Gürcüstan memarlığı Haqqinda Melumat - Vikipedia

Gürcüstan memarlığı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gürcüstan memarlığı

Gürcüstan memarlığıGürcüstan ərazisində yerləşən bina və tikililərin memarlıq üslublarını ifadə edir.

Gürcü milli memarlığında tarixən qala, kilsə, qəsr və qüllə istiqamətləri daha çox inkişaf etmişdir. Yuxarı Svaneti qüllələri, ŞatiliXevsureti qalaları orta əsrlər gürcü müdafiə tikililərinin ən yaxşı nümunələridir.

Tarixən ErməniBizans memarlıqları ilə ünsiyyətdə olmasına baxmayaraq, gürcü kilsə memarlığı bir neçə xüsusi cəhətə malikdir. Tarixi gürcü kilsə və kafedralları düzbucanqlı və ya xaçvari təməl üzərində ucalan hündür barabanlı günbəzlə tamamlanan struktura malikdir. "Gürcü xaç-günbəz stili" də adlandırılan bu üslub Gürcüstan ərazisində IX əsrdən başlayaraq inkişaf etmişdir. Həmin dövrdən əvvələ aid gürcü kilsələri isə bazilika formasına malikdirlər.


Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024