Daff Killiqan (personaj) Haqqinda Melumat - Vikipedia

Daff Killiqan (personaj) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Daff Killiqan (personaj)

Daff Killiqan
Ümumi məlumatlar
Adı: Daff Killiqan
Orijinal adı: ing. Duff Killigan
Yaradıcı: Mark MakKorkl və Bob Şuli
İlk görünüş: "İlk nömrə"
Yarandığı il: 2002
Səsləndirən: Brayn Corc
Xüsusiyyətləri
Ailə: Bilinmir
Cins: Kişi
Saçının rəngi:
Gözünün rəngi:
Dərinin rəngi: Ağ
Boyu: Bilinmir
Çəkisi: Bilinmir
Dostları: Həkim Drakken, Şiqo
Düşmənləri: Kim Possibl, Ron Stoppabl, Monik, Ueyd Load
Gücü: Sehrli gücü yoxdur
Ləqəbləri: "Dünyanın ən təhlükəli qolfçusu"
Görünüş: İnsan
Vətəndaşlıq: ABŞ
Məşğuliyyəti: Dünyanı ələ keçirmək
Dünya: Pis

Daff Killiqan (ing. Duff Killigan) - "Kim Possibl" serialının mənfi obrazlarından biridir.

Xarakteristika redaktə

Daff Killiqan ən qəzəbli şotlandiyalıdır. "Qolf üzrə təhlükəli oyunçu" ləqəbi ilə məşhurdur. Daff Killiqan əvvəllər məşhur peşəkar Qolfçu idi. Lakin oyunun qaydalarına riayət etmədiyinə görə, onu peşəkar Qolf yarışmasından qovlanmışdır. Killiqanı hətta mini-qolf meydançasında da oynamasına icazə verilmirdi. Daff Killiqan Kim Possiblın başqa rəqiblərindən nisbətən təhlükəlidir.

Killiqan öz qəsrində qolf oynamağa başlayır. Onun əsas niyyəti dünyanı ələ keçirməkdir. Killiqan rəsmi kelt yubkası geyir. Başında Şotland papağı vardır. Killiqan dünyanı bir qolf meydançasına çevirmək istəyir. Bu səbəbdən Killiqan Həkim Drakken ilə əməkdaşılıq edir. Daff Killiqanın evi "Killiqan Adası" adı ilə məşhurdur. Daff Killiqanın ən təhlükəli silahı içi qumbara ilə doldurulmuş qolf topudur.

"Kim Possible: Zamanda mübarizə" seriyasında Daff Killiqan "Dünyada ən təhlükəli kiborq-qolfçu" ləqəbi ilə məşhur idi. Həmin seriyada personajlar keçmişə səyahət edən zaman aydın görünür ki, Daff Killiqan yalnız yatmağı sevirdi. Daff Killiqanın ən təhlükəli rəqibləri Kim Possibl və Ron Stopabl sayılır. Daff Killiqan Kim Possiblı məğlub etmək üçün əlindən gələni edir. Lakin bunu bacara bilmir.

Xarici keçidlər redaktə


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024