Davadariya xanəgahı Haqqinda Melumat - Vikipedia

Davadariya xanəgahı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Davadariya xanəgahı

Davadariya xanəgahı — Dəməşq şəhərində XIII əsrə aid xanəgah.[1]

Tarixi redaktə

İbn Kəsir 1298-ci il hadisələri haqqında danışarkən Davadariya xanəgahı, oradakı mədrəsə və hədis evi barədə məlumat vermişdir. Bəzən xanəgah şeyxi həm də mədrəsədə dərs deyə bilirdi. Mahmud ibn Əli ibn İsmayıl ibn Yusif ət-Təbrizi (1319) bu"Şafiiyyə" mədrəsəsində dərs demiş, həm də "Davadariya" xanəgahının şeyxi olmuşdur. Dəməşq Universitetində təhsil almış İbn əs-Sabuni xəbər verirdi ki, Əbül-Qasım ibn Ruvaha əl-Ənsari kimi alim şeyx Azərbaycanın Şirvan bölgəsindən olan Əbül Həsən əl-Müfəddidin tələbəsi olmuşdur. Əbül-Həsən ona qiraətdən dərs demişdi. İbn əs-Sabuninin özünün Dəməşqdə mühazirələrini dinlədiyi digər azərbaycanlı ziyalı 1164-cü ildə anadan olmuş Əbu Şəfa Xəlil ibn Əhməd ibn Xəlil ət-Təbrizi 1257-ci ildə vəfat edənə qədər burada qalaraq fəaliyyətini davam etdirmiş, Dəməşqdə, sufilərin qəbirstanlığında dəfn edilmişdir.[1]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 "Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015, s. 91–92" (PDF). 2021-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-17.

Xarici keçidlər redaktə

Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015.


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024