarici ölkələrin və şəhərlərin şərəfinə adlandırılmış yerlərin siyahısı Haqqinda Melumat - Vikipedia

Azərbaycanda xarici ölkələrin və şəhərlərin şərəfinə adlandırılmış yerlərin siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanda xarici ölkələrin və şəhərlərin şərəfinə adlandırılmış yerlərin siyahısı

Bu səhifədə Azərbaycanda xarici ölkələrin və şəhərlərin şərəfinə adlandırılmış yerlərin siyahısı verilmişdir.

Siyahı redaktə

Şəhərlərə görə redaktə

Ad Şəkil Yerləşməsi Adın götürüldüyü şəhər Qeydlər
Bursa küçəsi Gəncə Bursa,   Türkiyə 1990-cı ildə Gəncə və Bursa şəhərləri qardaşlamışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır.[1]
Çerkası küçəsi Sumqayıt Çerkası,   Ukrayna 1972-ci ildə Sumqayıt və Çerkası şəhərləri qardaşlamışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Çerkassıda Sumqayıt küçəsi yerləşir.[2]
Dakar meydanı   Nizami rayonu, Bakı Dakar,   Seneqal 1967-ci ildə Bakı və Dakar şəhərləri qardaşlaşmışdır. Meydan iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır.[3] Eyni zamanda Dakarda Bakı meydanı yerləşir.[4]
Ərdəbil küçəsi Nərimanov rayonu, Bakı Ərdəbil,   İran Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biri hesab olunur.
Gəncə
Quba rayonu
Cəlilabad rayonu
Həştərxan küçəsi Nərimanov rayonu, Bakı Həştərxan,   Rusiya Nərimanov rayonu ilə Həştərxan şəhəri qardaşlaşmışdırlar. Küçəyə bu ad onlar arasındakı bu münasibətlərin şərəfinə 2018-ci ildə verilmişdir.[5]
İstanbul küçəsi Gəncə İstanbul,   Türkiyə
İzmir küçəsi və parkı   Yasamal rayonu, Bakı İzmir,   Türkiyə 1991-ci ildə Bakı və İzmir şəhərləri qardaşlaşmışdır. Küçə və park iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır.[6]
Qalubiyyə küçəsi Xırdalan, Abşeron rayonu Qalubiyyə,   Misir 2008-ci ildə Xırdalan və Qalubiyyə şəhərləri qardaşlaşmışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Qalubiyyədə Abşeron küçəsi yerləşir.[7].
Lüdviqshafen parkı   Sumqayıt Lüdviqshafen,   Almaniya 1977-ci ildə Sumqayıt və Lüdviqshafen şəhərləri qardaşlaşmışdır. Park iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Lüdviqshafen Sumqayıt parkı yerləşir.[8]
Moskva prospekti Nəsimi rayonu, Bakı Moskva,   Rusiya 2004-cü ildən bu adı daşıyır.[9]
Neapol küçəsi Xətai rayonu, Bakı Neapol,   İtaliya 1962-ci ildə Bakı və Neapol şəhərləri qardaşlaşmışdır. Dairə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır.[6] Eyni zamanda Neapolda Bakı küçəsi yerləşir.[4]
Rustavi küçəsi Sumqayıt Rustavi,   Gürcüstan Sumqayıt və Rustavi şəhərləri arasında əlaqələr 1950–1960-cı illərdə yaranmış, metallurgiya müəssisələri işçilərinin qarşılıqlı səfərləri baş tutmuşdur. 2007-ci ildə iki şəhər qardaşlaşmışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Rustavidə Sumqayıt metallurqları küçəsi yerləşir.[10]
Sarayevo küçəsi   Xətai rayonu, Bakı Sarayevo,   Bosniya və Herseqovina 1975-ci ildə Bakı və Sarayevo şəhərləri qardaşlaşmışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır.[6]
Şanxay qəsəbəsi Nizami rayonu, Bakı Şanxay,   ÇXR Yerli sakinlərdən biri olmuş Hacı Salman Çinin Şanxay şəhərinə səfər edib. Qəsəbəyə geri qayıdanda burada yaşayan sakinlər ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar. Hacı Salman isə onlara "Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da" cavabını verib. Bu səbəbdən sakinlər yaşadıqları məhəlləyə "Şanxay" adını veriblər.[11]
Tbilisi prospekti   Nəsimi rayonu, Bakı Tbilisi,   Gürcüstan
Tehran küçəsi Şabran rayonu Tehran,   İran
Təbriz küçəsi   Nərimanov rayonu, Bakı Təbriz,   İran Təbriz Azərbaycanın qədim şəhərlərindən biri hesab olunur. Küçəyə bu ad 4 fevral 1991-ci ildə verilmişdir.[5]
Şuşa
Vunqtau küçəsi Xətai rayonu, Bakı Vunqtau,   Vyetnam Neft sənayesinə görə tanınan iki şəhər olan Bakı və Vunqtau şəhərləri 1980-ci illərdə qardaşlaşmış, iki şəhər arasında tələbə mübadiləsi baş vermişdir. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Vunqtauda "Bakı" mehmanxanası yerləşir.[4]

Ölkələrə görə redaktə

Ad Şəkil Yerləşməsi Adın götürüldüyü ölkə Qeydlər
Özbəkistan küçəsi Nizami rayonu, Bakı   Özbəkistan
Ukrayna dairəsi   Xətai rayonu, Bakı   Ukrayna

İstinadlar redaktə

  1. "АЗЕРБАЙДЖАН В МЕЖДУНАРОДНЫХ КУЛЬТУРНЫХ СВЯЗЯХ (1946-1990 гг.)". www.anl.az. 2010-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  2. "Sumqayıt-Çerkassı: İllərin sınağından çıxmış dostluq". Azərtac (az.). 17 sentyabr 2007. İstifadə tarixi: 23 sentyabr 2023.
  3. "Neftçilər dairəsi"nin əsl adı nədir? — VİDEOREPORTAJ Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine. report.az, 05.06.2018 (az.)
  4. 1 2 3 "Bakı Şəhər İcra Hakimiyyətinin xarici əlaqələr sahəsindəki işinin əsas istiqamətləri". Bakı Şəhər İcra Hakimiyyəti (az.). 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2023.
  5. 1 2 "Mənim küçəm". Nərimanov İcra Hakimiyyəti. 11 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2024.
  6. 1 2 3 "Dakar meydanı, Neapol dairəsi, Sarayevo küçəsi… - İstifadə edib mənasını bilmədiyimiz yerlər – SİYAHI". Xəbərlə (az.). 12 iyul 2018. 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2023.
  7. "Hüsnü Mübarəkin Azərbaycandakı heykəlinin mühafizəsi gücləndirilib". 2011-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.
  8. "Sumqayıt şəhəri ərazisində yerləşən parklar". 2016-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  9. "Moskva prospektinin adı dəyişdiriləcək?". Baku TV (ingilis). 20 yanvar 2023. 23 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2023.
  10. "Sumqayıtlıların daha çox səfər etdiyi "qardaş" şəhər". Xəbərlə.com. 7 yanvar 2016. 11 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2024.
  11. "Bakının "Şanxay" məhəlləsi - FOTO". Oxu.az. 24 mart 2022. 2 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2023.

Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024