Bakı və bakılılar (film, 1957) Haqqinda Melumat - Vikipedia

Bakı və bakılılar (film, 1957) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bakı və bakılılar (film, 1957)

Bakı və bakılılar filmi rejissor Lətif Səfərov tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır.

Bakı və bakılılar
Fayl:Bakı və bakılılar (film, 1957).jpg
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Lətif Səfərov
Ssenari müəllifi Lətif Səfərov
Operator Arif Nərimanbəyov
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1958
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil rusca
İl 1957
Texniki məlumatlar 3 hissə
842 metr
Rəng ağ-qara
Çəkiliş yeri Bakı

Məzmun redaktə

Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. Kinolentdə Müsavat hökuməti, XI Qırmızı Ordu hissələrinin və onun rəhbərlərinin Bakıya gəlməsi, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının birinci ildönümünün bayram edilməsi öz əksini tapmışdır.[1]

Kadrlar bir-birini əvəz etdikcə ekranda Bakının 40 ildən sonrakı həyatı canlanır. Azərbaycanın paytaxtında yeni küçələr salınmış və binalar tikilmişdir.[1]

İnsan və onun əməyi filmdə əsas yer tutur, tanınmış neftçilərdən Yusif KərimovFuad Səmədov, kimyaçılardan Yusif Məmmədəliyev və Xudu Məmmədov, həkim Mustafa Topçubaşov haqqında danışılır. Publisistik kino-hekayədə reportaj çəkilişlərdən istifadə edilmişdir.[1]

Festival və mükafat redaktə

1958-ci ildə Moskvada Sovet Filmlərinin Ümumittifaq Festivalında filmə III dərəcəli diplom verilmişdir.[1]

Filmin üzərində işləyənlər redaktə

Ssenari müəllifi: Lətif Səfərov
Rejissor: Lətif Səfərov
Operator: Arif Nərimanbəyov

İstinadlar redaktə

  1. 1 2 3 4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 68

Mənbə redaktə

  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Həmçinin bax redaktə

Azərbaycan filmlərinin siyahısı
1957-ci ilin Azərbaycan filmləri
1950-ci illər Azərbaycan filmlərinin siyahısı


Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024