Beşiktaş QVK Haqqinda Melumat - Vikipedia

Beşiktaş QVK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Beşiktaş Qadın Voleybol Komandası — 1961-ci ildə yaradılmış və günümüzə qədər də fəaliyyətini davam etdirir. Komanda Türkiyənin ən böyük üç idman klubundan biri olan Beşiktaş Gimnastika İdman Klubunun qızlar üçün voleybol şöbəsidir. Komanda hal-hazırda Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparır.

Türkiyə Beşiktaş Gimnastika Qadın Voleybol Komandası
Ölkə
Şəhər İstanbul
Ləqəb(lər) "Siyah-beyazlar"
Rəng(lər) qara-
Yaranma tarixi 1961
Meydança BJK Akatlar Arena
Tutumu 3200
Prezidenti Türkiyə Fikret Orman
Baş məşqçisi Türkiyə Adnan Kistak
Liqa Acıbadem Qadınlararası Voleybol 1. Liqası
2013-14 7
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Beşiktaş 1961-ci ildə yaradılarkən klub rəhbərləri elə də böyük komanda yaratmaq istəməmişlər.[1] Məqsəd hər idman növündə əzəli rəqibləri olan FənərbaxçaQalatasarayın hegomonluğuna son qoymaq idi. Beşiktaş yarandığı ildən etibarən dörd il müddətində Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi Qalatasaray olmuşdu.

Nəhayət 1965-ci ildə Beşiktaş əzəli rəqibinin önündə birinci yeri tutdu və tarixindəki hələ ki, yeganə olan çempionluğunu yaşadı. (kişilər daxil) [2]

1970-ci illərdə ləğv edilən komanda uzun müddət voleybola geri qayıtmadı. Nəhayət 1986-cı ildə komanda yenidən bərpa edildi. 1992-93 mövsümündə isə 2-ci liqada lider olaraq əsas liqaya çıxa bildi Beşiktaş.

Komandanın Avropadakı ən böyük uğuru 2014-cü ilə təsadüf edir. 2013-14 mövsümündə Balkan kubokunu qazanaraq Avropa Qadınlar CEV Çağırış Kubokuna vəsiqə qazandı. Bu turnirdə böyük sensassiya imza ataraq finala qədər irəliləyən klub yalnız bu mərhələdə Rusiyanın Zareçye komandasına məğlub oldu.[3] Avropanın səviyyəcə üçüncü kubokunda gümüş medala yiyələnmək onlar üçün heç də asan olmadı. Belə ki, komanda finala qədər rəqiblərini 2 dəfə qızıl setdə məğlub etməli olmuşdu.[4]

Heyəti redaktə

2013-14 mövsümü üçün[5][6]

Nömrə Oyunçunun adı Mövqeyi Ölkəsi
1 Marina Tumas Diaqonal Belarus  Belarus
2 Naz Döner Libero Türkiyə  Türkiyə
3 Zeynep Seda Eryüz Toppaylayıcı Türkiyə  Türkiyə
5 Qabriyela Koyeva Blokçu Bolqarıstan  Bolqarıstan
6 Dilek Kınık Libero Türkiyə  Türkiyə
7 Nataliya Hanikoğlu   Diaqonal Türkiyə  Türkiyə
8 Nilay Konar Blokçu Türkiyə  Türkiyə
9 Ayça Naz İhtiyaroğlu Libero Türkiyə  Türkiyə
10 Seda Türkkan Toppaylayıcı Türkiyə  Türkiyə
12 Tülin Altıntaş Blokçu Türkiyə  Türkiyə
13 Selime İlyasoğlu Hücumçu Türkiyə  Türkiyə
14 PaulaYamila Nizetiç Hücumçu Argentina  Argentina
17 Ceyda Aktaş Hücumçu Türkiyə  Türkiyə
18 Dicle Babat Blokçu Türkiyə  Türkiyə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. Somalı,Vâlâ; "1895-1986" Türk-Dünya Voleybol Tarihi", İstanbul (1986), səh: 275
  2. Milliyet, 26 Nisan 1965 Arxivləşdirilib 2017-07-22 at the Wayback Machine  (türk.)
  3. Beşiktaş Avrupa ikincisi Arxivləşdirilib 2014-04-04 at Archive.today  (türk.)
  4. BEŞİKTAŞ BAYAN VOLEYBOL TAKIMI, CEV CHALLENGE KUPASI’NA FİNALDE VEDA ETTİ[ölü keçid]  (türk.)
  5. Teknik Kadro Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine  (türk.)
  6. A BAYAN TAKIM Arxivləşdirilib 2022-07-24 at the Wayback Machine  (türk.)

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024