Bartelemi Derblo Haqqinda Melumat - Vikipedia

Bartelemi Derblo Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bartelemi Derblo (fr. Barthélemy d'Herbelot de Molainville; 14 dekabr 1625[1][2], Paris8 dekabr 1695[1][2], Paris) — fransız şərqşünası. Şərq əlyazmalarını toplamış, şərq dilləri üzrə katib-tərcüməçi, Kollec de Fransda professor olmuşdur. Bartelemi Derblo Kral kitabxanasında işləmişdir. Şərq kitab xanası, yaxud Şərq xalqları haqqın da bütün biliklərin lüğəti (1697) monumental əsərinin, latınca izahı verilən Ərəb-fars-türk lüğətiŞərq antologiyası əsərlərinin müəllifidir. Hər iki əsər əlyazması şəklində Paris Milli Kitabxanasında saxlanılır.

Bartelemi Derblo
fr. Barthélemy d'Herbelot de Molainville
Doğum tarixi
Doğum yeri Paris, Fransa
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Paris, Fransa
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti Fransız
Təhsili
Fəaliyyəti yazıçı, professor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kral kitabxanasındakı nadir Şərq əlyazmaları əsasında yazılmış Şərq kitabxanası ensiklopedik lüğətində Azərbaycan ədəbiyyatına dair altı məqalə dərc edilmişdir. Onlardan dördü Nizami Gəncəviyə, biri Xaqani Şirvaniyə, digəri isə Fələki Şirvaniyə həsr olunmuşdur. Həmin məqalələr, hələlik, Avropada Azərbaycan ədəbiyyatına dair ilk yazılı məxəzlər sayılır. Nizami Gəncəvi haqqında məqalələrdə şairin əsərlərinin fransız ədəbiyyatına təsirindən bəhsedilir. Bartelemi Derblonun Nizami Gəncəvinin nisbəsini Gəncəvi yox, Gəncəli kimi yazması onun vətəninin dəqiqləşdirilməsi baxımından təqdirəlayiqdir.

İstinadlar redaktə

  1. 1 2 Barthélemy d'Herbelot de Molainville // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Bibliothèque nationale de France Barthélemy d' Herbelot // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 488. ISBN 978-9952-441-03-1.

Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024