Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi Haqqinda Melumat - Vikipedia

Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi

1941-ci ildə SSRİ və Böyük Britaniyanın İrana ordu yeritməsi

Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi və yaxud Britaniya–SSRİ qoşunlarının İranı işğal etməsi, həmçinin kod adı "İran əməliyyatı", "Razılaşma" əməliyyatı — Böyük Britaniya (Hindistan müstəmləkə qoşunları da daxil olmaqla), AvstraliyaSSRİ, digər tərəfdən Pəhləvilər İranı arasında İkinci Dünya müharibəsi zamanı 25 avqust — 17 sentyabr 1941-ci ildə baş vermiş silahlı münaqişə.

İngilis-Sovet qoşunlarının İrana müdaxiləsi
İkinci Dünya müharibəsi
6-cı zirehli diviziyanın sovet tankçıları T-26 döyüş tankı ilə Təbriz küçələri ilə hərəkət edirlər
6-cı zirehli diviziyanın sovet tankçıları T-26 döyüş tankı ilə Təbriz küçələri ilə hərəkət edirlər
Tarix 25 avqust – 17 sentyabr 1941-ci il
Yeri Pəhləvilər İranı
Səbəbi İranı nəzarət altına almaq
Nəticəsi Böyük BritaniyaSSRİ-nın qələbəsi
Ərazi dəyişikliyi İranın bir hissəsinin sovet (şimal) və ingilis (cənub-qərb) qoşunları tərəfindən işğalı (1946-cı ilə qədər);
Almaniyapərəstlikdə şübhəli bilinən Rza şah Pəhləvinin taxtdan əl çəkməsi və ölkədən qovulması;
SSRİ-nin koalisiya müttəfiqlərindən maddi yardım almağa başladığı Trans-İran marşrutunun formalaşması
Münaqişə tərəfləri

 Böyük Britaniya
Müstəmləkə Hindistanı
 Avstraliya
SSRİ SSRİ

Pəhləvilər İranı

Komandan(lar)

Dmitri Kozlov
Sergey Trofimenko
Edvard Kvinan
Uilyam Slim

Rza şah Pəhləvi
Rəcəbəli Mənsur
Məhəmmədəli Füruği
Əhməd xan Naxçıvani

Tərəflərin qüvvəsi

SSRİ SSRİ 3 ordu
 Böyük Britaniya 2 diviziya, 3 briqada, 4 gəmi, 1 kanoner qayığı, 1 korvet, 1 kreyser, 1 hərbi yaxta, köməkçi gəmilər

Pəhləvilər İranı 9 diviziya, 60 təyyarə, 2 gəmi, 4 sahil kateri

İtkilər

SSRİ SSRİ
* 40 ölü
* 150 yaralı [1]
* 3 təyyarə
*  Böyük Britaniya
* 22 ölü 50 yaralı[2]
1 tank

Pəhləvilər İranı
* 800 ölü / itkin
* gəmi batıb
* 4 patrul gəmisi ələ keçirilib
* 6 təyyarə vurulub

Ümumi itkilər
200 mülki şəxs həlak olub

Müdaxilə Sovet İttifaqının nasist Almaniyasının hücumundan və Sovet İttifaqının Böyük Britaniya ilə razılaşmasından iki ay sonra baş tutdu. Hücum həm də Müttəfiqlərin qonşu İraqda və Fransanın SuriyaLivan koloniyalarında Berlin-Roma-Tokio oxu qüvvələri üzərində qələbəsindən iki aydan az bir müddət sonra baş verdi.

Əməliyyat İranın neft yataqlarının təhlükəsizliyini təmin etmək və Berlin-Roma-Tokio oxu ölkələri və onların müttəfiqlərinə qarşı hərbi əməliyyatlar aparan Sovet İttifaqına təchizat yollarının yaradılması məqsədilə həyata keçirilib. İranın neytrallıq mövqeyinə baxmayaraq, anti-Hitler koalisiyası tərəfindən nasist Almaniyasının müttəfiqi hesab edilən Rza şah Pəhləvi əməliyyatın sonunda devrildi və kiçik oğlu Məhəmməd Rza Pəhləvi İran taxtına oturdu.

Kod adı "İran əməliyyatı'", "Razılaşma" əməliyyatı olan işğal sayca və texnoloji cəhətdən üstün olan İran qüvvələrinin zəif müqaviməti ilə nəticələndi. Çünki İrana qəfil hücum Pəhləvilər dövləti üçün gözlənilməz oldu. İranlıların fəal müqavimətini təşkil edə bilməməsi onun rəqibləri tərəfindən taktiki sürprizlə döyüş əməliyyatlarını bitirməsinə səbəb oldu. Müdaxilə İraq Krallığı, Azərbaycan SSRTürkmənistan SSR istiqamətindən çoxşaxəli koordinasiyalı hərəkətlər ilə tənzimlənmişdi. Hücumdan 3 ay əvvəl britaniyalılar İraq əməliyyatı çərçivəsində İraqda hərbi çevriliş edərək faşist yönümlü iqtidarı devirmişdilər. Buna görə İrana qərbdən müdaxilə itkisiz ötüşdü. Döyüşlər avqustun 25-də başladı və avqustun 31-də İran hökumətinin artıq atəşkəslə razılaşaraq təslim olmağa rəsmi razılıq verməsi ilə başa çatdı. Müharibə müddətində İran ərazisi müvafiq olaraq Sovet və Britaniyanın təsir dairələrinə bölündü. HəmədanQəzvindən şimaldakı ərazilər SSRİ-nin, onlardan cənubda yerləşən ərazilər isə Britaniyanın təsir zonasına daxil oldu

Şahın onun təkidi ilə müharibə başlamazdan əvvəl çəkilmiş yol və nəqliyyat marşrutları şəbəkələrini ləğv etmək istəməməsi anti-Hitler koalisiyası uğrunda müharibənin aparılmasını xeyli asanlaşdırdı və əməliyyatı sürətləndirdi. İran ərazisinin böyük dövlətlərin qoşunları tərəfindən işğalına baxmayaraq, onların rəhbərləri Tehran konfransında dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqda maraqlı olduqlarını təsdiqlədilər. İkinci Dünya müharibəsi illərində Lend-liz proqramı üzrə tədarük edilən təhcizatın 34%-ə qədəri Fars Dəhlizi vasitəsilə Sovet İttifaqına çatdırıldı. İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dayandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı qoşunları çıxarmaqdan imtina etdi. Bu isə öz növbəsində İran böhranı məsələsinə gətirib çıxardı. Böhran İranın xeyrinə həll olundu. Bu böhran Soyuq müharibənin ilk münaqişələrindən biri kimi də qəbul edilir.

Britaniya imperiyası öz qoşunlarının İran ərazisindən çıxarılmasını 1946-cı ilin martında, Sovet İttifaqı isə 1946-cı ilin mayında başa çatdırdı.

