Diana Əhmədbəyli Haqqinda Melumat - Vikipedia

Diana Əhmədbəyli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Diana Əhmədbəyli

Diana Əhmədbəyli (qızlıq soyadı: Doman; 22 iyun 1998, Estoniya) — Azərbaycanı təmsil edən bədii gimnast.

Diana Əhmədbəyli
Şəxsi məlumatlar
Tam adı Diana Əhmədbəyli
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (25 yaş)
Doğum yeri Estoniya
İdman növü Bədii gimnastika

Həyatı redaktə

Diana Doman 1998-ci ili iyunun 22-də Estoniyada anadan olub.[1] 2003-cü ildən idmanla məşğul olur.

Karyerası redaktə

2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Siyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu.

Daha sonra Diana Doman 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, |Diana Doman, Səbinə AbbasovaSiyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu.

2018-ci ilin iyununda İspaniyanın Qvadalaxara şəhərində baş tutan Avropa Çempionatında Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana VasilevaZeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Ümumi turniri 35.700 balla yeddinci pillədə başa vuran Paşayeva, Bayramova, Doman, Vasileva və Hümmətovadan ibarət qrup 3 top+2 lent turnirində 22.550 ballıq nəticə göstərdi və Avropa Çempionatının bürünc medalına sahib oldu.

Daha sonra Diana Doman 2018-ci ilin sentyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman, Siyana VasilevaZeynəb Hümmətovadan qrup ümumi turniri 40.100 balla yeddinci, 5 gürz turnirini 20.100 balla beşinci, 3 top+2 lent turnirini isə 20.400 balla yeddinci pillələrdə başa vurdu.

Diana Əhmədbəyli 2018-ci ilin sentyabrında baş tutan Dünya Çempionatında da mübarizə apardı. Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan qrup ümumi turniri 52.100 balla 8-ci, 3 top+4 gürz turnirini isə 26.450 balla yeddinci pillələrdə başa vurdu.

İstinadlar redaktə

  1. Fédération Internationale de Gymnastique. "DIANA AHMADBAYLI". www.gymnastics.sport (ing.)). 22.08.2022. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.

Xarici keçidlər redaktə


Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024