Dinamo Kazan QVK Haqqinda Melumat - Vikipedia

Dinamo Kazan QVK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


"Dinamo Kazan" — qeyri-müstəqil Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərini təmsil edən qadın voleybol klubudur.Muxtar Respublika hal-hazırda Rusiyanın tərkibində olduğu üçün komanda Rusiya Superliqasında çıxış edir.

Rusiya Dinamo Kazan
Loqonun şəkli
Ölkə
Şəhər Tatarıstan Kazan
Ləqəb(lər) Ženskij Volejbol'nyj Klub Dinamo Kazan
Rəng(lər) göy-
Yaranma tarixi 2002
Meydança Kazan Basket Hall
Tutumu 7.000
Prezidenti Rusiya Leonid Barişev
Baş məşqçisi Rusiya Rişat Qilyazatdinov
Liqa Rusiya Superliqası
2012-13 Çempion
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Komanda 2002-ci ildə Tatarıstan prezidentinin sərəncamı ilə yaradılmışdır. Klub Rusiyanın son illərdə ən böyük çıxış yaxalayan komandalardandır. Komanda ilk çempionluğunu 2011-ci ildə yaşadı. Daha sonra ardıcıl iki il bu titulu qorudu. Son Rusiya çempionu 2013-cü ildə super ulduz Yekaterina Qamovayı transfer edərək onsuzda güclü olan heyətini daha da zənginləşdirdi. 2014-cü ildə isə kazanlılar Bakıda keçirilən "Dördlər finalı"nda ilk öncə Rabitəni məğlub edib daha sonra finalda son çempion Vakıfbank Günəş Sığortanı 3-0 yenərək tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazandı. Həmçinin, turnirin ən yaxşı oyunçusu da Qamova oldu.[1]

Heyəti redaktə

2013-14 mövsümü üçün[2]

Nömrə Oyunçunun adı Mövqeyi Boyu(metr) Doğum tarixi
1 Rusiya  Mariya Borodakova   Blokçu 1.90 1986
3 Rusiya  Olqa Biryukova Diaqonal 1.94 1994
4 Rusiya  Dаrya Маliqina Diaqonal 2.00 1994
5 Rusiya  İrina Malkova Blokçu 1.92 1989
8 Rusiya  Dariya Rossamaxina Toppaylayıcı 1.87 1987
9 Rusiya  Маriya Popova Hücumçu 1.80 1986
10 ABŞ  Cordan Larson Hücumçu 1.88 1986
11 Rusiya  Yekaterina Qamova Diaqonal 2.02 1980
13 Rusiya  Yevgeniya Startseva Toppaylayıcı 1.85 1989
14 Rusiya  Yekaterina Ulanova Libero 1.76 1986
15 İtaliya  Antonella del Kore Hücumçu 1.82 1980
16 Rusiya  Аnnа Меlikova Blokçu 1.92 1995
17 Rusiya  Reqina Moroz Blokçu 1.88 1987
18 Rusiya  İrina Voronkova Hücumçu 1.90 1995

Texniki heyət[3]

  • Baş məşqçi : Rusiya  Rişat Qilyazatdinov
  • Köməkçi məşqçi : Rusiya  Sergey Sikayev
  • Gənclərin məşqçisi : Belarus  Dеnis Маtveyev
  • Məsləhətçi məşqçi : Rusiya  Zduard Semenov
  • Həkim : Rusiya  Pavel Klımosvski
  • Həkim : Rusiya  Мixayl Şteinberq
  • Masajist : Rusiya  Yevgeni Dıbov

Uğurları redaktə

Ölkədaxili redaktə

  • Rusiya  Rusiya Superliqası
    •   Çempionluq (3): 2010–11, 2011–12, 2012–13
  •   Russiya Kuboku
    •   Çempionluq (2): 2010, 2012

Beynəlxalq arenada redaktə

İstinadlar redaktə

  1. “Dinamo” çempion, “Rabitə” üçüncü oldu Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine (az.)
  2. "Komandanın heyəti". 2014-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
  3. ТРЕНЕРСКИЙ ШТАБ Arxivləşdirilib 2022-02-01 at the Wayback Machine (rus.)

Xarici keçidlər redaktə


Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024