Boston kampaniyası Haqqinda Melumat - Vikipedia

Boston kampaniyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Boston kampaniyası

Boston kampaniyası (ing. Boston campaign) — ABŞ İstiqlal müharibəsinin ilk hərbi kampaniyası. Əvvəlcə patriotların səfərbər edilməsi və sonradan onun Kontinental Orduya çevrilməsi səbəb olmuşdur. Kampaniya 19 aprel 1775-ci ildə Leksinqton və Konkord döyüşləri ilə başlamış, bu döyüşlərdə milis Britaniyanın Konkordda yerləşən hərbi mağazalar və separatçı liderləri ələ keçirmək planlarına mane ola bilmişdir. İngilis qoşunları Çarlstonda geri çəkilmə zamanı artan sayda qarşı mübarizə apararkən əhəmiyyətli itkilər vermişdir.

Boston kampaniyası
Tarix 19 aprel 1775
Yeri

Patriotlar Bostonu çevrələmiş və mühasirəyə başlamışdılar. Bu əməliyyatın ən mühüm hadisəsi 17 iyun 1775-ci ildə baş vermiş Bunker-Hill döyüşü idi. Qurbanların sayı baxımından bütün müharibənin ən qanlı epizodlarından birinə çevrilmişdir. Həm Boston yaxınlığında, həm də sahilyanı ərazilərdə çoxsaylı atışmalar olmuşdur.

1775-ci ilin iyulunda Corc Vaşinqton milis komandiri təyin edilmiş və onu daha vahid orduya çevirmişdir. 4 mart 1776-cı ildə patriotlar Bostonun cənubunda bir neçə təpəni tutmuşdular və Dorçester-Hayts fortifikasiyasını qurmuşdular. Onlar buradan şəhərə və körfəzdəki Britaniya gəmilərinə toplardan atəş aça bilirdilər. Mühasirə və onunla birlikdə kampaniya 17 mart 1776-cı ildə Bostonun tutulması və britaniyalıların geri çəkilməsi ilə başa çatmışdır.[1][2]

İstinadlar redaktə

  1. Brooks, Victor. The Boston Campaign. Combined Publishing. 1999. ISBN 1-58097-007-9.
  2. Paul Revere's Ride. New York: Oxford University Press. 1994. ISBN 0-19-508847-6.

Əlavə ədəbiyyat redaktə


Saytda 210 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024