Tarixi redaktə

 
Rza Şah Pəhləvi haqqında "Qaytarılmış əmlak" kitabından ingilis-sovet birliklərinin İrana hücumuna həsr olunmuş səhifə

1925-ci ildə vətəndaş müharibəsi, iğtişaşlar və xarici müdaxilə bitdikdən bir neçə il sonra İranda Şah Rza Pəhləvi hakimiyyətə gəldi. Daha sonra, 1935-ci ildə o, xarici səfirlərdən rəsmi yazışmalarda yerli sakinlər arasında yayılmış dövlətin tarixi adı olan "İran" ifadəsini istifadə etməyi xahiş etdi. Pəhləvi ölkənin iqtisadi, mədəni və hərbi modernləşdirilməsi üçün möhtəşəm proqram həyata keçirməyə başladı. Qacarlar dövründə parçalanmış və təcrid olunmuş dövlət olan İran sürətlə müasir sənaye dövlətinə çevrilirdi. Bundan əlavə, şahın fəaliyyəti sayəsində bir sıra mühüm infrastruktur obyektlərinin tikintisi, şəhərlərin urbanizasiyası, nəqliyyat yolları şəbəkəsinin artırılması və məktəblərin tikintisi mümkün oldu.[3] O, həm də neytrallıq siyasəti yürüdürdü, lakin ölkəni modernləşdirməyə dair iddialı planlarını daha da həyata keçirmək üçün ona Qərbin iqtisadi dəstəyi, o cümlədən maliyyə dəstəyi lazım idi.[4][5]

22 iyun 1941-ci ildə Barbarossa əməliyyatı başlayandan sonra Britaniya imperiyası və Sovet İttifaqı bir-birinə münasibətdə müttəfiq mövqelər tutdular ki, bu da İranın işğalı üçün əsas şərt idi.[6] Vermaxtın SSRİ-nin dərinliklərinə sistemli hücumu ilə əlaqədar olaraq, Trans-İran Dəmiryolunun ərazisindən keçən Fars dəhlizi ABŞ tərəfindən həyata keçirilən Lend-liz proqramını həyata keçirməyin ən asan yollarından biri idi. İngilis və sovet mühəndisləri bu dəmir yolunun böyük əhəmiyyətini dərk edirdilər və onu ciddi nəzarət altında saxlamağa çalışırdılar. Alman sualtı qayıqlarının İngilis-Amerika dəniz karvanlarına hücumlarının sayının artması və Arxangelsk bölgəsində dənizin sürətlə buzla örtülməsi şimal dəniz marşrutundan istifadə potensial təhlükəsinin artmasına səbəb oldu. Bunun nəticəsində Trans-İran dəmir yolundan intensiv qeyri-məhdud istifadə əhəmiyyətli dərəcədə artdı. Bundan əlavə, Sovet hökuməti yəqin ki, Cənubi AzərbaycanıTürkmən Səhranı ("Türkmən çölü") öz ərazisinə daxil etmək, habelə İranda kommunistlərini hakimiyyətə gətirmək istəyirdi. Böyük Britaniya və SSRİ-nin İrana təzyiqi Tehranda gərginliyin artmasına və Britaniyaya qarşı kütləvi nümayişlərə səbəb oldu ki, bu da ingilislərin fikrincə, almanpərəst xarakter daşıyırdı.[7][8] İranın strateji mövqeyi sovet neftli rayonlarının və Qırmızı Ordunun arxa cəbhədəki hissəsinin təhlükəsizliyinə mane olurdu və Hindistanla Aralıq dənizi arasındakı ingilis hərbi yollarına təhlükə yaradırdı.[9]:215—216

Anti-Hitler koalisiyasının alman işçiləri və diplomatlarını İrandan qovmaq tələbləri şah tərəfindən rədd edildi. Britaniya diplomatik missiyasının məlumatına görə, 1940-cı ildə İranda minə yaxın alman işləyirdi.[10] İttilaət qəzetinin məlumatına görə, 4630 əcnəbi arsında almanların sayı 690 nəfər idi. O cümlədən də ölkədə 2590 ingilis var idi.[11] Avstraliyalı tarixçi Con Beaumont İranda yaşayan almanların sayını "3 min nəfərdən çox olmamaq şərti ilə" hesablamışdı. Lakin strateji əhəmiyyətli sənayelərdə, nəqliyyat şəbəkəsində, rabitə şəbəkəsində və digər sahələrdə işlədikləri üçün onların təsiri real saya qeyri-mütənasib hesab olunurdu.[12]

İran uzun illərdən bəri Almaniya imperiyası ilə əlaqələrə malik idi, o eyni zamanda həm Rusiya imperiyasının, həm də Sovet İttifaqının xarici siyasət ambisiyalarına qarşı durmağa çalışırdı.[13] Qeyd edək ki, İran İngiltərə və Ruslara xas olan təcavüzkar müstəmləkə siyasəti yeritmədiyi üçün Almaniya ilə iqtisadi əlaqələr qururdu.[7][8] Məhz bunun sayəsində İranın diplomatik nümayəndələri Vermaxt tərəfindən işğal olunmuş Avropadan min yarımdan çox yəhudini çıxararaq onlara gizli şəkildə İran vətəndaşlığına zəmanət verirdilər.[7][8]

İngilislər İranı nasist Almaniyasını dəstəkləməkdə və almanpərəst siyasət yürütməkdə ittiham etməyə başladılar. İkinci Dünya müharibəsinin əvvəlində dövlətin neytral mövqe tutmasına baxmayaraq, İran Böyük Britaniya üçün böyük iqtisadi maraq kəsb edirdi. İngilislər İngiltərə-Fars Neft Şirkətinə məxsus olan Abadan neft emalı zavodunun almanların əlinə keçməsindən ehtiyat edirdilər. 1940-cı ildə 8 milyon ton neft hasil edən zavoda ingilislər özlərinin hərbi-iqtisadi fəaliyyətlərində böyük əhəmiyyət verirdilər.[7][14] Gərginliyin ilk mərhələsi 1931-ci ildə Rza şah Pəhləvi tərəfindən Böyük Britaniyaya İran neftini satmaq üçün müstəsna hüquq verən D'Arcy konsessiyasının ləğvi ilə əlaqədar baş verdi. Qeyd edək ki, bu konsessiya görə İran ildə cəmi 10–16% gəlir əldə edirdi.[7][8][15]

Böyük Britaniya və SSRİ-nin təzyiqi ilə iranlılar Almaniya ilə ticarəti məhdudlaşdırmağa başladılar. Rza şah Pəhləvi Böyük Britaniya və Sovet İttifaqının kifayət qədər güclü təsiri ilə əlaqədar olaraq bu məsələdə aqressiv mövqe tutmadı.[7][8] Həmin vaxt Britaniya qoşunları artıq İraq əməliyyatından sonra işğal etdikləri İraqda kifayyət qədər böyük kontingentlə təmsil olunurdular. Beləliklə, əməliyyat başlayanda böyük sayda ingilis ordusu İranın qərb sərhədində cəmləşdirilmişdi.[16]

Əməliyyatın gedişi redaktə

Qəfil, səbəbsiz hücum iranlıları hazırlıqsız yaxalamalı idi.[17] Əməliyyat başlayanda İran hökuməti müvafiq olaraq iyulun 19-da və avqustun 17-də almanların İran ərazisindən çıxarılmasını tələb edən iki diplomatik nota aldı.[18] Baş nazir Rəcəbəli Mənsur avqustun 17-də verilən ikinci notanın mətnini üstüörtülü ultimatum kimi qiymətləndirdi.[17][19] Sonralar Hindistanın general-qubernatoru Arçibald Vavel öz məruzəsində yazırdı: "… görünür, İran hökuməti Britaniyanın Xuzistana vaxtından əvvəl hücumunu tamamilə gözləyirdi və buna görə də Əhvaza həm yüngül, həm də orta çəkili tanklardan ibarət əlavə qüvvələr göndərmişdi."[20][21]

İşğal əməliyyatı başlayandan az sonra şah Britaniya və Sovet səfirləri Rider Ballardı və Andrey Smirnovu izahat üçün yanına çağırdı. Dövlətlərinin hansı əsasla onun ölkəsini işğal etdiyini və niyə müharibə elan etmədiklərini soruşdu. Hər ikisi cavab verdi ki, bu, İranda "alman nümayəndələrinin" olması ilə bağlıdır. Rza şah Pəhləvi almanların qovulmasını əmr etsə, hücumun davam edib-etməyəcəyini soruşduqda heç bir cavab verilmədi. Şah Franklin Ruzveltə teleqram göndərərək ondan hərbi əməliyyatların daha da genişlənməsinin qarşısını almasını xahiş etdi. Birləşmiş Ştatlar neytral mövqe tutdu və buna görə də münaqişəyə təsir etmək istəmədi. Ruzvelt Rza şaha cavab verdi ki, onun xahişini təmin edə bilməyəcək, həmçinin onun dövlətinin "ərazi bütövlüyünə" hörmət göstəriləcəyinə ümid etdiyini bildirdi.[7][8]

