Dorukxan Toköz Haqqinda Melumat - Vikipedia

Dorukxan Toköz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dorukxan Toköz (türk. Dorukhan Toköz; 21 may 1996, Əskişəhər) — "Trabzonspor"da yarımmüdafiə mövqeyində çıxış edən türk futbolçu.

Dorukxan Toköz
Dorukhan Toköz
Ümumi məlumatlar
Doğum tarixi 21 may 1996(1996-05-21)[1] (27 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Boyu 1.80
Çəkisi 73 kq
Mövqeyi Yarımmüdafiə
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub Trabzonspor
Nömrəsi 8
Karyerası
Gənclik karyerası
2009–2015 Əskişəhərspor
Klub karyerası[* 1]
2015–2018 Əskişəhərspor 67 (4)
2018–2021 Beşiktaş 71 (3)
2021–h.h. Trabzonspor 19 (1)
Milli yığma[* 2]
2019–h.h. Türkiyə Türkiyə 10 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası redaktə

Əskişəhərspor redaktə

Dorukxan futbola "Əskişəhərspor" klubunda başlamışdır. 2015-ci ilin yanvar ayında peşəkar karyerasına başlamışdır. 2014–2015-ci illər mövsümündə rəsmi qarşılaşmalarda forma geyinməmişdir. Klubunda ilk rəsmi oyununa 3 dekabr 2015-ci ildə Türkiyə kubokunda "Mənəmən Bələdiyyəspor" ilə oynadıqları qarşılaşmada çıxmışdır. Həmin qarşılaşma "Əskişəhərspor"un 1-0 üstünlüyü ilə başa çatmış, qolu da məhz Dorukxan vurmuşdur. Türkiyə Super Liqasında ilk oyununa isə 20 dekabr 2015-ci ildə 2-1 hesabı ilə məğlub olduqları "Başakşəhər" qarşılaşmasında çıxmışdır. 2016–2017-ci illər mövsümündə Türkiyə 1-ci Liqasına düşən "Əskişəhərspor"da daha çox forma geyinməyə başladı. Həmin mövsümdə 24 qarşılaşmada forma geyinmiş və 2 qol vurmağı bacarmışdır. Super Liqaya yüksəlmə pley-off turunda finalda "Göztəpə"yə penaltilər seriyasında məğlub oldular. 2017–2018-ci illər mövsümündə 32 qarşılaşmada meydana çıxaraq komandasının əsas oyunçularından birinə çevrildi. Mövsüm boyunca 9 məhsuldar ötürmə ilə yadda qalmışdır.

Beşiktaş redaktə

Futbolçu 9 iyul 2018-ci ildə "Beşiktaş"a transfer olundu. 26 iyul 2018-ci ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində "B36 Torşavn" komandası ilə oynadıqları qarşılaşmada "Beşiktaş"da ilk rəsmi oyununa çıxmışdır. Bu həmçinin Dorukxanın avrokuboklarda ilk oyunu idi. Türkiyə Super Liqasında "Beşiktaş" forması ilə ilk oyununu isə 11 noyabr 2018-ci ildə "Sivasspor"a qarşı oynamışdır. 18 yanvar 2019-cu ildə oynanan "Akhisarspor" matçında isə "Beşiktaş" forması altında ilk qolunu vurmuşdur.


Trabzonspor redaktə

Futbolçu 29 iyul 2021 tarixində "Trabzonspor"a transfer olundu

Milli komanda redaktə

"AVRO-2020" təsnifat mərhələsində Türkiyə millisinin AlbaniyaMoldova ilə oynayacağı qarşılaşmaların heyətinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir. Albaniya ilə oynanan matçın 65-ci dəqiqəsində Əmrə Belözoğlunun yerinə oyuna daxil olaraq Türkiyə milli komandasında ilk oyununa çıxmışdır.


İstinadlar redaktə

  1. Dorukhan Toköz // Transfermarkt (çd.). 2000.

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024