Bakı Oksford Məktəbi Haqqinda Melumat - Vikipedia

Bakı Oksford Məktəbi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakı Oksford Məktəbi

Bakı Oksford Məktəbi (ing. Baku Oxford School) — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi.

Bakı Oksford Məktəbi
Xəritə
40°21′03″ şm. e. 49°49′01″ ş. u.
Əsası qoyulub 1998
Şəhər Bakı
Ölkə
Sayt bakuoxfordschool.com

Tarixi redaktə

1998-ci ildən fəaliyyət göstərir

Fəaliyyəti redaktə

Bakı Oksford Məktəbi - Kembric Universitetinin imtahan mərkəzi və BMT yanında QHT-nın üzvüdür. Burada təhsil ingilis dilindədir. Təhsil müddəti 12 ildir. Məktəbi bitirənlərə aşağıdakı sənədlər verilir:

  • Oksford Dil Mərkəzinin ingilis dilini bilmə səviyyəsi haqqında sertifikat
  • Orta təhsil haqqında beynəlxalq attestat (İB və ya İQCSE)
  • Azərbaycan Respublikasının orta təhsil haqqında attestatı

Məktəbin nəzdində Böyük Britaniya və digər ölkələrin universitetelərinə qəbul olunmaq üçün tələbələrin hazırlıq proqramı da fəaliyyət göstərir. Proqram Azərbaycanda təhsil üzrə Britaniya Şurasının dəstəyi ilə keçirilir. Qeyd edək ki, məktəbə qəbul olmaq istəyən şəxs ingilis dilindən test imtahanı verməlidir. Çünki burada təhsil ingilis dilindədəir. Əlavə dil olaraq isə şagirdin seçiminə görə ya fransız, ya da alman dili tədris olunur. İmtahandan keçə bilməyənlərə isə məktəb öz hazırlıq kurslarını təklif edir. "Baku Oksford School" 2002-ci ildə Təhsil Nazirliyi tərəfindən "İnnovasiyalar məktəbi " adına layiq görülüb. Məktəbdə rəssamlıq və rəqs studiyaları, 2 idman zalı, 2 kafeteriya, zəngin kitabxana, geniş futbol və oyun meydançaları fəaliyyət göstərir. Dərs müddəti saat 9:00-dan 16:00-dək davam edir. Bir faktı da qeyd edək ki, bu məktəbin məzunlarının əksəriyyəti təhsillərini xarici universitetlərdə davam etdirirlər.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024