Hərbi əməliyyatların başlaması redaktə

 
Körfəz Komandanlığının xəritəsində hərbi qarnizonların və dəmiryol stansiyalarının yeri

Hücum Fars körfəzindən Britaniya və Avstraliya donanmaları, quru və hava hissələri və Britaniya imperiyasının silahlı qüvvələrinin birləşmələri tərəfindən başladı. Cənubi Qafqazdan aviasiya və Xəzər hərbi flotiliyasının dəstəyi ilə general Dmitri Kozlovun komandanlığı ilə Zaqafqaziya Cəbhəsinin 44-cü və 47-ci orduları və Şimali Qafqaz Hərbi Dairəsinin 53-cü Ordusu İranın şimal hissəsinə daxil oldular. Əməliyyatda minə yaxın T-26 tankı iştirak edirdi.[7]

İranın cənubundakı əməliyyatın başlanmasından 6 gün sonra general-leytenant Edvard Kvinanın İraq ordusu komandanlığı Fars-İraq adını aldı. Fars-İraq ordusuna 8-ci və 10-cu Hindistan Piyada Diviziyaları, 2-ci Ayrıca Zirehli Briqada, sonradan 9-cu Zirehli Briqadanın bir hissəsi olan 1-ci Britaniya Süvari Diviziyasının 4-cü Süvari Briqadası və 21-ci Hindistan Piyada Briqadası daxil idi. Ordunun ümumi sayı aviasiya, tank və artilleriya birləşmələri ilə birlikdə 200.000 nəfər təşkil edirdi.[22]

Hərbi əməliyyatların başlanmasına cavab olaraq, İran ordusu komandanlığı sayı 126–200 min nəfər olan 9 piyada diviziyasını döyüşə hazır vəziyyətə gətirdi. Onların bir hissəsi motorlu idi, iki diviziya isə tanklarla silahlanmışdı. O vaxta qədər İranın quru qoşunları modernləşmə mərhələsində idi. Döyüş effektivliyinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması işi aparılırdı. Müharibənin əvvəlində bu, aşağı döyüş hazırlığında və və tank bölmələri, aviasiya ilə bir neçə cəbhədə düşmənə cavab verə bilməməsində əksini tapdı. Şah müharibənin əvvəlinə qədər modernləşməni başa çatdıra bilmədi və İran ordusu döyüş əməliyyatlarından daha çox dinc əhaliyə qarşı repressiya ilə məşğul idi.

 
SSRİ-yə gedən yolda Fars səhrasında Lend-Liz yükləri ilə Studebakerlər kalonu.

İranlılar Almanların Mauser 98 tüfənginin modifikasiya edilmiş versiyası olan Çexoslovakiyanın Vz tüfəngi ilə silahlanmışdılar. Hökumət 100 ədəd AH-IV və TNHP tipli yüngül tanklar, həmçinin 1-ci və 2-ci piyada diviziyalarının xidmətinə daxil olan Amerikanın La France TK-6 orta zirehli texnikasını əldə etmişdi. Qalan sifarişlər İkinci Dünya müharibəsi zamanı dondurulmuşdu. Çoxlu sayda alınmış texnika və silahların, o cümlədən kifayət qədər müasir tankların olması iki böyük dövlətin qoşunlarının bir neçə istiqamətdə İrana daxil olmasına mane ola bilmədi. 1930-cu illərdə tank əleyhinə silahların təkmilləşdirilməsi gülləkeçirməz zirehli və pulemyot silahı olan 50 AH-IV tankının köhnəlməsinə səbəb oldu. Əməliyyatdan əvvəl Britaniya Hərbi Hava Qüvvələrinin təyyarələri İran ordusunun mövqelərinə müqavimət göstərməmək və ölkələrinə "təhdid edilmədiyini" anlamaq, əksinə, onu almanların mümkün mənfi təsirindən "azad etmək" üçün hər cür cəhd göstərdikləri xahişi ilə vərəqələr səpələdilər.

İranın müqaviməti təşkil etməyə vaxtı qalmadı və onun rəqibləri taktiki sürprizlə hərəkətə keçdilər.[7] Müharibə avqustun 25-də səhər tezdən Britaniya təyyarələrinin İran hava məkanına daxil olması ilə başladı. Tehran, Qəzvin və digər şəhərlərdəki hədəflər vuruldu. Bombalarla yanaşı, təslim olmağa çağıran vərəqələr də atılırdı. Sovet aviasiyası Təbriz, ƏrdəbilRəşt şəhərlərindəki hədəflərə reydlər keçirdi.[7][16] Müttəfiqlərin basqınları nəticəsində mülki və yaşayış binaları dağıdıldı, bir neçə yüz nəfər həlak oldu və yaralandı. Rza şah hakimiyyətdə olduğu bütün illərdə qurduğu infrastrukturu dağıtmaq istəmədiyi üçün hərbi komandirlərin yol və nəqliyyat şəbəkələrinin məhv edilməsi tələblərini rədd etdi. Bu, rəqiblərinin sürətli qələbəsinə töhfə verdi.[7]

İrana xaricdən dəstəyin olmaması Böyük Britaniya və SSRİ-nin piyada və tank birləşmələrinin irəliləməsinin təsiri altında onun müqavimətinin yatırılmasına və dayandırılmasına səbəb oldu. Müttəfiqlərin görüşü avqustun 30 və 31-də Həmədandan 160 km qərbdə Sənəndəc (Sənə) və Tehrandan 160 km qərbdə Qəzvində və Həmədandan 320 km şimal-şərqdə baş tutdu.[7][16] Bütün cəbhələrdə məğlubiyyətlərdən xəbər alan şah əməliyyatın başlanmasından 4 gün sonra avqustun 29-da silahı yerə qoyub təslim olmaq əmri verdi.[7]

Britaniyanın Xuzistanı işğal etməsi redaktə

25 avqust 1941-ci ildə səhər saatlarında Bəndər-Şahpur, AbadanXürrəmşəhr şəhərlərini ələ keçirmək üçün əməliyyata başlayan Commodor Kosmo Qrehamın komandanlığı altında Britaniya imperiyasının Hərbi Dəniz Qüvvələrinin xüsusi qrupu yaradıldı.[23]

Yerli vaxtla saat 04:10-da Britaniyanın "Şorhem" kateri İranın "Palanq" katerinə atəş açdı və onu ilk atəşlə batırdı.[24] İngilis hərbi rəhbərləri üçün xüsusi dəyər Abadandakı neft emalı zavodu təşkil edirdi. Habelə əsas vəzifə onun işçilərinə qarşı mümkün repressiyaların qarşısının alınması idi. Xuzistan ərazisində şahın 1-ci, 2-ci, 6-cı və 16-cı piyada diviziyalarından ingilislərin hücumunu dəf etməyə hazır olan həm yüngül, həm də mexanikləşdirilmiş piyada bölmələrindən ibarət 27 min qoşunu var idi. İran ordusunun bütün tankları Xuzistandakı 1-ci və 2-ci piyada diviziyalarının sərəncamında idi. Dəniz və hava-desant hücum qüvvələri Abadana enərək neft emalı zavodu da daxil olmaqla şəhəri nəzarətə götürdü.[24] "Şorham" kateri dəniz artilleriya atəşi ilə qoşunları dəstəkləyərək şəhərin yaxınlığında qaldı. İranlılar üsyan qaldırdılar və gün ərzində əlbəyaxa döyüşlər zamanı şəhəri, o cümlədən neft emalı zavodunu ələ keçirdilər. Nəticədə bir neçə hindli və ingilis həlak oldu.[16]

 
Britaniya qoşunları Abadandakı neft emalı zavodunun ərazisinə daxil olurlar, 1941-ci il

