Bundesrat Haqqinda Melumat - Vikipedia

Bundesrat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Federal Şura (Almanca: Bundesrat) — Almaniyanın 16 ştatının təmsil olunduğu qanunverici hakimiyyətdir. Əyalət hökumətləri tərəfindən təyin edilmiş 69 üzv qanunverici prosesdə iştirak edir. Federal hökumət qarşısında əyalətlərin maraqlarını təmsil edir. Hər federal qanun Federal Şurada da müzakirə edilməlidir. Federal qanunların formalaşmasına öz töhfəsini verir. Bundestaqla bərabər bir qanunverici qurum statusuna sahibdir.

Alman Federal Şurası
Bundesrat
Deutscher Bundesrat
Loqonun şəkli
Ümumi məlumatlar
Qısaltma adı BR[1]
Təsis tarixi 23 may 1949
İdarə heyəti
Alman Bundesratının Prezidenti Dietmar Vudke, SDP
1 Noyabr 2019 tarixindən
Birinci vitse prezident Daniel Qünter, XDİ
1 Noyabr 2019 tarixindən
İkinci Vitse Prezident Rayner Haselof, XDİ
1 Noyabr 2019 tarixindən
Quruluşu
siyasi partiyalar
  
Hökumət (12)
  • Aşağı Saksoniya (6)
  • Meklenburq-Ön Pomeraniya (3)
  • Saarland (3)
  
Neytral (57)
  • Baden-Württemberg (6)
  • Bavariya (6)
  • Cənubo Reyn-Vestfaliya (6)
  • Hessen (5)
  • Raynland-Palatina (4)
  • Berlin (4)
  • Saksoniya (4)
  • Şlezviq-Holştayn (4)
  • Brandenburg (4)
  • Saksoniya-Anhalt (4)
  • Türingiya (4)
  • Hamburg (3)
  • Bremen (3)
  
Müxalifət (0)
Məclis zalı
{{{konfrans zalı}}}{{{konfrans zalı}}}
Sayt
bundesrat.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bundesratın quruluşu

Federal Şura Berlindəki keçmiş Prussiya Lordlar Palatasında toplanır. Əvvəlki görüş yeri keçmiş Qərbi Almaniyanın paytaxtı Bonnda idi. Federal Konstitusiyada Bundestaq, Federal Prezident, Federal Nazirlər Şurası və Federal Konstitusiya Məhkəməsi ilə birlikdə “əsas güc” adlanır.

Bundesratın iclas binası (keçmiş Prussiya Lordlar Palatası)
Prussiya Lordlar Palatası, Leipziger Straße, Bundesrat binası.

Bundesrath (1901-ci ildən: Ümumi imla islahatına görə, Bundesrat) Şimali Almaniya Konfederasiyası (1867) və Almaniya İmperiyası (1871) kimi adlar almışdır. Veymar Respublikası dövründəki həmkarı (1919-1933) Reyxsrat olmuşdur.

Federal Şuranın quruluşu Almaniya əyalətlərinin gücündəki dəyişikliklərdən asılı olaraq dəyişir və istənilən halda seçkilər zamanı fərqlilik göstərir. Federal şuradakı hər bir əyalət heyəti mahiyyət etibarilə əyalət hökumətlərinin nümayəndəsidir və hər bir əyalətin qanunverici hakimiyyət çoxluğunu, iqtidarını (koalisiyalar da daxil olmaqla) əks etdirir.

23 may 1949-cu ildə yaradılmışdır. 1 noyabr 2014-cü ildən Bundesratın sədri vəzifəsini Volker Bouffier (CDU partiyası) icra edir. Onun birinci müavini (1 noyabr 2014-cü ildən bəri) Stephan Weil (SPD partiyası), ikinci müavini isə (1 noyabr 2014-cü ildən bəri) Stanislaw Tillich (CDU partiyası) hesab olunur.

Mövcud quruluşu redaktə

Səslərin mövcud paylanması
Bölgə Əhali[2] Bundesratdaki yerləri Əhalinin yerə nisbəti Hakim partiya
(H-Hökumət)
(N-Neytral)
(M-Müxalifət)
Növbəti seçkilər İdarəçi
Baden-Württemberg 10,879,618   6   █ █ █ █ █ █ 1,813,270 13Yaşıllar, XDİ(N) 2021 Winfried Kretschmann (Grüne)
Bavariya 12,843,514   6   █ █ █ █ █ █ 2,140,586 04XSB, FW (N) 2023 Horst Seehofer (CSU)
Berlin 3,520,031   4   █ █ █ █ 880,008 08SDP, Sol, Yaşıllar (N) 202109-18 Michael Müller (SPD)
Brandenburq 2,484,826   4   █ █ █ █ 621,207 16SPD, CDU, Yaşıllar (N) mövcud Dietmar Woidke (SPD)
Bremen 671,489   3   █ █ █ 223,830 12SDP, Yaşıllar, Sol (N) 202305-11 Jens Böhrnsen (SPD)
Hamburq 1,787,408   3   █ █ █ 595,803 11SDP, Yaşıllar (N) 2020 Olaf Scholz (SPD)
Hessen 6,176,172   5   █ █ █ █ █ 1,235,234 06XDİ, Yaşıllar (N) 2023 Volker Bouffier (CDU)
Aşağı Saksoniya 7,926,599   6   █ █ █ █ █ █ 1,321,100 12SDP, XDİ (H) 2022 Stephan Weil (SPD)
Meklenburq-Ön Pomeraniya 1,612,362   3   █ █ █ 537,454 08SDP, XDİ (H) 202109-04 Erwin Sellering (SPD)
Şimali Reyn-Vestfaliya 17,865,516   6   █ █ █ █ █ █ 2,977,586 12XDİ, FDP (N) 2022 Hannelore Kraft (SPD)
Reynland-Pfalts 4,052,803   4   █ █ █ █ 1,013,201 12SPD, FDP, Yaşıllar (N) 2021 Malu Dreyer (SPD)
Saarland 995,597   3   █ █ █ 331,866 07XDİ, SDP (H) 2022 Annegret Kramp-Karrenbauer (CDU)
Saksoniya 4,084,851   4   █ █ █ █ 1,021,213 07XDİ, SDP, Yaşıllar (N) 2024 Michael Kretschmer (CDU)
Saksoniya-Anhalt 2,245,470   4   █ █ █ █ 561,368 07XDİ, SDP, Yaşıllar (N) 2021 Reiner Haseloff (CDU)
Schleswig-Holstein 2,858,714   4   █ █ █ █ 714,679 14XDİ, Yaşıllar, FDP (N) 2022 Torsten Albig (SPD)
Türingiya 2,170,714   4   █ █ █ █ 542,679 17Sol, SDP , Yaşıllar (N) 2024 Bodo Ramelow (DIE LINKE)
Ümumi əhali və şuradakı üzvlük sayı 82,175,684 69 1,190,952
  1. https://www.service.bund.de/Content/DE/DELeistungen/A/Abkuerzungsverzeichnis-des-Bundes-BMI-BVA.html.
  2. "Amtlicher Bevölkerungsstand am 31. Dezember 2015". 2008-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024