Fənərbaxça QVK Haqqinda Melumat - Vikipedia

Fənərbaxça QVK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fənərbaxça QVK


"Fənərbaxça" Opet (Universal sponsorun adı) — Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparan Türkiyə qadın voleybol klubudur. Fənərbaxça idman klubunun voleybol şöbəsidir. Qadın voleybol klubu idman klubunun Fənərbaxça Peşəkar Futbol KlubuFənərbaxça Ülker Basketbol Klubunun ardından ən çox vəsait yatırdığı kollektivdir. Klub ev oyunlarını "Burhan Fələk" idman sarayında oynayır.

Türkiyə Fənərbaxça Qadın Voleybol Klubu
Ölkə
Şəhər İstanbul
Ləqəb(lər) Sarı Melekler
Armanın Gururu
Sarı - lacivərtlilər
Rəng(lər) sarı - lacivərt
Yaranma tarixi 1927
Meydança Burhan Felek Spor Salonu
Tutumu 7.500
Prezidenti Türkiyə Əli Qoç
Baş məşqçisi İtaliya Marsello Abbondanza
Liqa Acıbadem Qadınlararası Voleybol 1. Liqası
2020-21 2
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Fənərbaxçanın Türkiyə çempionatında ilk çempionluğu 2009-2010 mövsümünə təsadüf edir. Elə həmin il sarı mələklər CEV Kubokunda üçüncülük yaşamışdı.

Növbəti mövsüm isə Fənərbağça üçün "kubok yağışı" başladı. Komanda ilk olaraq, mövsümün əvvəlində "Türkiyə superkuboku"nu, mövsümün axırlarında isə "Türkiyə kuboku"nu ən sonda da "Türkiyə çempionatı"nı qazanaraq ölkəsindəki bütün kubokları başı üzərinə qaldırdı. Bu titulları qazanmaq fənərlilər üçün heç də asan olmadı. Fənərbağça ikinci çempionluğu yaşayarkən ilk olaraq yarımfinalda əzəli rəqibi Qalatasarayı finalda isə Vakıfbank Günəş Sığortanı məğlub edərkən rəqiblərini hər üç oyunda məğlub etmişdir. (Oyunlar komandalardan biri üç qələbə qazanana qədər davam edirdi) Fənərbağça uğurlu mövsümündə bir də Avropa İndesit Çempionlar Liqasını qazanmağa çox yaxın idi, lakin müvafiq turnirin finalında İtaliyanın Berqamo komandasına məyus olan sarı - lacivərtlilər sonda turnirin gümüş medalına yiyələndilər.

2010-cu ildə komanda dövrün ən güclü baş məşqçisi sayılan braziliyalı Joze Roberto ilə müqavilə imzalayaraq rəqiblərinə göz dağı verdi.[1]

2011-ci ildə komanda "Kulublararası Dünya Çempionatı"nın finalında Braziliya komandası Osaskuya qalib gələrək dünya çempionu oldu. Həmin il Avropa İndesit Çempionlar Liqasında üçüncü yer olan komanda növbəti mövsüm turnirin qalibi olaraq muzeyini daha bir kubokla zənginləşdirdi.

2014-cü ildə Fənərbağça CEV Kubokunda uğurlu bir mövsüm keçirmişdi. Finala gedən yolda Azəryol Bakını iki matçda da rüsvay edən sarı-lacivərdlilər heç bir oyunda set itirməyərək növbəti mərhələyə yüksəlmişdi.[2] Finalda Rusiyanın Uraloçka-NTMK komandasına rəqib olan fənərbağçalılar səfərdə "3-2" hesabı ilə qələbə qazanmışdı. Evdə də eyni rəqibi "3-0" hesabı ilə yenən komanda ilk dəfə qazandığı kuboku azərkeşləri önündə qaldırmış və ikinci Avropa zəfərini qazanmışdı.[3]

Heyəti redaktə

2013-14 mövsümü üçün[4][5]

  • Baş məşqçi : İtaliya  Marsello Abbondanza
  • Köməkçi məşqçi : İtaliya  İvan Braqaqni
Nömrə Oyunçunun adı Mövqeyi Boyu(metr) Doğum tarixi
1 Fransa  Kristina Bauer Blokçu 1.97 1988
2 Türkiyə  Merve Dalbeler Libero 1.80 1987
4 Çexiya  Aneta Havliçkova Diaqonal 1.93 1987
5 Türkiyə  Elif Onur Başaran Hücumçu 1.87 1989
6 Türkiyə  Derya Çayırqan Libero 1.68 1987
7 Türkiyə  Elif Öner Toppaylayıcı 1.84 1989
8 Türkiyə  İpek Soroğlu Blokçu 1.85 1989
9 Türkiyə  Seda Tokatlıoğlu Diaqonal 1.86 1989
10 Cənubi Koreya  Yeon Kounq Kim Hücumçu 1.92 1988
11 Türkiyə  Nilay Özdemir Toppaylayıcı 1.78 1985
12 ABŞ  Alişa Qlass Toppaylayıcı 1.82 1988
14 Türkiyə  Eda Erdem Dündar   Blokçu 1.87 1987
16 Braziliya  Fernanda Qaray Hücumçu 1.79 1986
18 Türkiyə  Gökçen Denkel Zop Blokçu 1.92 1985

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Yeni Antrenör Jose Roberto Lages Guimaraes "Ze Roberto" !!! Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine  (türk.)
  2. Azeryol Bakü 0-3 Fenerbahçe Arxivləşdirilib 2015-03-19 at the Wayback Machine  (türk.)
  3. Bir günde 2 Avrupa Şampiyonluğu! Fenerbahçe hem erkeklerde hem de kadınlarda Avrupa Şampiyonu oldu.Fenerbahçe Grundig, İtalyan takımı Andreoli Latina'yı yenerek Avrupa Şampiyonu olurken, Fenerbahçe Kadın Voleybol Takımı da Rus Uralochka-NTMK'yı yenerek şampiyon oldu Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine  (türk.)
  4. "Komandanın heyəti". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  5. "Takım kadrosu". 2016-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.

Xarici keçidlər redaktə


Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024