Bakı Sovetinin xəbərləri Haqqinda Melumat - Vikipedia

Bakı Sovetinin xəbərləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı

(Bakı Sovetinin xəbərləri səhifəsindən istiqamətləndirilmişdir)

Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının ƏxbarıBakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti.

Məlumat redaktə

Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.[1]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 233

Saytda 37 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024