Digah (Abşeron) Haqqinda Melumat - Vikipedia

Digah (Abşeron) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Digah (Abşeron)

Abşeron rayonunda qəsəbə

DigahAzərbaycan Respublikasının Abşeron rayonunun Digah qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.[1] Abşeron yarımadasındadır.[2]

Digah
40°29′36″ şm. e. 49°52′36″ ş. u.
Ölkə  Azərbaycan
Region Abşeron rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 39 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.050 nəf.
Xəritəni göstər/gizlə
Digah xəritədə
Digah
Digah
Digah xəritədə
Digah
Digah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Digah Abşeron rayonunun Məhəmmədi, BalaxanıFatmayı kəndləri ilə qonşudur. Digər kəndlərdə oldugu kimi Digah kəndinində tarixi tam öyrənilməmişdir. Lakin bu ərazidə olan abidələr kəndin qədim olmasının göstəricisidir. Digahda tunc dövrünə aid göldə mövcuddur. Kənd əsasən Tərəkəmə türk tayfasından mövcuddur. Daha sonra isə kəndə müxtəlif ərazilərdən, o cümlədən Cənubi Azərbaycan-İrandanda insanlar gəlmişlər. Hal-hazırdada Digahda Şahsevərlər məhəlləsi mövcuddur.

Aparılan araşdırmalar nəticəsində kənd ərazisində qədim dövrlərə aid heyvan sümükləri aşkar olunmuşdur.

Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi Digah kəndidə 1918-ci ildə erməni işğalçılarının hücumuna məruz qalmışdır. Türklərin gəlişi ilə ərazi ermənilərdən təmizlənmişdir.

Digah kəndi rejissorlarında maraq dairəsində olub. Beləki 1986-cı ildə Cəlil Məmmədquluzadənin əsəri üzərində çəkilmiş Qəm pəncərəsi filminin bir neçə səhnəsi Digahda lentə alınmışdır.

Kəndin adının mənasını hal-hazırda BalaxanılılarSuraxanılıların danışdığı, vaxtı ikən də iki-üç kəndi çıxmaqla Digah da daxil olmaqla bütün Bakı kəndlərində danışılan Tat dilindədir. Mənası "Dügah" yəni, "dü–iki, ikinci", "gah–yer" deməkdir, yəni, "ikinci yer".

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Digah (Abşeron) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024