Böyük xor sinaqoqu (Bakı) Haqqinda Melumat - Vikipedia

Böyük xor sinaqoqu (Bakı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Böyük xor sinaqoqu (Bakı)

Bakıda keçmiş sinaqoq

Böyük xor sinaqoquAzərbaycanın paytaxtı Bakı şəhərində yerləşmiş keçmiş sinaqoq. Tikili hazırda Azərbaycan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərir.[1]

İudaizm
Böyük xor sinaqoqu
Böyük xor sinaqoqu.
Böyük xor sinaqoqu.
Din
Ləğvi 1932
Ölkə
Memarlıq
İnşa tarixi 1902 – 1910
Üslubu yunan
Vəziyyəti Azərbaycan Dövlət Mahnı Teatrı
Böyük xor sinaqoqu xəritədə
Böyük xor sinaqoqu
Böyük xor sinaqoqu

Tarixi redaktə

1902–1910-cu illərdə İosif Qoslavskinin layihəsi əsasında yunan üslubunda tikilmiş Böyük xor sinaqoqu Bakıda litvalı zəngin yəhudilərin pulu ilə tikilmiş ilk aşkenazi sinaqoqu olmuşdur.[1][2][3] Bakının yəhudi icmasının maliyyə dəstəyi və Azərbaycanlı xeyriyyəçilərin maddi ianələri hesabına tikilmişdir. Onlar arasında neft maqnatı Zeynalabdin Tağıyev də var idi.[1] Sinaqoqun tikintisi 100 min rubla başa gəlmişdir.[4]

Sinaqoq 1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Burada müxtəlif dini tədbirlər və ayinlər keçirilir, nikah mərasimləri baş tuturdu. 1930-cu illərdə SSRİ-də ateizm ideologiyası əsas tutularaq sinaqoqlar ləğv olunmağa başlanmışdır. 1934-cü ildə binada Bakı Yəhudi İşçi Teatrı, 1936-cı ildə isə Azərbaycan Dövlət Yəhudi Teatrına çevrilmişdir.[2]

Bərpa cəhdləri redaktə

1980-ci illərdə Bakı yəhudi icmasının üzvləri sinaqoqun qaytarılmasına yardım etməsi xahişi ilə Moskvaya, baş ravvinin yanına getmişdirlər. Amma o, təklifi rədd etmişdir. 2005-ci ildə yəhudi icması növbəti dəfə sinaqoqun qaytarılması xahişi ilə hakimiyyətə müraciət etməyə çalışmışdır, amma hökumət bundan imtina etmişdir.[1] 2009-cu ildə Dağ yəhudilərinin sinaqoqunun ravvini Rubin İzmailov tikilinin yenidən sinaqoqa çevrilməsini istədiyini bildirmişdir.[5] Azərbaycanda yaşayan və başqa ölkələrə köçmüş Bakı yəhudiləri vaxtaşırı tikilinin yəhudilərə qaytarılması barədə yazılar dərc etməyə davam edirlər.[1]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 5 "Bakı yəhudiləri Xoralı sinaqoqu binasının onlara qaytarılmasını istəyirlər". Turan İnformasiya Agentliyi. 5 iyun 2021. Archived from the original on 2024-01-14. İstifadə tarixi: 14 yanvar 2024.
  2. 1 2 "Bakı Xor Sinaqoqu: yəhudilərdən qalmış tarix". Baku Plus. 26 oktyabr 2023. 14 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  3. "111 yaşlı, nəğmə soraqlı ünvan". Mədəniyyət Nazirliyi. 2 aprel 2022. 14 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  4. "Baku". Jewish Encyclopedia (ingiliscə). 24 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  5. "Yəhudilər sinaqoqun sökülməsini istəmirlər". Həftə.az. 23 iyul 2009. 2024-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024