David Qareci lavrası Haqqinda Melumat - Vikipedia

David Qareci lavrası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

David Qareci lavrası

David Qareci lavrası (gürc. დავითის ლავრა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Lavra VI əsrin I yarısında Müqəddəs David Qarecinin rəhbərliyi ilə inşa edilmişdir.

David Qareci lavrası
gürc. დავითის ლავრა
Lavranın əsas kilsəsi, rahiblər üçün nəzərdə tutulmuş köməkçi binalar və kompleksi əhatə edən qala divarlarının yaxınlıqdakı qaya üzərindən ümumi görünüşü
Ölkə  Gürcüstan
Şəhər Saqareco
Yerləşir Kaxeti
Aidiyyatı Gürcü Ortodoks Kilsəsi
Sifarişçi David Qareci
Tikilmə tarixi VI əsr
Üslubu Gürcüstan memarlığı
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memarlıq xüsusiyyətləri redaktə

Kompleksə VI-XVIII əsrləri əhatə edən müxtəlif tikililər - kilsə, rahiblərin və ziyarətçilərin istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar daxildir. Kompleks dairəvi qüllələri olan müdafiə divarları ilə əhatə olunmuşdur.

Kompleksin mərkəzində girişi üzərində zəng qülləsi ucalan qədim kilsə yerləşir. Kilsənin ətrafında yaşayış üçün hər şəraiti olan kenakonlar, onların arxasında kiçik kapellalar, bir qədər aralıda isə atların saxlanması üçün yerlər və anbarlar yerləşir.

Kompleks mağaralarla zəngin dağlıq ərazidə yerləşir. Dağlıq ərazidə yağış sularının toplanması, süzülməsi və istifadəsinə imkan verən sistem yaradılmışdır. Kompleksə daxil olan mağaralardan birinə davamlı olaraq su damır və toplanır. Əfsanəyə əsasən bu mağara "Davidin göz yaşı" adlandırılır.

Həvari İohann kilsəsi redaktə

Kompleksin ən böyük və mühüm tikilisi Həvari İohann kilsəsidir. Kompleksin özəyini təşkil edən bu kilsə XII əsrdə əsasən qırmızı tufdan istifadə edilməklə tikilmişdir.

Kilsənin XVII əsrdə bərpa edilmiş şimal divarını David Qarecinin həyatının müxtəlif dövrlərini təsvir edən divar rəsmləri bəzəyir.

Monastır rəhbərləri redaktə

İstinadlar redaktə

  1. მ. საბინინი, „საქართველოსსა მოთხე“, 1882, გვ. 637

Ədəbiyyat redaktə

  • Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948. (rus.)

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024