Dafina Zegiri Haqqinda Melumat - Vikipedia

Dafina Zegiri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dafina Zegiri Nuşi (alb. Dafina Zeqiri Nushi; 1 aprel 1984, Priştina) — Avropa və bir çox yerlərdə çıxış etmiş Kosovo-Alban orkestr, kamera və xor musiqisi bəstəkarı.[1]

Dafina Zegiri
alb. Dafina Zeqiri Nushi
Ümumi məlumatlar
Doğum tarixi 1 aprel 1984(1984-04-01) (40 yaş)
Doğum yeri Priştina
Vətəndaşlığı Kosovo Kosovo
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 2000-ci ildən
Musiqi aləti piano

Həyatı redaktə

Dafina Zegiri 1997-2002-ci illərdə Priştinada Prenko Yakob Konservatoriyasında təhsil alıb. Priştina Universitetində Mendi Mengjiqi ilə bəstəkarlıq ixtisası üzrə təhsil alan Dafina 2007-ci ildə oranı bitirib. O, magistratura təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetində alıb və 2011-ci ildə buranı bitirib.

2009-cu ildə Zegiri "Musiqidə Kosovo Qadınları" və NEO MUSICA təşkilatını qurdu və Fondazione Adkins Chiti: Donne in Musica Beynəlxalq Şərəf Komitəsinin üzvü oldu (həmçinin YUNESKO-nun Beynəlxalq Musiqi Şurasının üzvüdür).[2][3]

Vokal kompozisiyalarına Paşko Vas (2001), Odiseya (2008), Atmosferlər (2005) mətni əsasında "Mənim Anam" kimi qarışıq xor üçün əsərləri də daxildir. Fərdi kompozisiyalarına messo-soprano və piano üçün Sən gəldiyin zaman (2002), mətninin Bayram Kərimiyə aid tenor və piano üçün yazdığıO Dismal Bird (2009) əsərləri də daxildir. Skopyedə təhsil aldıqdan müəyyən müddət sonra ərsəyə gətirdiyi əsərləri sırasına simfonik orkestr üçün Variasiyalar (2011), solo viola üçün Disappear (2011), skripkaorkestr üçün Memento (2010), fleyta, skripka, gitara və piano üçün Story of Mary (2010), fleyta, qoboy, soprano saksofonviolonçel üçün All In (2009) əsərləri daxildir.

Dafina Zegirinin əsərləri 2011-ci ildə Makedoniya Musiqi Festivalı Günləri və 2010-cu ildə Priştinada DAM Festivallarında ifa olunub. 2010-cu ilin sentyabrında Londonda, 1830-2030 Britaniya Muzeyi Ticarət və Səyahət layihəsi zamanı solo skripka üçün Dream (2007), digər əsərlər isə oktyabrda Wilton Music Hall-da ifa edilmişdir. 2009-cu ildə "Xor və orkestr üçün Atmosfer" Musiqidə Qadınlar üçün Beynəlxalq Alyansın Teodor Front mükafatını qazandı.[4] 2012-ci ilin əvvəlində Kosovo Şopen Festivalının Bəstəkarlar müsabiqəsində ikinci yerin qalibi onun fortepiano üçün yazılmış "Variasiyalar" adlı əsəri oldu. 2012-ci ilin aprelində Kosovo Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqədə onun əsəri Përreth (Ətraf) kamera musiqisi kateqoriyasında mükafat qazandı.[5]

Zegiri musiqilərini ifa edən məşhur solist və ansambllar arasında: Piter Şeppard Skaerved, Steffen Şlaymaxer, David Gayayar, Jan Jak Ballet, Anne Klet, Ann Moro, Hege Uoldeland, Viktor Manuel, Yevangelina Reyes Kvartet, Visar Kutsi, Neritan Xisao, Lorents Radovan, Marisa Xatibi, Arian Paço, Gesim Belegosta, Mialtin Jeja, Anina Voerle, Bit Kermanşah, Skopye Musiqi Məktəbi və Akademiyası ansamblı yer almışlar.

İstinadlar redaktə

  1. Dam Festival catalogue 2nd,3rd Edition
  2. "Global women in music for human rights". 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  3. "Composer's voice — February 23, 2014". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  4. "The International Alliance for Women in Music". 2019-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  5. Announced at http://www.koha.net/?page=1%2C5%2C94261 Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine and http://www.mkrs-ks.org/?page=1,6,256 Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine.

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024