Bahadur Eyvazov Haqqinda Melumat - Vikipedia

Bahadur Eyvazov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bahadur Əsgər bəy oğlu Eyvazov (26 oktyabr 1907, Qarğabazar, Qaryagin qəzası26 yanvar 1987, Bakı) — görkəmli həkim, dermatoveneroloq, tibb elmləri doktoru (1936), professor (1940), Azərbaycan SSR əməkdar həkimi (1942), Azərbaycan SSR əməkdar elm xadimi (1956).[1]

Bahadur Eyvazov
Doğum tarixi 26 oktyabr 1907(1907-10-26)
Doğum yeri
Vəfat tarixi 26 yanvar 1987(1987-01-26) (79 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Elm sahəsi dermatologiya
Elmi dərəcəsi
Elmi adı
Mükafatları Azərbaycan SSR əməkdar həkimi Azərbaycan SSR əməkdar elm xadimi

Həyatı redaktə

Bahadur Eyvazov 26 oktyabr 1907-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Kəndlərindəki natamam məktəbi bitirəndən sonra Bakı şəhərində orta təhsil almışdır. Sonra Bakı Dövlət Universitetinin tıbb fakültəsini bitirmişdi.

1935–1937-ci illərdə Azərbaycan SSR Səhiyyə Komissarlığında elm və tibb təhsili idarəsinə başçılıq etmiş, 1938–1946-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru vəzıfəsində çalışmışdı.

1946–1964-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuşdu. 1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Hazırda həmin institut onun adını daşıyır. Tədqiqatı əsasən, dəri-zöhrəvi xəstəliklərin klinikası və epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şıx mineral bulağı, Şuşa iqlim kurortu və s.) öyrənilməsinə həsr olunmuşdur.

Azərbaycan SSR Ali Sovetinin (2-ci və 5-ci çağırış) deputatı seçilmişdi.

Ailəsi redaktə

Bahadur Eyvazov Azərbaycan Cümhuriyyətinin rəhbərlərindən olan Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva ilə ailə qurmuşdu.[2]

İstinadlar redaktə

  1. "Əsgər bəy Eyvazov və övladları - Tarix". 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
  2. "Qızının üzünə həsrət qalan ilk xanım müsiqişünasımız". 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024