Bakı Enerji Həftəsi Haqqinda Melumat - Vikipedia

Bakı Enerji Həftəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakı Enerji Həftəsi

Bakı Enerji Həftəsi və ya Baku Energy Week — öz brendi altında 3 böyük tədbiri (27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu) birləşdirən bir tədbirdi. 2022-ci ildə Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak etmişdir[1][2][3][4]. 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi iştirakçılarına məktub ünvanlamışdır[5].

Bakı Enerji Həftəsi
azərb. Bakı Enerji Həftəsi
Loqonun şəkli
Status aktiv
Janr tədbir
Tezliyi hər ilin yazında
Məkan Bakı Ekspo Mərkəzi
Yer Bakı
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 1994-cü il
Növbəti 31 may - 2 iyun, 2023-cü il
Təşkilatçı Iteca Caspian LLC
bew.az

“Caspian Power” sərgisi redaktə

“Caspian Power” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim edilir və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirilir. Sərgi ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq imkanı yaradır. 2022-ci ildən sərginin adı Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi olaraq dəyişilib. 2022-ci ildən başlayaraq “Caspian Power” sərgisi “Caspian Oil&Gas” sərgisi ilə birgə Bakı Enerji Həftəsi çərçivəsində keçirilir[6].

“Caspian Oil&Gas” sərgisi redaktə

Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Sərgi artıq 25 ildən çoxdur ki keçirilir. “Xəzər Neft və Qaz” sərginin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb[7]. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndəriblər[8].

Bakı Enerji Forumu redaktə

Bakı Enerji Forumu və ya Baku Energy Forum ənənəvi “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) konfransının missiyasını daha geniş spektrdə davam etdirir. Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur. 2022-ci ildə forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak etdi və forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxil oldu[9].

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Azərbaycanda Bakı Enerji Həftəsi başlayıb". azertag.az (az.). AzərTac. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.
  2. "Azerbaijan to host Baku Energy week". azertag.az (ingilis). AzərTac. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.
  3. "Baku Energy Week starts in Azerbaijan today". Trend.Az (ingilis). 1 iyun 2022. 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.
  4. "Bakı Enerji Həftəsi bərpa olunur". Report İnformasiya Agentliyi (az.). 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.
  5. "Rəcəb Tayyib Ərdoğan: Azərbaycan ilə enerji sahəsində əməkdaşlığımız ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır". azertag.az (az.). AzərTac. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.
  6. "Bakıda "Caspian Power 2017" sərgisi keçiriləcək". FED.az (az.). FED. 3 may 2017. 11 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.
  7. "27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi davam edir". azertag.az (az.). AzərTac. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.
  8. "Bakıda XXI Beynəlxalq Xəzər neft və qaz sərgisinin açılışında İlham Əliyevin nitqi » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.
  9. "Bakı Enerji Forumu başlayıb Forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir". azertag.az (az.). AzərTac. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2023.

Xarici keçidlər redaktə

  • bew.az — Bakı Enerji Həftəsinin rəsmi saytı

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024