Avstraliya Hərbi Dəniz Qüvvələrinin köməkçi kreyseri Kanimbla və onu müşayiət edən gəmilər Xor Musa körfəzinə daxil olaraq saat 04:15-də Bəndər Şahpura yaxınlaşdı. İki piyada batalyonu İran patrul qayıqlarının müqaviməti ilə qarşılaşmadan Kanimbladan yerə endi. Yeddi ox dövlətləri ticarət gəmisi ələ keçirildi, səkkizincisi isə tez döyüş meydanını tərk etdi.[24] Axşam saatlarında ağır döyüşlər başa çatdıqdan sonra dəniz bazası ingilislərin əlində idi.[24] Xürrəmşəhr yaxınlığında Avstraliyanın Yarra kateri İranın "Babr" (Dəclə) katerini gözlənilmədən yaxaladı və gəmini dokun ərazisində batırdı. İranlıların mütəşəkkil müqavimət göstərmək imkanı yox idi, bunun qurbanı İran Hərbi Dəniz Qüvvələrinin öldürülən komandiri Qulam-Əli Bayandor oldu.[7]

Təəccüblənən iranlılar Xuzistanın digər şəhristanlarında müqavimət göstərmədilər. Britaniya Kral Hərbi Hava Qüvvələri hava bazalarına və kommunikasiya xətlərinə hücum etdi və dərhal hava üstünlüyünü əldə etdi. Onlar İran aerodromlarında çoxlu sayda təyyarəni məhv etdilər və bununla da piyadaların mümkün əks-hücumdan qorunmasını təmin etdilər.[16]

10-cu piyada diviziyasının nəzarəti altında olan 8-ci Hindistan diviziyasının 18-ci və 25-ci briqadaları Bəsrədən Qəsr Şeyx şəhərinə doğru irəlilədilər. Avqustun 25-də Şəttül-Ərəb çayı boyunca əraziləri işğal etdilər və sonra həmin gün Abadandan 16 km məsafədə yerləşən Xürrəmşəhri ələ keçirdilər. Karun çayı ingilislərin nəzarətində deyildi və iranlı snayperlər qısa müddət ərzində ingilis qoşunlarının irəliləməsinin qarşısını alaraq fəaliyyətlərini davam etdirirdilər. İngilislər Bəndər Abbasa daxil oldular və Şəttül-Ərəbdə nəzarəti ələ keçirdilər. Avqustun 26-da bölgədə mümkün olan bütün müqavimət yatırıldı. İran qoşunları Böyük Britaniyanın atəş gücünə qarşı müavimət göstərə bilmədi. Ümumilikdə 350 iran hərbçisi əsir götürüldü, bir çoxu öldürüldü və ya qaçmağa məcbur edildi.[16]

İngilislər Əhvazı ələ keçirməyə və sonra Zaqros dağlarından keçərək Qəzvinə doğru irəliləyərək şimala doğru irəliləməyə ümid edirdilər. Onlar mərkəzi İrandan gələn birlikləri ilə şimaldan gələn sovet birlikləri ilə əlaqə qurmağa çalışırdılar. Avqustun 27-də səhər tezdən ingilis qoşunları Əhvaza daxil oldu. General Məhəmməd Şahbəxtinin komandanlığı altında iranlılar sərt cavab verməyə hazırlaşdılar. Artilleriya və tankların dəstəyi ilə piyadalar şəhərdə möhkəmləndilər.[7] Ağır itkilər hesabına və ruh düşkünlüyü yaşasalar da, sona qədər mübarizə aparmaq qərarına gəldilər. Şəhər istehkamlarını ələ keçirmək cəhdi tank və piyada birləşmələri tərəfindən dəf edildi.[7]

İranlıların özlərini uğurla müdafiə etməyə davam edə bilməyəcəyi sualı olduqca mübahisəlidir. Lakin avqustun 29-da ingilislərlə bir sıra ayrı-ayrılıqda toqquşmalarından sonra hökumət Əhvazdakı İran ordusunun komandanlarına atəşkəs elan etməyi əmr etdi və onlar buna əməl etdilər.[7] İngilislər şəhərdə parad keçirməyə hazırlaşarkən onlara qoşularaq iranlılardan silah ələ keçirməməyə və öz postlarını saxlamağa razılaşdılar. İranlılar da öz növbəsində Əhvazda olan Britaniya vətəndaşlarını ordunun hissələrinə təhvil verdilər. İngilislər hindlilərlə birlikdə parad keçirdilər və bu paradda iranlı general Şahbəxti onlara tam hərbi təzim göstərdi.[16]

Britaniyanın İranın mərkəzi ərazilərinə hücumu redaktə

Şimalda general-mayor Vilyam Slimin 10-cu Hindistan piyada diviziyası mərkəzi İrana daxil oldu.[25] General hücumun Hindistan ərazisindən uzaqdan, radio ilə başlamasını əmr etdi. Həmin vaxt Hindistanın piyada və tank bölmələri Bağdaddan 160 km şimal-şərqdə və Bəsrədən 480 km məsafədə sərhəddə yerləşən Xanaqin şəhərində idi. Xuzistandan fərqli olaraq, ingilislər Kirmanşahın dağlıq ərazisində keçidləri və dar yolları aşaraq hücuma keçdilər.[16]

 
1941-ci ildə İraq və Qərbi İran

İngilislər İraq-İran sərhədini Qəsri Şirin yaxınlığında keçdilər və faktiki olaraq heç bir müqavimət görmədən Naft-Şəhr bölgəsindəki neft yatağına doğru irəlilədilər. Böyük Britaniyaya görə, İranın itkiləri cüzi idi. Lakin ingilislər İraqla sərhəddən 30 km aralıda yerləşən Gilan Qərbi ələ keçirməyə cəhd edərkən 2 min iranlının mütəşəkkil müqaviməti ilə qarşılaşdılar. Əgər müvavimət güclü olsa idi, ingilislər bu döyüşün öhdəsindən gələ bilməyəcəkdi və onlar Paitak dağ keçidini keçməyəcəkdi.[16] Britaniya Hərbi Hava Qüvvələri quru bölmələrinə hava zərbələri ilə hava dəstəyi verirdi. Onlar həm də İran təyyarələrinə qarşı hava döyüşlərində iştirak edirdi. Onlar bu zaman 6 qırıcı itirmiş və bir neçə təyyarə müxtəlif dərəcəli xəsarət almışdı. Lakin buna baxmayaraq, ingilislər havada tam üstünlüyü təmin etmişdilər. Həmçinin, İngilis təyyarələri kiçik şəhərləri bombalayır və təslim olmağa çağıran vərəqələr səpələyir.[16]

Gilan Qərbi ələ keçirdikdən sonra ingilislər Sərpol Zəhaba doğru hücuma keçdilər.[16] İran əsgərlərinin susdurucu atəşi və ruhdan düşməsi sayəsində ingilislər az sayda müdafiəçini pərən-pərən salaraq şəhəri ələ keçirdilər. Beləliklə, Paytak aşırımı, KirmanşahTehrana gedən yollar tamamilə Böyük Britaniyanın nəzarətinə keçdi. Zirehli texnika kolonları keçidi və ona bitişik əraziləri müdafiə etməyə başladı.[16] İngilislər Kirmanşah şossesi boyunca Şahabad şəhəri istiqamətində irəlilədilər. Müqavimət olmadı, lakin bir sıra ağaclar kəsilərək yola atılmış, yolun bir hissəsi minalanmışdı. Bütün bunlar ingilislərin irəliləyişini bir neçə saat ləngitdi.[16]

