Chess24.com Haqqinda Melumat - Vikipedia

Chess24.com Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

chess24.com ingilis, ispan, alman və digər yeddi dildə fəaliyyət göstərən 2014-cü ildə qurulumuş şahmat saytıdır.[2]

Chess24
Loqonun şəkli
URL chess24.com
Tipi Veb serverlər
Dilləri ingilis, ispan, alman, türk, polyak, çin, portuqal, fransız, italyan, norveç dili, rus
Açılma tarixi 2014
Bağlanma tarixi 31 yanvar 2024
Hazırkı statusu fəaliyyətdədir
Alexa reytinqi
  • 8.676 (1 dekabr 2017)[1]
Sol tərəfdə qara zolaq qaraların böyük üstünlüyünü göstərir. Sağ tərəfdə hər bir oyunçunun vaxtını əks etdirən taymer yerləşir.

Əməkdaşlar redaktə

Chess24-lə qrosmeyster, beynəxalq ustalar və namizəd ustalar – Vişvanatan Annad, Peter Svidler, Rüstəm Qasımcanov, Artur Yusupov, Jan Qustafson, Fransisko Vallexo,[3] David Martinez, Lukas Vitenburq, David Andon Duiyarro, Pepe Kuenka, Dorsa Deraxşani, Sopiko Quramişvili, İvan Salqado, Karlos Martinez, Robert Baskin, Yan-Kristian Şölder, Roeland Pruysers, Xesus de laVilla, Anna Rudolf, Niklas Huşenbet, Xristof Sielecki, Mark, Dvoretski, Timur Qareyev, Roven Voqel, Sabrina Veqa, Robin van Kampen, Daniel Forsen, Angel Arribas, Ernesto Fernandez, Xose Migel Fernandez, Markos Kamayxo, Laurens Trent və Hou Yifan əməkdaşlıq edir. Bu şahmatçılar beynəxalq turnirlər zamanı oyunlara canlı şərhlər verir.

Əsas imkanlar redaktə

Chess24 əsas beynəxalq turnirlərin canlı yayımını təmin edir.

Sayta həm facebook profili üzərindən həm də yeni Chess24 profili açmaqla üzv olmaq olar. Üzvlükdən sonra sayıtın baş səhifəsində istifadəinin sayt tərəfindən verilən bullet, blitz və klassik şahmat üzrə reytinq xalları, oynadığı oyunların sayı və s. göstərilir.

Saytda həmçinin "going premium" seçimi var. "Going premium" daha dərin "Stockfish" analizi və həmçinin "Banter Blitz" kimi yarışlarda iştirak etmək imkanı verir. "Banter Blitz" premium istifadəçilərə Chess24-ün əməkdaşları ilə oynamaq imkanı verir.

 
Şəhriyar Məmmədyarov haqqında məlumat[4]

Chess24-də seçilmiş zaman nəzarətində şahmat oyunu, "Stockfishin" modifikasiya edilmiş verisyası ilə oyun, qeyri-rəsmi onlayn turnirlərə qoşulma, eləcə də şahmat videolarına baxış seçimləri var. Orada şahmatdakı çoxsaylı mövzular haqqında elektron kitablar mövcuddur. Həmçinin istifadəçilər üçün bir çox onlayn şahmat kursları mövcuddur. Gündəlik xəbərlər bölməsi sayıtın ön səhifəsində yerləşir və şahmatda önəm verilən yeni qaynar mövuzlar burada işıqlandırılır.[5]

Əlavə imkanlar redaktə

Saytda hər bir qrosmeyster haqqında geniş məlumat dərc olunur. Bura onun doğum tarixi, FIDE ID nömərsi, FIDE üzrə dərəcəsi, hazırkı və ən yüksək reytinq xalı və nailiyyətləri haqqında qısa məlumat əks olunub. Bundan başqa şahmatçıların müqayisə pəncərəsi də mövcuddur.

 
Maqnus KarlsenTeymur Rəcəbovun müqayisəsi[6]

İstinadlar redaktə

  1. Alexa Internet (ing.). 1996.
  2. "Arxivlənmiş surət". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  3. "Arxivlənmiş surət" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-20.
  4. "Arxivlənmiş surət". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  5. "Arxivlənmiş surət". 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  6. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024