Dərbənd (qəzet) Haqqinda Melumat - Vikipedia

Dərbənd (qəzet) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dərbənd (qəzet)

«Dərbənd» qəzetiDağıstanda, azərbaycan, rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycan türklərinin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir.

Dağıstan füqərası "Dərbənd"
Baş redaktor Məmmədkazım Ələkbərli(1928-1930)
Yazıçılar
  • Fazil Seyidov
Yaranma tarixi 1920
Dil azərbaycanca, rusca
Baş ofis
Ünvan Mahaçqala
Ölkə
derbend.etnosmi.ru

Qəzet 1920-ci ildə «Şurai Dağıstan» adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə «Dağıstan fuqarası» (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1931-ci ilin oktyabr ayından qəzet «Kolxoz yolu» («Kolxoz jolu»), 1932-ci ilin martından isə «Lenin bayrağı» («Lenin вajraƣь/Ленин байрағы/Ленин бајрағы») adı ilə nəşr olunur. 1960 - 1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan «Kənd mayakı» («Кәнд маjaкы»). Daha sonradan isə «Leninçi» («Ленинчи») adını alır. 1990-cı illərin əvvəllərindən isə bu gün ki adını alır. 1920 - 1922-ci illərdə Buynakskda, 1922 və 1924 - 1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cı ildən Dərbəndə dərc olunur.

İstinadlar redaktə


Saytda 178 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024