İranın mərkəzi hissəsində İran ordusunun ümumi qüvvəsi 30 min nəfər olan 5-ci və 12-ci diviziyaları Kirmanşah və Sənəndəcdən olan artilleriya birləşmələrinin dəstəyi ilə fəaliyyət göstərirdi. Orada yalnız yüngül piyada bölmələri var idi: motoatıcı və zirehli birləşmələr cənub istiqamətində hərbi əməliyyatlarda iştirak edirdi. İngilislər avqustun 28-də səhər tezdən bir sıra maneələri dəf edərək Şahabadın kənarına yaxınlaşdılar. Zibri kəndi yaxınlığında onlar güclü İran qarnizonu ilə qarşılaşaraq döyüşə girdilər. Bu da ingilislər arasında itkilərə səbəb oldu. Lakin qarnizon rəhbərliyinin bacarıqsız hərəkətləri və ingilislərin atəşi yatırması nəticəsində hücum dayandı. İngilislər həmin səhər Şahabada daxil oldular.[16] Avqustun 29-da Kirind Qərb ingilislərin nəzarəti altına düşdü. Burdan Kirmanşaha cəmisi 3 km məsafə var idi. İran komandirlərinə atəşi dayandırmaq və təslim olmaq əmri verildi. Kirmanşahın müdafiəçiləri onu açıq şəhər elan etdilər və ingilislər sentyabrın 1-də şəhərə daxil oldular. Eyni şərtlərlə onlar Sənəndəci və nəhayət, Qırmızı Ordu hissələrinin artıq yerləşdiyi Qəzvini də işğal etdilər.[16]

Qırmızı Ordunun İranın şimal-qərbinə hücumu redaktə

Qırmızı Ordunun hissələri avqustun 25-də İrana daxil oldu. O vaxta qədər Sovet aviasiyası İranın hava bazalarına bir sıra hücumlar həyata keçirmişdi.[7] Motoatıcıların köməyi ilə fəaliyyət göstərən ümumi sayı 1000 tankdan ibarət 3 tank sütunu yaradıldı. Şimal-qərbdəki İran ordusunun tank bölmələri yox idi. Azərbaycan SSR-də yerləşən 47-ci Ordu sərhədi keçərək İran Azərbaycanı ərazisinə daxil oldu.[25] TəbrizəUrmiya gölünə doğru irəliləməyə başladı. Culfa şəhəri Qızıl Ordunun nəzarətinə keçdi. Şah kəşfiyyat təyyarələri onları Culfanın cənubunda, Mərənd üzərinə hücum zamanı aşkar etdilər. General Mətbudinin 3-cü diviziyası Şibliyə yaxınlaşmaq və Qızıl Ordunun hərəkətinə mane olmaq fürsəti əldə etdi, lakin qəfil yaxalanaraq, mütəşəkkil müqavimət göstərə bilmədi. O, həmçinin körpüləri və yolları partlatmadı, bunun sayəsində sovet qoşunları tez bir zamanda hücumlarını davam etdirdilər.[7] Sovet aviasiyası Culfa ərazisində Qırmızı Ordunun mövqelərinə hücum etmək istəyən 5 İran bombardmançısının qarşısını aldı.[16]

 
Sovet BA-10 zirehli maşınlarının müşayiəti ilə İngilis logistika təchizat karvanı.

Sovet qoşunları sərhədi keçərək general-mayor Qaderinin 15-ci diviziyasının yerləşdiyi Ərdəbilə doğru hərəkət etdi. İki İran alayı Nirə yaxınlaşıb müqavimət göstərmək qərarına gəldi. Əsgərlərinin yüksək döyüş ruhuna və birliyinə baxmayaraq, Qaderi qoşunları maşınla tərk edərək, onları komandirsiz qoydu. O, həmçinin ərzaq, ləvazimat və artilleriya daşıyan təchizat maşınlarını şəxsi əşyalarını boşaltmağa və çıxarmağa məcbur edərək müdafiəni sarsıtdı. Qırmızı Ordu Nirdən yan keçərək cənuba doğru irəliləməyə davam etdi. Qırmızı Ordu Hərbi Hava Qüvvələri Ərdəbili bombaladı.[7] Nəticədə hərbi kazarma dağıntılara məruz qaldı. Ərdəbili və Təbrizi müdafiə edən 15-ci və 3-cü diviziyalar cinahlardan mühasirəyə alınmışdı. Şəxsi heyət asayişi qorumağa cəhd göstərdi və komandirləri olmadan sovet qoşunları üzərinə irəlilədi. Lakin ərzaq, təchizat və sursat çatışmazlığı səbəbindən bütün ağır texnikalarını təslim etdilər. Müqavimət mərkəzləri sona qədər şiddətli mübarizəni davam etdirdilər. Lakin gözlənildiyi kimi, Qızıl Ordu onları məğlub etdi və avqustun 26-da Ərdəbil və Təbriz də daxil olmaqla bütün İran Azərbaycanını işğal etdi.[7]

 
İngilis əsgərləri Sovet T-26 tankını yoxlayır. 31 avqust 1941-ci il

Avqustun 25-də kontr-admiral F. S. Sedelnikovun komandanlığı ilə Xəzər hərbi flotiliyası Gilanda hərbi əməliyyatlara başladı. Donanmaya çoxlu sayda patrul gəmiləri, zenit silahları ilə silahlanmış barjalar və desant qoşunları olan gəmilər daxil idi. İranlıların cəmi 3 kanoner qayığı var idi. Bu zaman Qızıl Ordu sərhədi keçərək körfəzə daxil olmuşdu. O, Astara və Jada-e-Şamaldan ən böyük sahil boyu aparan yollarla hərəkət edirdi. Güclü qoşun dəstəsinin olması sayəsində şəhərlərin müdafiəsini dəniz desantları, sonra isə ordu birləşmələri vasitəsilə dəf etmək mümkün oldu. Xəzər hərbi flotiliyası sahilə desant endirdi və tez bir zamanda sərhəd şəhəri Astaranı ələ keçirdi. Bundan sonra sahilə çıxarılan desant növbəti əraziləri ələ keçirmək üçün gedən gəmilərə qayıtdı.[7]

Əməliyyatın əsas məqsədi Xəzər dənizindəki Pəhləvi limanını (hazırda Ənzəli) ələ keçirmək idi. General İranpurun komandanlığı altında olan İran qoşunları Gilan bölgəsinin mərkəzində, Rəşt şəhərində və Pəhləvi limanında dayanaraq inadkar müqavimət göstərməyə hazır olduqlarını bildirdilər.[16] Pəhləvi limanının girişində barjaları batırmağa nail oldular.

 
Sovet və İngilis qoşunlarının bölmələrinin Qəzvində qarşılaşması.

Sahil artilleriya silahları olmadıqda, onlar 75 mm-lik silah batareyasını limana gətirdilər. SSRİ-nin qüvvələrinin üstünlüyünə baxmayaraq, iranlıların inadlı müqaviməti sovet qoşunlarının desant qoşunlarını sahilə çıxarmasına mane oldu. İranlılar artilleriyadan zəif istifadə edərək mövqelərinin aşkarlanmasının qarşısını almağa çalışırdılar. Sovet aviasiyası İran barjalarından 47 mm-lik zenit toplarının atəşə tutulması nəticəsində ağır itki verdi.[7]

Eyni zamanda, ertəsi gün SSRİ Hərbi Hava Qüvvələri 4 təyyarədən ibarət hava qrupları yaradaraq bombardmançıları döyüşə gətirdi. Onlar Gilan bölgəsində, o cümlədən Pəhləvi və Rəştdə hərbi mövqelərə və mülki hədəflərə reydlər həyata keçirdilər. Bombalama nəticəsində azı 200 nəfər həlak oldu. İran ordusunun mövqeləri acınacaqlı vəziyyətdə idi və quruda hücuma keçən 44-cü ordu nəhayət müdafiəçilərin müqavimətini qıraraq hər iki şəhəri ələ keçirdi. Tank bölmələrinin və aviasiyanın olmaması iranlıların müqaviməti davam etdirə bilməməsinə səbəb oldu.[7][16] Avqustun 28-də onlar təslim oldular. Bir sıra bölmələr silahı yerə qoymaqdan imtina edərək Ramsəra çəkildilər və orada döyüşü davam etdirməyi planlaşdırdılar.[7] Lakin ertəsi gün şah hökuməti atəşkəs haqqında əmr verdi. Bu zaman Qırmızı Ordu Jade-e-Çalus magistralını keçmək və Əlburzdan Tehrana doğru hərəkət etmək niyyətində olduğu Çalusa yaxınlaşmışdı.[16]

Qırmızı Ordunun ölkənin daxilinə doğru irəliləməsi redaktə

 
Qırmızı Ordu əsgərlərinin olduğu yük maşınları İran sərhəddini keçir. 25 avqust 1941-ci il.

