Siyana Vasileva Haqqinda Melumat - Vikipedia

Siyana Vasileva Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı.

Siyana Vasileva
Şəxsi məlumatlar
Doğum tarixi (28 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
İdman növü bədii gimnastika

Həyatı redaktə

Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır[1].

Siyana Vasileva bolqar dili, rusingilis dillərini bilir.

Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır.

Karyerası redaktə

Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur MustafayevaSəbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər. Bu, Avropa çempionatında Azərbaycan gimnastlarının qazandığı 3-cü medal olub[2].

Siyana qrup komandası tərkibində 2015 Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.[3]

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-10.
  2. "Arxivlənmiş surət". 2015-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-10.
  3. http://az.baku2015.com/athletes/athlete=vasileva-siyana-1024193/index.html?intcmp=athletes-hub[ölü keçid]

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024