Bağdad Amreyev Haqqinda Melumat - Vikipedia

Bağdad Amreyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bağdad Amreyev

Qazaxıstanlı diplomat

Bağdad Kultay oğlu Amreyev (qaz. Бағдат Құлтайұлы Әміреев, d. 1 mart 1959, Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazax bürokrat, diplomat, Qazaxıstan baş nazirinin sabiq müşaviri, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi və hal-hazırkı Türk İnvestisiya Fondunun prezidenti.[1]

Bağdad Amreyev
qaz. Бағдат Әміреев
Türk İnvestisiya Fondunun prezidenti
Vəzifədədir
11 noyabr 2022-ci ildən
3 iyul 2018 – 11 noyabr 2022
PrezidentNursultan Nazarbayev
ƏvvəlkiRamil Həsən
SonrakıKubanıçbəy Ömürəliyev
Şəxsi məlumatlar
Doğum tarixi (65 yaş)
Doğum yeri Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ
Fəaliyyəti Bürokrat, diplomat

Təltifləri "Dostluq" ordeni (Azərbaycan) — 2022
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsili redaktə

1982-ci ildə Tacikistan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuşdur. Qazaxca, rusca, ərəbcə, ingiliscə, türkcəfarsca bilir.

Fəaliyyəti redaktə

Daha əvvəllər Qazaxıstan Respublikasının İran, Türkiyə, MisirSəudiyyə Ərəbistanında səfiri olan Amreyev 3 sentyabr 2018-ci ildə Çolpan-Atada reallaşan Türk Şurası dövlət başçılarının VI zirvə görüşündə 3 dövrlük Türk Şurası (indi ki Türk Dövlətləri Təşkilatı) baş katibi seçilmişdir.[2][3]

Eyni zamanda, Qazaxıstan baş nazirinin müşaviri və Qazaxıstan Respublikasının Orta ŞərqAfrika üzrə xüsusi səfiridir.

21 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib

İstinadlar redaktə

  1. "Türk Konseyinin yeni Genel Sekreteri belli oldu". orhaajans.com. 7 sentyabr 2018. 24 iyun 2020 tarixində arxivləşdirilib.
  2. "Türk Keneşi'nde yeni bir sıçrama ve bütünleşme dönemi". 24 iyun 2020 tarixində arxivləşdirilib.
  3. "Türk konseyi 6. devlet başkanları zirvesi". 24 iyun 2020 tarixində arxivləşdirilib.

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024