İran Azərbaycanını tutduqdan sonra Qızıl Ordu cənuba doğru hərəkət etdi. Culfa ərazisində 47-ci Ordunun keçməli olduğu əhəmiyyətli körpü üç iranlı piyadanın əlində idi və onlar yalnız əllərindəki bütün sursatları istifadə etdikdən sonra məhv edildi.[25] Sovet qoşunları körpü konstruksiyalarının zədələnəcəyindən qorxaraq artilleriyanı döyüşə cəlb etmədi. Bu da hücumun daha da gecikməsinə səbəb oldu.[11] Cənub istiqamətində hücuma keçən 47-ci ordu guya "alman agentləri"nin qaçmasının qarşısını almaq üçün Təbrizdən 100 km qərbdə yerləşən Salmas şəhərini ələ keçirdi. Bunun ardınca sovet hərbi birləşmələri Türkiyə ilə sərhəddə doğru irəlilədi. Onlar Səlmas üzərindən Urmiya şəhərinə hücuma keçdi. Şəhər asan təslim olmadı. Ümumilikdə Urmiya şəhərini yalnız bir snayper dəstəsi qoruyurdu. Sovet qoşunları şəhərə hücumu havadan zərbələrlə başladı. Belə ki, Sovet Hərbi Hava Qüvvələri şəhərdəki hədəflərə hava zərbələri endirməklə şəhərə ciddi ziyan vurdular. Hava hücumu nəticəsində xeyli sayda mülki vətəndaş öldürmüş və yaralanmışdı. Həmçinin hava hücumu şəhər bazarına da ciddi ziyan vurmuşdu.[16]

Bu arada sovet birlikləri Ərdəbili ələ keçirərək Tehran-Kərəc-Təbriz magistral yoluna doğru irəliləyərək Miyanəni tutdular və avqustun 27–28-də Tehran və Qəzvinə doğru yola davam etdilər. Qırmızı Ordu İranın 3-cü və 15-ci diviziyalarını qabaqlayaraq məğlub etdi. İran müqaviməti getdikcə nizamsızlaşdı. Sovet tankları magistral yolu keçdi və avqustun 29-da Tehrandan 151 km aralıda Qəzvini, daha sonra isə İran paytaxtının cənubundakı SavəQum şəhərlərini tutmağa hazırlaşırdı. Bununla onlar Tehran-Savə-Fars körfəzi magistralını ələ keçirir və faktiki olaraq dövlətin ərazisini iki hissəyə bölürdülər. Lakin iranlılar avqustun 29-da silahlarını yerə qoydular və Qızıl Ordu avqustun 30-da açıq şəhərə daxil oldu. Eyni zamanda 53-cü ordunun bölmələri Həmədanı ələ keçirdilər. Sovet hava hücumu zamanı bir azyaşlı uşaq öldürüldü, qeyri-mütəşəkkil müqavimət yatırıldı. Qırmızı Ordu Tehrana hücumunu yalnız sentyabrın 1-də Qəzvində olarkən şah hökuməti ilə əvvəlki danışıqlarla əlaqədar dayandırdı.[16]

Qırmızı Ordunun İranın şimal-şərqinə daxil olması redaktə

 
Sovet və Hindistan hərbi qulluqçularının görüşü. 1941-ci il avqustun sonu.

Qızıl Ordu 1941-ci il avqustun 25-də Türkmənistan SSR ərazisindən İranın şimal-şərqinə daxil oldu. Böyük Vətən müharibəsi iştirakçısı, Bakını bombalamaq niyyətində olan alman eskadrilyalarının olduğu aerodromu aşkar etmək və məhv etmək üçün amfibiya-hücum dəstəsinin tərkibində sərhədə göndərilmiş paraşütçü İvan Martınov bu hücumu belə xatırlayırdı: "Təyyarələrin hamısı bizim təyyarələr kimi rənglənmiş və ulduzlar bəzədilmişdi. Biz hücuma ağır pulemyotlardan atəşlə başladıq. İlk təyyarə partladı və hər yan işıqlandı. Hər şey bir-birinin ardınca partlamağa başladı".[26] Bu istiqamətdə əməliyyat digər ərazilərdə olduğu kimi geniş həcmli deyildi. Sovet qoşunları ölkənin ikinci ən böyük şəhəri olan Məşhədi ələ keçirmək üçün və orduya yeni çağırışçıları cəlb edərək sıralarını artırmaq məqsədilə dağlıq ərazidən keçərək Türkmən Səhraya daxil oldular.[16]

Ümumilikdə Xorasan bölgəsinin və xüsusən də şəhərin müdafiəsini 8 min nəfərdən ibarət 9-cu yüngül piyada diviziyası həyata keçirirdi. Onun komandanlığının tank bölmələrinin və aviasiyanın dəstəyi ilə irəliləyən Qızıl Ordunun çoxsaylı piyadalarına qarşı döyüşlərə tab gətirməsi mümkün deyildi. Əməliyyat Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin Məşhəd aerodromuna hava zərbəsi endirilməsi ilə başladı. Nəticədə çoxlu sayda hərbçi, eləcə də xeyli kazarma məhv edildi. Qızıl Ordunun piyada qüvvələri üç kolonda sərhədi keçdilər. Şiddətli döyüşlər üç gün davam etdi. Avqustun 28-də əhəmiyyətli itkilər verən iranlılar (müharibədə iranlıların ümumi itkiləri ölü sayı olaraq 800 nəfər təşkil etdi) geri çəkilməyə məcbur oldular. Həmin gün Məşhəd sovet qüvvələrinin nəzarətinə keçdi.[16]

Hərbi əməliyyatların sonu. Nəticələr redaktə

 
General V. V. Novikov və briqada generalı C. Tirks Tehranda Sovet qoşunlarının parad düzülüşünü yoxlayırlar. 1941-ci il sentyabr.

Avqustun 28–29-da cəbhələrdə vəziyyət tamamilə xaotik idi. Dövlətin hava məkanı və ərazisinin böyük hissəsi müttəfiqlərin əlinə keçmişdi. Tehran da daxil olmaqla bir çox böyük şəhərlər artan sayda hava hücumlarına məruz qalırdı. Paytaxtın özündə əhali arasında itkilər cüzi idi, lakin Qırmızı Ordu Hərbi Hava Qüvvələri hələ də şəhərin üzərinə vərəqələr səpərək, qarşıdan gələn kütləvi bombardman haqqında məlumat verdi və onun dağıdıcı nəticələri baş verməzdən əvvəl təslim olmağı təklif etdi.[27] Tehranda ərzaq ehtiyatı tez tükəndi və hərbi qulluqçular Qırmızı Ordunun qorxusundan qaçıb dağılışdılar. Vəziyyətin acınacaqlı olduğunu anlayan şahın özü və vəliəhd şahzadəsi istisna olmaqla ailə üzvləri İsfahana qaçdılar.[7][28]

Rza şah Pəhləvinin formalaşmasına bu qədər vaxt və səy sərf etdiyi ordunun belə tez dağılıb parçalanması alçaldıcı idi. Bir çox generallar ingilislərə gizli rəğbət bəsləyən bacarıqsız komandirlər idi və işğalçılara müqavimət göstərən hərbçiləri sıradan çıxarmaqla öz fəaliyyətlərini dayandırırdılar. Onlar təslim olma şərtlərini müzakirə etmək üçün toplantı təşkil etdilər. Onların fəaliyyətindən xəbər tutan şah quru qoşunlarının komandanı general Əhməd xan Naxçıvanini dəyənəklə vuraraq rütbəsini aşağı saldı. O, generalı yerindəcə güllələmək istəyirdi, lakin vəliəhdin təkidi ilə onu həbsxanaya göndərdi.[28]

Rza Pəhləvi daha əvvəl ordunu parçalamaqda ittiham etdiyi Britaniyayönlü baş nazir Əli Mənsuru vəzifəsindən azad etdi. Onun yerini 1925–1926 və 1933–1935-ci illərdə dövlətin baş naziri olmuş Məhəmmədəli Füruği tutdu. Şah qoşunlara müqaviməti və döyüşü dayandırmağı əmr etdi. Böyük BritaniyaSSRİ ilə danışıqlara başladı.[7][28]

Məhəmmədəli Füruği Rza şah Pəhləvinin rəqibi idi. Bir neçə il əvvəl o, siyasi əqidəsinə və oğlunun güllələnməsinə görə istefa verməyə məcbur olmuşdu. Danışıqlar başlayandan sonra Füruği müvafiq qətnaməni müzakirə etmək əvəzinə özünün və İran xalqının şah despotizmindən "azad olmaq" istəyinə işarə vurdu.[28] Füruği ingilislərlə razılaşdı ki, müttəfiq qoşunlarının İrandan çıxarılması yalnız Almaniya səfirliyinin müşaviri və onu müşayiət edən şəxslərin Tehranı tərk etməsi şərtilə mümkün olacaq. Həmçinin Üçüncü Reyxin, İtaliyanın, MacarıstanınRumıniyanın diplomatik nümayəndəliklərinin bağlanması və bütün almanların, o cümlədən onların ailə üzvlərinin Böyük Britaniya və SSRİ nümayəndələrinin əlinə verilməsi də razılaşmanın əsas şərti oldu. Sonuncu məqam azadlığın müəyyən səviyyədə məhdudlaşdırılmasını nəzərdə tuturdu. Şah razılaşmanın qəbulunu gecikdirdi. Əksinə, Rza şah almanları gizlin şəkildə İran ərazisindən çıxarmağı planlaşdırırdı. Sentyabrın 18-də almanların xeyli hissəsi Türkiyə sərhədindən qaçdı.[11]

Rza şah Pəhləvinin itaətsizliyinə cavab olaraq Qızıl Ordu sentyabrın 16-da Tehrana doğru yürüş etdi. Kommunist repressiyalarından qorxaraq, çoxu varlı olan bir çox iranlı canlarını qurtarmaq üçün qaçdı. Sentyabrın 17-də Qırmızı Ordunun şəhərə daxil olmasından sonra şah Məhəmmədəli Füruğiyə yazdığı məktubda taxtdan əl çəkdiyini bildirdi. İngilislər bölgədə öz maraqlarını Pəhləvilərdən qat-qat yaxşı təmsil edən Qacar sülaləsini yenidən hakimiyyətə gətirməyə çalışırdılar. Lakin mümkün varis Həmid Həsən Mirzə Britaniya imperiyasının təbəəsi idi və fars dilini ümumiyyətlə bilmirdi. Əslində, Məhəmmədəli Füruğinin köməyi ilə vəliəhd Məhəmməd Rza Pəhləvi and içərək İran şahı vəzifəsini tutdu. İngilislər vəliəhdin atasını paytaxtı tərk etməzdən əvvəl həbs edərək, nəzarətə götürdülər.[28] O, Cənubi Afrika İttifaqı ərazisinə məhbus kimi sürgün olundu. Rza şah 1944-cü ildə orada vəfat etdi.[7][8] Müttəfiqlər oktyabrın 17-də qoşunlarını Tehrandan çıxardılar. Müharibə müddətində dövlətin ərazisi müvafiq olaraq Sovet və Britaniyanın təsir dairələrinə bölündü. Həmədan və Qəzvindən şimaldakı ərazilər SSRİ-nin, onlardan cənubda yerləşən ərazilər isə Britaniyanın təsir zonasına daxil oldu.[29]

İşğal dövrü redaktə

 
SSRİ və İngiltərənin İranda təsir zonaları. 1946-cı il.

29 yanvar 1942-ci ildə xarici işlər naziri Əli Süheyli Böyük Britaniya və SSRİ səfirləri Andrey Smirnov və Rider Ballard ilə, İngiltərə-Sovet-İran müqaviləsini imzaladı. Müqavilənin şərtlərinə görə İran müttəfiqlərin hərbi-iqtisadi fəaliyyətlərinə mülki dəstək verməli idi. Məhəmməd Rza Pəhləvi tərəfindən tam dəstəklənməyən müqavilənin 5-ci maddəsinə əsasən, müttəfiqlər "bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra altı aydan gec olmayaraq" öz qoşunlarını dövlətin ərazisindən çıxarmağa söz verdilər.

1942-ci il avqustun sonunda alman kəşfiyyatçıları Təbrizdə və başqa şəhərlərdə vərəqələr paylamağa başladılar. Agentləri Urmiya gölü ərazisində əhalini hökumət əleyhinə etirazlara sövq edən gizli faşist "Melnune Iran" təşkilatı yaradıldı. BəxtiyarilərQaşqay tayfalarının nümayəndələri yeni yaradılmış hökumətə silahlı müqavimət göstərdilər.[30] 1943-cü il sentyabrın 9-da İran Üçüncü Reyxə müharibə elan etdi və nəticədə Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsinə qoşuldu. Həmin il noyabrın 28-dən dekabrın 1-dək keçirilən Tehran konfransında Franklin Ruzvelt, Uinston Çörçillİosif Stalin İranın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq istəklərini bir daha təsdiqlədilər və İrana iqtisadi yardım proqramını həyata keçirməyə hazır olduqlarını bildirdilər. Müqaviləyə əsasən, İran Böyük Britaniya və SSRİ tərəfindən "işğalın" qurbanı kimi deyil, onların müttəfiqi kimi təqdim olunmuşdu.[8]

Hərbi əməliyyatlar İran dövlətinə çox mənfi təsir göstərdi. Silahlı hücum nəticəsində dövlət aparatının böyük hissəsi məhv edildi, ərzaq və zəruri mallar yoxa çıxdı. İranın şimalında toplanan məhsulun demək olar ki, hamısı Sovet İttifaqına gedirdi və nəticədə əhali üçün ərzaq qıtlığı yaranırdı.[31] Böyük Britaniya və SSRİ üçün taxıl tədarükü danışıqlarda istifadə oluna bilən müəyyən üstünlük təşkil edirdi. Ərzaq böhranı işğalçı qoşunların ərzaq və hərbi texnikanın daşınması üçün nəqliyyat şəbəkəsinə ehtiyacı olması ilə daha da ağırlaşdı. Şah ingilislərin təzyiqi ilə ərzaq təminatı və iqtisadiyyat sahəsində bacarıqsız siyasət aparan Əhməd Qəvamı baş nazir təyin etdi. 1942-ci ildə Tehranda çörək iğtişaşları baş verdi, ölkədə hərbi vəziyyət tətbiq olundu, üsyançıların bir qismi polis tərəfindən öldürüldü. İnflyasiya 450% artaraq aşağı və orta təbəqələr üçün böyük çətinliklərə səbəb oldu. Bir sıra bölgələrdə insanlar qida çatışmazlığından ölürdü, lakin əslində silahlı müqavimət yox idi.[8]

Yaxın Şərqdə Sovet İttifaqı və Böyük Britaniyaya böyük həcmdə tədarük (5 milyon tondan çox hərbi məhsul) Fars dəhlizi ilə həyata keçirilirdi. 1943-cü ildə 30 min amerikalı Fars dəhlizinə xidmətdə iştirak etmişdi. Bu dəhliz vasitəsilə Sovet İttifaqına Lend-Liz proqramı çərçivəsində çatdırılan yüklərin 26–34%-i müharibə zamanı keçdi. Birləşmiş Ştatlar iranlıların dövlət müstəqilliyinə təminat verərək, iki böyük dövlətin İranı işğal edib müstəmləkəyə çevirəcəyi ilə bağlı qorxularını aradan qaldırdı. Onlar həmçinin Lend-Liz proqramı çərçivəsində İrana dəstəyi genişləndirdilər və orduda hərbi təlimlər təşkil etməyə başladılar.

1943-cü ildə almanlar İranda Anti-Hitler koalisiyasına qarşı iki mühüm əməliyyat keçirdilər. Beləliklə, həmin ilin ortalarında Abver şah rejiminə qarşı müxalifəti təmsil edən Qaşqay tayfalarından istifadə etməklə Böyük Britaniya və ABŞ-dan Sovet İttifaqına göndərilməyə hazırlaşan tədarükləri sabotaj etmək məqsədilə "Fransua əməliyyatı"nı həyata keçirməyə başladı. Almanlar həmçinin Tehran konfransında Böyük Üçlüyün liderlərinə (Stalin, Çörçill və Ruzvelt) qarşı sui-qəsd məqsədilə, uğursuz "Uzaqdan tullanma" əməliyyatını həyata keçirdilər.

Qoşunların çıxarılması redaktə

border=none  Əsas məqalə: İran böhranı (1946)
 
Azərbaycan Milli HökumətiMahabad Cümhuriyyətinin inzibati əraziləri

İranın müttəfiq qoşunları tərəfindən işğalından 3 il sonra Cənubi AzərbaycanŞərqi Kürdüstanda Sovet İttifaqının siyasi təsiri xeyli artdı. Müttəfiqlər müharibə bitdikdən 6 ay sonra İrandan qoşunlarını çıxarmaq razılığına gəlmişdi. Amma 1946-cı ildə bu razılaşmanın bitməsinə az qalmış İosif Stalinin rəhbərliyi altında sovet ordusu İranda qaldı və bu, İran Xalq Partiyasının yaranmasına da təsir etdi.[17] Kommunistlər torpaq icarədarları ilə əhbablar (yerli torpaq sahibləri) arasında artan ziddiyyətləri həll etməyə çalışırdılar.[16] 1945-ci il dekabrın 12-də həftələrlə davam edən şiddətli döyüşlərdən sonra Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökumətini yarandı.[32] 1945-ci ilin sonlarında Azərbaycan Milli Hökumətinin ardınca Qazı Məhəmmədin başçılığı ilə Mahabad Cümhuriyyəti təşkil olundu. Tezliklə kürd və Azərbaycan Hökuməti qüvvələri birlikdə Sovet İttifaqı tərəfindən dəstək alaraq hərbi təlimlərə başladı. Şah hökumətinin əmri ilə yeni dövlət qurumlarını ləğv etmək üçün göndərilən birləşmələrin qarşısı Qızıl Ordu tərəfindən alındı.[33] Bu dönəmdə artıq onlar İran qüvvələri ilə döyüşürdülər və nəticədə 2000 nəfər itki verdilər.[17]

1945-ci ilin sentyabr ayında Yaponiya üzərində qələbədən sonra ilk olaraq ABŞ daha sonra isə Böyük Britaniya müqavilədə nəzərdə tutulduğu kimi qoşunlarını geri çəkdi. Sovet İttifaqı anlaşmanın şərtlərinə pozan tək tərəf deyildi, bu zaman onlar qoşunlarını cənuba tərəf yönəltdi. Sovet tərəfi öz qoşunları çıxarmamaq qərarını "Sovet İttifaqının təhlükəsizliyinə təhdid" məsələsini əsas gətirərək eyni şeyi etməkdən imtina etdi. Yalnız 1946-cı ilin mayında SSRİ-nin İran hökuməti tərəfindən yeni yaradılmış BMT Təhlükəsizlik Şurasına təşkilatın tarixində ilk rəsmi şikayətin təqdim edilməsindən sonra, ordusunu İranın şimalından çıxarmaq qərarı verdi. Bu həm də BMT-nin beynəlxalq problemlərin həllində effektivliyinin ilk sınağı idi. BMT Təhlükəsizlik Şurası isə SSRİ-yə təzyiq göstərmək üçün birbaşa addımlar atmadı. İranın baş naziri olmuş Əhməd Qəvam ilə aparılan danışıqlar və ABŞ-nin Sovet İttifaqına qarşı etdiyi təzyiqlər nəticəsində SSRİ geri çəkilməyə məcbur qaldı. Bu böhranın qığılcımları görünən Soyuq müharibənin ilk münaqişələrindən biri kimi qəbul edilir.[34]

İstinadlar redaktə

  1. Ковалевский Н. Ф. Советские войска в Иране. 1941–1946 г. // ru:Военно-исторический журнал. — 2006. — № 5. — С.40.
  2. Mackenzie, 1951. səh. 136
  3. Pollack, 2005. səh. 34
  4. Kaveh, 2011
  5. Pollack, 2005
  6. Esposito, 1998. səh. 127
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 Kaveh F. Iran at War: 1500–1988. — Oxf.: Osprey Publishing, 2011. — 488 p. — (General Military). — ISBN 1-84603-491-4.
  8. 1 2 3 4 5 6 7 8 9 Pollack K. M. The Persian Puzzle: The Conflict Between Iran and America. — N. Y.: Random House Trade Paperbacks, 2005. — 539 p. — ISBN 0-8129-7336-4.
  9. Beaumont, 1981
  10. Milani A. "Revealing errors. Iran, Jews and the Holocaust: An answer to Mr. Black". iranian.com (ingilis). 2006-02-23. 2012-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  11. 1 2 3 "The Iranian History 1941 AD". fouman.com (ingilis). 2013-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  12. Beaumont, 1981. səh. 213—228
  13. Дашицина М. В. Германская пропаганда в Иране в период второй мировой войне. // ru:Военно-исторический журнал. — 2019. — № 3. — С.49–56.
  14. Reed, Fitzgerald, 2010
  15. Yergin, 2008. səh. 121
  16. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Majd M. G. August 1941: The Anglo-Russian Occupation of Iran and Change of Shahs. — Lanham, Maryland: University Press of America, 2012. — 436 p. — ISBN 0-7618-5940-3.
  17. 1 2 3 4 Stewart R. A. Sunrise at Abadan: The British and Soviet Invasion of Iran, 1941. — N. Y.: Praeger, 1988. — 303 p. — ISBN 0-275-92793-8.
  18. "ANGLO-IRANIAN RELATIONS iii. Pahlavi period ANGLO-IRANIAN RELATIONS". 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
  19. Wavell, 1946. səh. 4097—4098
  20. Wavell, 1946. səh. 4098
  21. Ward, 2014. səh. 154
  22. Majd, 2012
  23. WWII at sea, 2011. səh. 86—87
  24. 1 2 3 4 World War II at Sea: An Encyclopedia / editor Tucker S. C. — Illustrated, reprint edition. — ABC-CLIO, 2011. — Vol. I. — 925 p. — ISBN 1-59884-457-1.
  25. 1 2 3 "War Diary records for Invasion of Iran, 1941" (ingilis). books.stonebooks.com. 2017-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
  26. Хрусталёв Д. Г. "Операция «Согласие»: Иран боится повторения истории" (rus). ru:Вести.ру. 2013-11-30. 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
  27. Milani, 2012
  28. 1 2 3 4 5 Milani A. M.[en]. The Shah. — Reprint Edition. — N. Y.: St. Martin's Press, 2012. — 496 p. — ISBN 0-230-34038-5.
  29. Majd, 2016
  30. Гречко, 1976
  31. "World War II and the Azarbaijan crisis". countrystudies.us (ingilis). 2012-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
  32. All the Shah's Men, Kinzer, p.65–66
  33. Palmer, 1992
  34. "United Nations". u-s-history.com (ingilis). // United States History. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 191 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024